Страницы

25.05.2020

Həyatın rəngarəng çalarları var

Nuhəmməd Cəfərov

Bu qələm, bu kağız, bu yaşadığım,
Keçdiyim imtahan həyat sınağım.
Söz olub dilimdə mənim yarağım,
Meydanı tərk edib qaçmadım heç vaxt.

Sayrışan hər ulduz günəş sayılmaz,
Ziyası yollara işıq saçammaz.
Fələyin hördüyü düyünlərini
Bir ömür çalışsan düyün açılmaz.

Həyatın rəngarəng çalarları var,
Yuxuşu, enişi, hamarları var.
Seyrinə çıxanda, qoca dünyanın
Üstündə gerçəyi, yalanları var.

Sən demə dünyanın dərdi ağırmış,
Bir yanı viranə, damı dağılmış.
Bir yanı gülxanə, cənnət bağıymış,
Güləndə bir gözü biri ağlarmış?!

Nə deyim, ay dostlar, bu həqiqətə?
Mənim bu dünyaya yazığım gəlir.
Göz yuma bilmirəm çəkdiyi yükə,
Gəl dayaq olaq biz dünyaya bəlkə...

Dünyanın halından üzülsəm də mən,
Ağlayıb çeşmə tək süzülsəm də mən,
Əriyib şam kimi azalsam da mən-
Məni bu dünyanın eşqi yaşadır.

Dünyamızın damı uçsa getmərəm,
Dünyamızın tamı qaçsa getmərəm,
Dünyamızdan hamı qaçsa getmərəm-
Getməyə yermi var, dünya evimdir...

Комментариев нет:

Отправить комментарий