Страницы

21.05.2020

Qırğız Dair Asanov Böyük Vətən Müharibəsində topçu kimi xidmət etmişdir və general-mayor rütbəsinə kimi yüksəlmişdir. 1 fevral 1943-cü il döyüşündə birbaşa navodka ilə düşmənin 2 pulemyot nöqtəsini və 2 blindajını məhv etmişdir. 23 mart 1943-cü ildə 4 saat gedən ağır döyüşdə düşmənin 8 tankını, 6 zirehli maşınını vurmuş, 40-a yaxın avtomatçısını qırmışdır. 27 avqust 1943-cü ildə aramsız bombardman və atəş altında olmasına baxmayaraq almanların silah-sursat dolu 5 maşınını və 20 əsgərini məhv etmişdir. 17 sentyabr 1943-cü ildə topundan açdığı atəş nəticəsində düşmənin pulemyotunu məhv etmiş, minomyot batareyasını susdurmuş, 2 vzvod piyadasını pərən-pərən salmışdır. Göstərdiyi şücaətlərə görə müxtəlif orden və medallarla təltif olunmuş, Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonra Ulyanov Tank Məktəbini, Moskva Hərbi-Siyasi Akademiyasını bitirmiş, komissar işləmişdir.

Türkün müqəddəs borcu Rusiya İmperiyasına xidmət etməkdir (İbrahim Sel).

Комментариев нет:

Отправить комментарий