Страницы

11.03.2020

Türk ordusu Suriyadan qaçmağa başladı

Türkiyənin Rusiya ilə edilən atəşkəs çərçivəsində Suriyadakı müşahidə məntəqələrindən ağır silahlarını çıxarmağa başlayıb.
Deyerler.org xəbər verir ki, Sputnik-ə danışan bir türkiyəli hərbi mənbə, Türkiyənin Suriyadakı müşahidə nöqtələrindən ağır silahlarını çıxarmağa başladığını söyləyib.
Çıxarılma prosesinin Rusiyayla bağlanan atəşkəs razılaşması çərçivəsində edildiyini qeyd edən mənbə, belə danışıb: “Ankara 5 mart razılaşması çərçivəsində Suriyanın İdlib şəhərində olan müşahidə nöqtələrindəki ağır silahları mərhələli olaraq çıxarmağa başladı”.
Avia.pro-nun xəbərinə əsasən, Ərdoğan Rusiyanın təzyiqi ilə Suriyadan çıxmağa tələsir.
Rusiya və Türkiyə tərəfləri arasında aparılan danışıqlar çərçivəsində Ankara öz qoşunlarını və ağır texnikasını İdlibdən təxliyə etməyə başlayıb. Söhbət İdlib əyalətindəki müşahidə postlarındakı qüvvələrinin təxliyəsindən gedir və mütəxəssislərin fikrincə, bu ərazidə Rusiya hərbçilərinin yerləşməsi ilə burada Türkiyə qüvvələrinin davam etməsi artıq tövsiyə edilmir.
Məlumdur ki, hazırda ağır raket buraxılış sistemləri, artilleriya və zirehli maşınlar Suriya ərazisini tərk etməyə başlayıblar. Hazırda texnikalar yalnız müəyyən ərazilərdən çıxarılır ki, bu da Ankaranın Suriyadakı mövcudluğunu davam etdirmək niyyətindən xəbər verir.
Bununla belə, analitiklərin fikrincə, M4 şossesinə qədər bütün ərazinin Rusiya hərbçilərinin nəzarətinə keçməsi Suriya Ərəb Respublikası ərazisinin tədricən azad edilməsindən xəbər verir.

Комментариев нет:

Отправить комментарий