Страницы

19.03.2020

Yenidən kolxoz və sovxoz sisteminə keçməliyik

Aftandil Babayev

Sistem necə işləyir? Neft satırıq, gələn gəlirin bir hissəsi muxtəlif yollarla ciblərə, bir hissəsi gic-gic lahiyələrə, qalanı da maaşlar, pensiyalar və s. ödənişlər vasitəsi ilə xalqa çatır. İnsanlarımız bu pulu hər hansı bir məhsulu almaq üçun xərcləyəndə, ölkə bazarındakı məhsulların əksəriyyəti xarici olduğu üçun neftdən gələn pul dolayısı yolla yenə ölkədən çıxıb gedir.
Daxili istehsalın məhv olmasında hökumət nə qədər günahkardırsa, kapitalist sistem də bir o qədər günahkardır.
Tutaq ki bizdən birimiz adi corab istehsalına başlamaq istəsək, Çindən böyuk partiyalarla ölkəmizə corab ixrac edən hansısa kapitalist Kun Min Cunala rəqabətdə qiymət baxımından uduzacağıq.
Məsələn, Lənkaran-Astara camaatı sitrus bazarında Türkiyədən idxal olunan daha ucuz, amma keyfiyyətsiz məhsullara uduzur.
Belə misallar çoxdu. Çunki kapitalizm sistemində bizim kimi xırda balıqlar böyuk kapitalist balıqlar üçun sadəcə yemdir. Və onların bizə yedirdiyi hər cür gmo-lu, zərərli məhsullar ücbatından genimiz artıq dəyişib, vyetnamlılara bənzəməyə başlamışıq.
Ona görə də biz ilk öncə ən sadədən başlayıb kənd təsərrüfatı mallarına olan tələbatımızı tam ödəmək üçun yenidən kolxoz və sovxoz sisteminə keçməliyik.
Şəhərlərdə zavodlar və fabriklər açılmalıdır. İlk öncə neft emalı zavodları olmalıdır ki, nefti su qiymətinə xaricə satmaq əvəzinə daha bahalı benzin və başqa neft məhsulları sata bilək (Kapitalist sistemində Azərbaycan kimi ölkələrə neft emalı zavodları tikməyə böyuk xarici əngəllər törədilir).
Bütün bunları könüllülük sistemi ilə yox, məcburi əmək sistemi ilə əvəzləmək lazımdı. Bu halda Bakıda marşrut surən qaqaşları kənddəki kolxozlarda traktor sürməyə, tiktokda, qəlyanxanalarda veyillənən şəhər üşaqlarını zavod və fabriklərdə işləməyə yönəltmək lazımdır ki, cavanlarımız avara insanlardan iqdisadi səmərəli insanlara çevrilsinlər.
Əslində əsil müstəqil ölkələr iqtisadi cəhətdən başqa heç bir dövlətdən aslı olmayan və korona tipli fəlakətlər zamanı sərhədləri bağlı olsa belə özu öz gücünə ayaqda dayanmağı bacaran dövlətlərdir.
Kolxoz və sovxozlara niyə bərpa olmalıdı- daha iki misalda izah edim.
Siz Cəlilabad rayonuna getsəniz orda tək-tük çayçıya rast gələrsiz. Çünki orda insanlar gecə-gündüz tarlalarda çalışıb kartof və soğan yetişdirirlər. Ona görə də axşamlar çayçıya, yox evlərinə gedirlər.
Məhz həmin zəhmətkeş insanların sayəsində bu gün ən çox istifadə etdiyimiz məhsul olan kartof başqa ölkələrdəki kimi baha deyil.
Amma axşam vaxtı Lənkərana getsəniz, hər addımbaşı ağzına qədər dolu olan çayçılar görərsiz. Bu həmin lənkəranlılardır ki, vaxtilə bütün SSRİ-ni sitrus və tərəvəzlə təmin edirdilər.
İndi heç balaca Azərbaycanın sitrus tələbatını ödəmir Lənkəran.
Bütün gününü çayçılarda keçirən bu qədər insanı hansı yolla istehsala cəlb edib ölkə üçün iqtisadi səmərəli insana çevirmək olar?
Əlbəttə bunun könüllü olacağını düşünən varsa, yanılır.
Mənlik olsa gündüzlər işləməyən kişilərin gecələr heç bir istirahət mərkəzinə buraxılmasına icazə verməzdim!

Комментариев нет:

Отправить комментарий