Страницы

01.05.2020

Müsəlman torpaqları sionistlərdən təmizlənəcək – Ayətullah Xamenei

“Fələstinlilərin qayıdış yürüşləri onları azadlığa aparacaq” - İslam İnqilabı Rəhbəri fələstinliləri azadlıq və tarixi torpaqlarına qayıdışla müjdələdi.
islaminsesi.info Leader.ir-ə istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bu barədə hərbi akademiyaların kursantlarının buraxılış mərasimində çıxış edərkən danışıb.
Öncə kursantların qarşısından keçərək onları salamlayan Ali Baş Komandan Ayətullah Xamenei, əvvəlcə şəhidləri anıb, sonra onların ruhuna dualar oxuyub.
Hərbi gücün əhəmiyyətindən, müsəlmanların vəhdəti və qudrətinin əhəmiyyətinə toxunan İnqilab Rəhbər bölgədə baş verənlərə də münasibət bildirib.
İraq və Livanda baş verənlərdən təəssüfləndiyini bildirən Ayətullah Xamenei, hadisələri ürəkyandıran adlandırıb.
Həmçinin Fələstin məsələsinə toxunan İnqilab Rəhbəri, “Bu günlərdə baş verən bu qayıdış yürüşləri bir gün fələstinlilərin geri dönməsinə səbəb olacaq və əsl torpaq sahibləri öz yurdalarına geri dönəcəklər” deyə Fələstinin sionist rejm üzərində qələbə çalacağını və bütün müsəlman torpaqlarının sionistlərdən təmizlənəcəyini bildirdi.
“Bu gün imperializmin məğub olduğunu, 8 milyard xərc çəkdik lakin əlimiz boş qaldı dediyini görürük” deyən Ayətullah Xamenei, İslam düşmənlərinin hiylə və təxribatlarına da işarə edərək müsəlman ölkələrində təhlükəsizliyin və asayişin qorunmasının mühümlüyünə diqqət çəkib.
Ayətullah Xamenei həmçinin müsəlmanların mənafeini, asayişini, təhlükəsizliyini qorumağı hər kəsin müqəddəs vəzifəsi adlandırıb.

Комментариев нет:

Отправить комментарий