Страницы

05.05.2020

124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti

Bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı siyahı yayılıb.
Həmin siyahını təqdim edirik:
▪️ Bakıda, Həsən Əliyev küçəsində villa;
▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil;
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil;
▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa;
▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil;
▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil;
▪️ Dubayda milyonluq biznesi;
▪️ Qazaxıstanda tikinti biznesi;
▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:
▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley";
▪️ Eyni nömrə nişanlı "Land Rover";
▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class";
▪️ Həmçinin son model "Mercedes Gelandewagen".
Xatırladaq ki, bir müddət öncə İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirmişdi. Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını iddia etmişdi. /olke.az/

Комментариев нет:

Отправить комментарий