Страницы

20.05.2020

Hacıbaba Əzimov: Hazırda rüşvət və korrupsiya xərçəng xəstəliyi kimi bütün ölkəni bürüyüb. Fikrimcə, bir-iki nəfər icra başçısını və başqa məmuru həbs etməklə bu xəstəliyin qarşısını tam almaq mümkün deyil. Bunun bir səbəbi də odur ki, Prezident Administrasiyasında uzun illər ərzində vətəndaşların müraciətləri üzrə şöbənin müdiri vəzifəsini tutan Süleyman İsmayılov Prezidentə və Prezident Administrasiyasına yazılan bütün şikayətləri elə günahkar vəzifəli şəxslərin özünə göndərir və onlar da həmin müraciətləri zibil qutusuna atıb, heç bir tədbir görmürlər. Dəfələrlə olub ki, vətəndaş icra başçısına ondan şikayət edəcəyini, Prezidentə yazacağını bildirib. İcra başçısı da deyib ki, kimə istəyirsən yaz. Niyə belə deyir? Bilir ki, Prezidentə və başqa rəhbər şəxslərə yazılan şikayətlərin heç biri öz ünvanına çatmır və hamısı qayıdır şikayət olunan orqanın özünə. Belə hallar məmurların, digər vəzifəli şəxlərin özbaşınalıq etməsinə, insanların hüquqlarını pozmasına, rüşvət və korrupsiyanın güclənməsinə səbəb olur.

Комментариев нет:

Отправить комментарий