Страницы

04.05.2020

BOLŞEVİK İNQİLABINI BAŞ KƏŞFİYYAT İDARƏSİ (QRU) HƏYATA KEÇİRDİ

 1917-ci il Fevral burjua-demokratik (mason) inqilabı Rusiya sivilizasiyasının əsas özüllərindən birini- Rusiyanın spesifik təbii, tarixi və mədəni şəraitində formalaşmış dövlətçiliyini sarsıtdı və məhv etdi. Hətta hakimiyyətə gəlmiş liberallara da gün kimi aydın idi ki, Qərbin liberal-burjua dövlətçilik modelinə doğru yönəlmiş Müvəqqəti Hökumət ənənəvi Rus dövlətçiliyinin strukturunu dağıdır. Fransız tarixçisi Mark Ferro Kerenskinin etirafları əsasında yazırdı ki, Fevral İnqilabının məqsədi Rus dövlətçiliyinin məhvi olmuşdur.
 Məhz belə bir fəlakətli vəziyyətdə Rus ordu kəşfiyyatı hərəkətə keçdi. Rus ordu kəşfiyyatının rəhbəri general Nikolay Potapov bolşeviklərin içindəki adamlarından istifadə edərək mason hökumətinin devrilməsi üçün plan cızdı. Həmin hadisələr zamanı Müvəqqəti Hökumətin naziri olmuş gürcü İrakli Çereteli haqlı olaraq rusların xüsusi “dövlət instinktini” və təşkilatlanma meylini” vurğulayır. Ölkənin başının üstünü təhlükə aldığı dönəmlərdə daim rus insanları arasında alternativ dövlət modeli hazır olur. Rus ordu kəşfiyyatı bu modeli işə saldı. 1918-1921-ci illər proseslərini analiz edən tədqiqatçı Serqey Kara-Murza yazır: “Kapitalizmi qəbul etməyən, amma modernizasiyanın labüdlüyünü anlayan qüvvələr qırmızıların dalıyca getdilər. 20-ci əsrin başlanğıcında formasion konfliktdə Rusiyanın düşdüyü tarixi dalandan çıxış yolunu bu qüvvələr sosialist sovet sisteminin qurulmasında gördülər”.
 Fevral İnqilabı Rusiyanın dağılmasının başlanğıcını qoymuşdu ki, bu proses bir neçə il davam etdi. 1990-ci illərdə olduğu kimi, Ukrayna, Litva, Latviya, Estoniya, Gürcüstan, Azərbaycan, Ermənistan, hətta Uzaq Şərq Rusiyanın tərkibindən ayrıldılar və “müstəqil respublikalara” çevrildilər. Kerenskinin öz memuarlarında etiraf etdiyi kimi, Müvəqqəti Hökumət noyabra kimi də yaşasaydı, Rusiya adlı dövlət ümumiyyətlə olmayacaqdı. Həmin hadisələri yaşamış akademik Vladimir Vernadskinin yazdığı kimi, “köhnə Rusiyaya yad və düşmən olan yəhudilər irəli çəkilmişdilər”. Fevral İnqilabı yəhudiləri Rusiyanın aparıcı qüvvəsinə çevirmişdi. Kerenski yəhudilərə Rusiyada bərabər hüquqlar vermək və yəhudilərə qarşı keçirilmiş qırğınlara görə onlara kompensasiya ödəmək niyyətindəydi. Hakimiyyətdəki masonlar ən böyük zərbəni orduya vurmuşdular. Məşhur “1 nömrəli əmr” ordunun məhvinə hesablanmışdı. Bu əmr general Anton Denikinin sözlərinə görə “ordunun dağılmasına ilk və əsas təkanı vermiş”, general Aleksandr Lukomskinin sözlərinə görə “zabitlərin komanda heyətini əsgərlər üzərində hakimiyyətdən mərhum edərək nizam-intizamı pozmuşdu”. Bu gün açıq-aydın görünür ki, Fevral İnqilabı Qərb, ilk növbədə Britaniya kəşfiyyatının xüsusi hazırladığı əməliyyat idi. Britaniya İmperiyası Rusiyanın güclənməsindən və dünyanın söz sahibi olmasından qorxurdu. Nəzərə almaq lazımdır ki, Fevral İnqilabı və Çarın devrilməsi Rus qoşunlarının İstanbulu fəth etməsi ərəfəsində baş vermişdi; bir az da keçsəydi İstanbul, ardınca da Qüds Rusiya İmperiyasının əyalət şəhərlərinə çevriləcəkdi.
 Məhz Rusiyanın məhvə sürükləndiyi bir ərəfədə Rus ordu kəşfiyyatı işə qarışdı. Tədqiqatçı Vladimir Karpets bildirir ki, Rus ordu kəşfiyyatı masonların Müvəqqəti Hökumətini devirmək üçün bolşeviklərlə əlaqələr qurdu, belə ki həmin dövrdə monarxist təşkilatlar qadağan olunmuş və dağıdılmış, aktiv üzvləri isə öldürülmüşdü. Ordu kəşfiyyatı Rus dövlətini qorumaq üçün bolşeviklərlə alyansa girməyə üstünlük verdi. Genştabın rəhbəri general Nikolay Potapov hələ 1917-ci ilin iyulundan bolşeviklərin içindən öz adamlarını yönləndirirdi. Maraqlıdır ki, həmin dövrdə bolşevik partiyasının Hərbi Bürosuna İosif Stalin rəhbərlik edirdi. Bir sıra tədqiqatçıların fikrincə, 1917-ci il oktyabr çevrilişini və Rusiyanın dağıdılmış Çar ordusunun yerində Qırmızı Ordunun yaradılmasını məhz general Potapovun rəhbərliyi altında Rus ordu kəşfiyyatı həyata keçirmişdir.
 Tədqiqatçı İsaak Deytşerin dediyi kimi, “konservativ” hərbi dairələrdə “cühud işğalına” qarşı kəskin nifrət vardı. Radikallar arasında Müvəqqəti Hökumətdən böyük narazılıq yaranmışdı. Bolşeviklərin tərəfində Kronştadtın matrosları və Petroqraddakı 1-ci Pulemyot Polku da aktiv şəkildə iştirak etdilər, nəticədə Müvəqqəti Hökumət devrildi.
 Rus ordu kəşfiyyatı niyə bolşeviklərlə əməkdaşlıq etdi? Dediyimiz kimi bütün başqa qüvvələr məhv edilmiş, siyasi meydandan qovulub çıxarılmışdı. Vladimir Karpets yazır: “Ölkə tam məhvə getdiyi zaman artıq heç bir “konservatizm” xilas etməzdi. Ancaq radikal inqilabi təşkilat güc qütbü yarada bilərdi”. Tədqiqatçı Oleq Strijak bildirir ki, artıq 1917-ci ilin sentyabrında Genştab kəşfiyyatının generalları başda general Aleksandr Samoylo olmaqla gizli plan qurdular. Məqsəd Müvəqqəti Hökuməti yıxmaq və idarəçiliyi Sovetlər Qurultayına vermək idi. Bunun üçün hərbçilər bolşeviklərdən istifadə etdilər. 1917-ci il Oktyabr çevrilişində bolşeviklərə ordunun Baltika donanması dəstək verdi ki, ona Çar kontr-admiralı Aleksandr Razvozov komandanlıq edirdi. Strijakın ehtimalını Leninin 1917-ci ilin 24 oktyabrında panika içində yazdığı məktubu da təsdiqləyir. Lenin bu məktubunda göstərirdi ki, hakimiyyəti “hərbi-inqilabi komitə” də götürə bilər: “Üsyanın işi hakimiyyəti götürməkdir; onun siyasi məqsədi hakimiyyəti götürəndən sonra aydınlaşacaq”. Müvəqqəti Hökumətin poçt və teleqraf naziri İrakli Çereteli 1917-ci ilin iyununda həyəcanla deyirdi: “Bolşeviklərin darvazasından general əks-inqilabı girəcək”. Kadet partiyasının liderlərindən olan Vladimir Nabokov isə mühaciətdə yazırdı ki, Oktyabr hadisəsi- inqilab deyil, əks-inqilabdır. Sionizmə heyranlıqla yanaşan Kamenyev və Zinovyev kimi “sadiq leninçilər” Oktyabr İnqilabının əleyhinə idilər. Həmin dövrdə “inqilabçı sosialistlər” də “inqilabçı sionistlərlə” birgə eyni mərkəzdən idarə olunurmuşlar kimi yeni yaranmış Sovet hökumətinə qarşı çıxmışdılar. Trotski tərəfdarlarını “Oktyabrdan dərs almağa” çağırırdı.
 Birinci Dünya Müharibəsi döyüşlərinə görə Belorusiyanın Mogilyov şəhərində qərar tutmuş Rus ordu Stavkası 22 fevral 1918-ci ildə Petroqrada yollandı. Həmin gün axşam Stavkaya daxil olan generalların böyük bir qrupu rəisləri general Mixail Bonç-Brueviç başda olmaqla Sovet hökumətinin rəhbərləri Lenin və Stalinlə (əslində Stalinin vasitəçiliyi ilə Leninlə) görüşdülər. Gərgin keçən söhbətdə generallar Leninin qarşısında şərt qoydular və Rusiyanın xilası üçün öz təkliflərini irəli sürdülər. Onlar müharibənin dayandırılaraq təcili sülh bağlanmasını, bütün müdafiə sənayesinin (dağ-mədən, metallurgiya və s.) milliləşdirilməsini, ümumi hərbi mükələfiyyət əsasında yeni ordu qurulmasını, əsgər komitə və şuralarının qadağan olunmasını, əmrlərin müzakirəsinə son verilməsini, dəmir nizam-intizam yaradılmasını, hərbi cinayətlərə görə güllələnmə kəsilməsini tələb etdilər. Lenin bütün tələbləri qəbul etməyə məcbur qaldı. 23 fevral 1918-ci ildə Lenin həyatının ən çətin günlərindən birini yaşadı. O ağır seçim qarşısında qalmışdı. Onun komandası- Mərkəzi Komitə müharibənin dayandırılmasına və Çar ordusu tipli yeni rus ordusunun yaranmasına qarşı idi. Lenin məcbur qalıb ultimatum verərək Mərkəzi Komitədən getməli oldu. 4 martda isə ölkədə general Bonç-Brueviçin rəhbərlik etdiyi Ali Hərbi Şura yaradıldı.
 Maraqlıdır ki, bolşeviklərin Oktyabr çevrilişindən sonra jandarm və polis xidməti dağıdılsa da ordu kəşfiyyatına nəinki toxunulmamışdı, bu struktur tam heyətində qalmışdı və hətta kəşfiyyat zabitləri orduda vacib vəzifələrə götürülmüşdülər. 23 noyabr 1917-ci ildə general Nikolay Potapov ölkənin hərbi naziri təyin olundu. Çar ordusu kəşfiyyatının yüksək rütbəli zabitləri Qırmızı Ordunun idarəçiyində əsas yerləri tutdular: polkovnik Pavel Lebedyev Qırmızı Ordunun Ştab rəisi, polkovnik İoakim Vatsetis Ali Baş Komandan, polkovnik Boris Şapoşnikov Genştabın rəisi, general-leytenant Dmitri Parski Şimal cəbhəsinin komandanı, general-mayor Nikolay Petin Qərb, Cənub və Cənub-Qərb cəbhələrinin komandanı, general Aleksandr Samoylo Şimal və Şərq cəbhələrinin komandanı postlarına oturdular. Hərbi donanma büsbütün Çar zabitliyinin əlində qaldı. Donanmaya kontr-admirallar Modest İvanov, Vasili Altfater, Aleksandr Nemits, vitse-admiral Aleksandr Razvozov kimi tanınmış Çar zabitləri rəhbərlik edirdilər. Köhnə Çar ordusunun 70-75 min zabiti yeni Qırmızı Orduda işləməyə başladı. Çar Genştabının 639 general və zabiti Qırmızı Orduda xidmətə keçdi. 1918-1922-ci illərdə Qırmızı Ordunun 100 komandirindən 82-si Çar ordusunun general və zabitləri idi. Qeyd etmək lazımdır ki, zabitlərin çox hissəsi bolşeviklərin mövqeyini bölüşmürdülər və partiya sıralarına üzv olmamışdılar (Hərbi-Dəniz Donanmasının admiral və kapitanlarının çox hissəsi bütün Sovet tarixi boyunca bitərəf qaldı və partiyaya qoşulmadı). Onlar bolşeviklərin tərəfini Rusiya dövlətçiliyini möhkələndirmək istəyinə görə tutmuşdular. Qeyd etmək lazımdır ki, Qırmızı Orduya qarşı vuruşan Ağ Ordu zabitlərinin çox hissəsi monarxistlər deyildi: Ağ Ordu əsasən “demokratik respublika” qurulması tərəfdarlarından təşkil olunmuşdu. Ağ Ordu generallarının bir çoxunun ingilis kəşfiyyatı ilə əlaqələri ortalıqdaydı.
 Hərbi tarixçi, professor Yuri Rubtsov yazır: “Bolşevik rejimini biz nə cür mühakimə etsək də, tarixi reallıq belədir ki, Böyük Rusiyanın ərazisini bizimçün SSRİ siyasi formasında Müvəqqəti burjua (mason) hakimiyyəti deyil, məhz bu rejim qoruyub saxladı”. Müvəqqəti Hökumətin yerinə gələn Sovetlər Çar zabitlərinin köməyi ilə dövlətçiliyi möhkəmləndirdilər, idarəçilik institutları yaratdılar, nizam-intizam qurmağa səy göstərdilər. Lakin Vətəndaş Müharibəsindən sonra Leninin ətrafındakı trotskistlər ordu kəşfiyyatının bir sıra üzvlərini güllələməyə girişdilər. Orduda trotskist yəhudilər Tuxaçevski və Yakirin rəhbərlik etdiyi qruplaşmalar hegemonluq etməyə başladılar. Stalin ordu kəşfiyyatının Potapov və Şapoşnikov kimi vacib kadrlarını qoruya bildi, hakimiyyətdə möhkəmlənəndən sonra isə ordunu büsbütün trotskist qrupdan təmizlədi və idarəçiliyi yenidən rus zabitliyinin əlinə qaytardı.
 Araşdırmaçıların fikrincə, Rus ordu kəşfiyyatının bolşeviklərə əlaqəyə girməsi qaçılmaz tarixi addım idi. Vaxtilə inqilab və əks-inqilabın belə dialektinə Jozef de Mestr, Konstantin Leontyev, Yulius Evola kimi mütəfəkkirlər də nəzər yetirmişlər. Vladimir Karpetsin dediyi kimi, elə bir vəziyyət yaranmışdı ki, hadisələrin gedişatını dəyişmək mümkin deyildi; odur ki tarixin bu çağırışını qəbul etmək və mənimsəmək lazımdır.
 Politoloq, siyasi elmlər doktoru, Rusiya Hərbi Elmlər Akademiyasının həqiqi üzvü İqor Panarin yazır: “1917-ci ilin yayında Rus hərbi kəşfiyyatı general Potapovun rəhbərliyi ilə Stalinə London proyektləri ilə mübarizədə kömək etməyə başladı. Sonra Stalinə İqnatyev qardaşlarının xarici rus rezidenturası (Paris, Bern) kömək etməyə başladı. Nəticədə generalissimus Stalin tədricən bolşevik sıralarındakı Britaniya rezidenturasını da darmadağın etməyə qadir oldu. 1929-cu ildə Bronşteyn SSRİ-dən sürgün olundu və Stalin qızılın alınması ilə bağlı ingilislərlə SSRİ arasında bağlanmış soyğunçu müqavilələri ləğv etdi. Bronşteynin imzaladığı bu müqavilələrə görə gəlirin yalnız 3 faizi SSRİ-yə çatırdı.  Nəticədə 1929-cu ildə 150 ton olan SSRİ-nin qızıl ehtiyatı 1941-ci ildə 2800 tona qalxdı. Qızıl imkan verdi ki, xaricdən borc almadan industrializasiya həyata keçirilsin”.

İbrahim Sel, “Avrasiya tarixi”

Комментариев нет:

Отправить комментарий