Страницы

10.03.2020

Prezident: "Uşaqlar bu xəritədən nə başa düşəcəklər, özü də haradan götürmüsünüz Allah bilir"

Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin eksponatları ilə tanış olub.
Muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev soruşub: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Prezidentə bildirib ki, xəritə Mədəniyyət Nazirliyindən götürülüb. Prezident isə irad bildirərək qeyd edib: “Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb? Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir. Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Комментариев нет:

Отправить комментарий