Страницы

03.03.2020

Rusiyada 1 uşağı olana 12 min, ikinci uşağı olana isə 16 min manat veriləcək

Rusiya prezidenti Vladimir Putin "analıq kapitalı" proqramını genişləndirən qanuna imza atıb.
sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında sonuncu Federal Məclisdə ölkə prezidenti "analıq kapitalı" proqramın uzadılmasını təklif edib. Həmçinin təklif olunub ki, ikinci uşağın anadan olması zamanı analara ödəniləcək vəsait bir qədər də artırılsın.
Yeni qanun "ana kapitalı" proqramını illik indeksasiyası ilə birlikdə 31 dekabr 2026-cı il tarixinə kimi uzadır.
Ödənişlər ailəyə 1 yanvar 2020-ci il tarixindən etibarən doğulan və ya övladlığa götürülən uşaqlar üçün veriləcək. İlk uşaq üçün 466 min 617 min rubl (11 min 817 manat), ikinci və sonrakı hər uşağa görə, 616 min 617 rubl (15 min 615 manat) ödəniş veriləcək.
Güman olunur ki, bu il ərzində bir milyondan çox ailə birinci və ikinci uşağa görə ödəniş alacaq.
Rusiyada "analıq kapitalı" ilə uşaqlı ailələrə dəstək olmaq üçün dövlət proqramı 2007-ci ildən fəaliyyət göstərir. 2016-cı ilə qədər "ana kapitalı" hər il inflyasiya səviyyəsində indeksləşdirilirdi. Lakin sonra indeksasiya dayandırıldı və yalnız 2020-ci ildə bərpa edildi.

Комментариев нет:

Отправить комментарий