Страницы

14.04.2020

Seyid Həsən Nəsrullah Ayətullah Həmədani ilə görüşüb

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün tanınmış müctəhid Ayətullah Nuri Həmədani ilə görüşüb. O, Seyid Həsən Nəsrullahı alim, müqavimətçi, ayıq və sədaqətli siyasətçi adlandırıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün tanınmış müctəhid Ayətullah Nuri Həmədani ilə görüşüb.
Ayətullah Nuri Həmədanin Livana səfəri çərçivəsində baş görüşdə H.Nəsrullah müqavimət cəhbəsindəki durum haqqında məlumat verib və bildirib ki, bu Livan xalqı üçün bərəkətli və yadda qalacaq bir səfərdir. "Heç vaxt sizin dəstəyinizi unutmayacayıq. 33 günlük müharibə zamanı sizin açıqladığınız mövqeləriniz cəbhədə vuruşan əsgərlərimizin ruh yüksəlişi və güclənməsinə səbəb olurdu”.
H.Nəsrullah İslam İnqilabı, İmam Xomeyni (rə) və Ali Rəhbər Ayətullah Əli Xameneinin Livanda önəmli yerindən danışıb və İran xalqına Livanla həmrəylik nümayiş etdiridiyinə görə öz təşəkkürünü bildirib.
Görüşdə Ayətullah Nuri Həmədani müsəlmanların və bütün məzlumların müştərək düşməni olan hegemonlar, sionist və onların regiondakı əlaltıları qarşısında vuruşan müqavimət cəbhəsinin dəstəklənməsinin zəruriliyindən danışıb.
N.Həmədani Seyid Həsən Nəsrullahı alim, müqavimətçi, ayıq və sədaqətli siyasətçi adlandırıb: "Siz hədislərdə deyilən öz zamanına alim olan şəxsin bariz nümunəsisiniz. Biz sizi və müqavimət cəbhəsini dəstəkləyirik. Çünki Əmirəlmöminin (ə) öyrənmişik ki, məzlumu müdafiə etməkdə və zalımla mübarizədə coğrafi sərhədlər əsas deyil”. /maide.az/

Комментариев нет:

Отправить комментарий