Страницы

30.04.2020

“DTX xalqla prezident arasındakı körpüləri bərpa edir”

Cümşüd Nuriyev: “Nə qədər çox harınlamış icra başçısı varsa, bu, bir o qədər çox əməliyyat var deməkdir”

“Əvvəllər özlərini “kiçik padşahlar” kimi aparan bəzi icra başçıları indi özlərini “kiçik Allahlar” kimi aparır”

Məlum olduğu kimi, son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti (DTX)  bir sıra rayonlarda icra başçıları, habelə icra nümayəndələrinə qarşı əməliyyatlar həyata keçirməkdədir. Buna səbəb bəzi icra başçılarının ciddi qanun pozuntusuna yol verməsi, dövlət vəsaitlərini mənimsəməsidir.
Maraqlıdır, torpaqlarının 20%-i işğal edilən, müharibə vəziyyətinə olan bir ölkədə DTX-nın icra başçılarının talançılığına qarşı apardığı mübarizə dövlətimizin mili təhlükəsizliyi, xalqın sosial rifaı üçün ikiqat əhəmiyyətli tədbirlər hesab edilə bilərmi?
moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev DTX-nın həyata keçirdiyi əməliyyatların həm xalqın, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “Hörmətli Əli Nağıyev DTX-ya təyin olunanda, sizinlə söhbətimdə də bildirdim ki, o peşəkardır və nəhayət Azərbaycanın təhlükəsizlik orqanları uzun müddətdən sonra yenidən peşəkarlaırn əlinə verildi. Çünki Eldar Mahmudov bu qurumu hörmətdən çox salmışdı. Əli Nağıyev DTX rəhbərliyinə gətiriləndən sonra peşəkarlıq özünü göstərdi. Artıq 4 rayonun icra başçısı, yaxud icra nümayəndəlikləri ilə bağlı həbslər həyata keçirilib. Azərbaycanda icra başçılarının bir çoxu əvvəllər özlərini kiçik padşahlar kimi aparırdısa, indi özlərini “kiçik Allahlar” kimi aparırlar. Onların hər biri bir rayonun Allahı qismində çıxış edir. Bu icra başçılarının hər biri yeriyən qanundur. Onların içərisində çox az normal icra başçıları var. Gənc icra başçılarının onlara göstərilən etimadı nə dərəcədə doğuracağını da bilmirəm. Nə qədər ki, qanunu saymayan, harınlamış icra başçıları var, DTX bir o qədər çox əməliyyat keçirəcək. Mətbuatda gedən informasiyaları, narazılıqları nəzərə alsaq, ehtimal etmək olar ki, hələ 5-6 rayonda da bu əməliyyatlar davam etdirilməlidir. Bu insanlarda insaf, dövlətçilik düşüncəsi və s. deyilən bir şey yoxdur. Ölkə müharibə vəziyyətindədir. Prezident həm erməni işğalçılarına qarşı mübarizə aparır, həm koronavirus pandemiyasına qarşı mübarizə həyata keçirir və etiraf etməliyik ki, bu mübarizədə yüksək nəticələr əldə olunub, həm də daxili təzyiqlərə qarşı mübarizə aparır. Belə bir halda prezidentin təyin etdiyi adamlar prezidentin yanında olmaqdan, yerlərdəki insanların sosial rifahını yüksəltmək üçün addımlar atmaqdan, əks mövqe nümayiş etdirirlər. DTX bu əməliyyatları həyata keçirməklə həm öz hörmətini qaldırır, həm dövlətin təhlükəsizliyini qoruyur, həm də xalqla prezident arasında uçurulmuş körpüləri bərpa edir,  bu sahədə böyük xidmət göstərir. DTX-nın bu xidmətlərini işıqlandıran media isə həm dövlətə kömək edir, həm də xalqın yanında olduğunu göstərir. Buna görə sizə də uğurlar arzulayıram”.

Комментариев нет:

Отправить комментарий