Страницы

15.04.2020

İran İslam Respublikasının Ali lideri Ayətullah Əli Xamenei:

-İntizar ehtiyac və duyğu xaricindədir. Gözləmək ümid deməkdir. Gözləmək, müəyyən bir gələcəyin olduğuna inanmaq deməkdir. Gözləmə konstruktivdir. Rəvayətlərimizdə fərəci (İmam Mehdinin zühuru) gözləməyin çox vacib yeri var. İntizarda hərəkət, ümid var. İntizar insanların həyatında baş verən bütün problemləri əhatə edir. İnsan həyatında baş verən problemlərə görə məyus olmamalıdır və fərəcin intizarını gözləməlidir. İntizar sadəcə oturmaq və əli əlin üstə qoyub qapıya baxmaq deyil. İntizar hazırlaşmaq və tədbirlər görmək deməkdir. Bu yolda çalışmalıyıq. Mehdəvi (Mehdiyə uyğun) bir cəmiyyətin qurulmasına şərait yaratmaq lazımdır. Öz nəfsimzi təmizləməliyik. Başqalarına hidayət olmaqda kömək etməliyik. İmam Mehdi cəmiyyəti - mənəviyyat cəmiyyəti, biliklər toplusu, qardaşlıq cəmiyyətidir. Elm və ləyaqət cəmiyyətidir. İmamın yolunu gözləmək səbirsizlikdən və vaxt təyin etməkdən uzaqdır. Bu fərəci gözləmək demək deyil. Səbrsiz olmaq qadağandır.

Комментариев нет:

Отправить комментарий