Страницы

08.03.2020

Türkiyə bu müharibədə uduzdu

Türkiyə İdlib əməliyyatında heç şübhəsiz ki uduzdu. Ərdoğan itkiləri gizlədir. Türkiyə piyadaları real döyüşdə öz təcrübəsizliyini görsətdilər. Əldə etdikləri uğurlar ancaq dronların və texniki üstünlüyə görə idi, amma bu da çox çəkmədi.
Türkiyənin real itkiləri aşağıdakılardan çoxdur. Bura onların dəstəklədiyi terrorçuların itkiləri daxil deyil:
120-dən çox əsgər;
90-dan çox tank və zirehli texnika;
18 ədəd reaktiv qurğular;
13 ədəd zərbə endirən dronlar.
Axırıncı 50 gün ərzində Türkiyə dəstəkli terrorçuların itkiləri səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. İdlib, Xama və Hələb vilayətlərində 276 şəhər, qəsəbə və kənd azad olunub, 1136 terrorçu məhv olunub
15.12.2019 - 08.02.2020 tarixdə isə Suriya rəsmi məlumatlarına görə 215 kənd azad olunub, 6100 terrorçu öldürülüb, 2550 yaralanıb, 615 ədəd müxtəlif texnika məhv olunub, o cümlədən 100 yaxın Türkiyə istehsalı texnika məhv edilib.
Tutaq ki canlı qüvvə və texnikaya dair rəqəmlər bir qədər şişirdilib (hesab edək yarısı guya yalandır), amma fakt budur ki, Türkiyə və terrorçuların nəzarətində olan İdlib, Hamam və Hələb ərazilərinin 50% azad olunub. Bu da xəritələrdə açıq şəkildə görtərilib.

Seyfəddin Talışıstani

Комментариев нет:

Отправить комментарий