Страницы

15.04.2020

Əli Həsənov: “Tarixdən də bəllidir ki, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin tarixi daha qədimə gedib çıxır. Əlbəttə, sistemli əlaqələrdən söhbət gedirsə, bu əlaqələrin 100 illiyini qeyd etmək olar. Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi salnamələrdə təxminən 16-17-ci əsrlərə gedib çıxır. Xalq Cümhuriyyəti dövründə Böyük Britaniyanın general-qubernatoru Tiflisdə otursa da, tez-tez Bakıya gəlir, Azərbaycanla gələcək siyasi, iqtisadi münasibətləri tənzimləyirdi və Britaniya faktiki olaraq Xalq Cümhuriyyətini tanımışdı. Azərbaycanın müstəqillik dövrü münasibətlərimizi tam geniş spektrdə əhatə edir. BP Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkətdir. BP Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Ümumiyyətlə, Böyük Britaniya Azərbaycanın Avropada ən böyük tərəfdaşıdır. İki ölkə arasında bütün sahələrdə strateji münasibətlər var və bu gün iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropa ölkələri üçün bir nümunədir, bir standartdır”.

AZƏRBAYCANI İNGİLTƏRƏYƏ PEŞKƏŞ ETMİŞ SATQINLARI TANIYAQ!

Комментариев нет:

Отправить комментарий