Страницы

14.05.2020

Politoloq: Azərbaycan ilə Rusiya arasında illərin sınağından çıxan dostluq əlaqələri mövcuddur

"Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq əlaqələri inkişaf edir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Politoloq strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərindən danışaraq deyib: “Azərbaycan hər zaman şimal qonşumuz Rusiya ilə əməkdaşlığa mühüm önəm verir. Ölkələrimiz arasında illərin sınağından çıxan dostluq əlaqələri mövcuddur. Hazırda tərəflər ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizmi, innovasiyalar və gənclər siyasətini əhatə edən beş yol xəritəsi çərçivəsində əməkdaşlığı davam etdirirlər. 2019-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 20 faiz artıb və 3 milyard dollardan çox olub. Proqnozlar regionda mühüm nəqliyyat arteriyası kimi Şimal-Cənub dəhlizinə ehtiyac daha da artacağını deməyə əsas verir. Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq əlaqələri də inkişaf edir. Rusiya dəfələrlə özünü etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və Ermənistan bundan çox narahatdır”.
O vurğulayıb ki, Azərbaycan nəinki Rusiya, digər ölkələrlə də münasibətlərdə stabil siyasət yürüdərək özünü etibarlı tərəfdaş kimi göstərir.

Комментариев нет:

Отправить комментарий