Страницы

29.04.2020

DTX-nın həbs etdiyi Mahir Quliyev kimdir? - Kafe müdirliyindən İcra başçılığına...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
İcra başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb.
yeniavaz.com xəbər verir ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq işləyib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildə - 42 yaşında "Naxçıvan" Universitetini bitirib. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. 8 sentyabr 2006 – 26 aprel 2011-ci illərdə isə Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci il tarixində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib. İlk olaraq ofisiant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra o “Sahil” restoranının administratoru olur.
Məlumatda qeyd olunur ki, Bakıda ən gözəgəlimli restoranlar sırasında olan “Sahil”ə gələnlər arasında yüksək rütbəli məmurlar da olub. İddia olunur ki, Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də o zamanlar tez-tez “Sahil”ə gedirmiş. 42 yaşına kimi ali təhsili belə olmayan restoran işçisinin vəzifə pillələrində sürətlə yüksəlməsinin səbəbi kimi məhz Ramiz Mehdiyevlə “Sahil” restoranından başlayan tanışlığı göstərilir.
Onu da qeyd edək ki, Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda olduğu bildirilir. Bildirilir ki, Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Комментариев нет:

Отправить комментарий