Страницы

21.05.2020

Sabir Rəhimov - əfsanəvi Sovet generalı. 1902-ci ildə Daşkənddə anadan olmuşdur. Sovet ordusunun Türkistan hərbi dairəsində xidmət etmiş, basmaçilərə qarşı döyüşlərdə igidliklər göstərmiş, bir neçə dəfə yaralanmışdır. Bakı Hərbi Məktəbini bitirmiş, professional hərbçi kimi yetişmişdir. Böyük Vətən Müharibəsində ad-san çıxarmışdır. Komandiri olduğu polk iki gün ərzində Rostovu almanlardan azad etmişdir. Təkcə 14-26 yanvar 1945-ci ildə onun diviziyası almanların 1534 əsgər və zabitini, 3 tankını, 19 zirehli maşınını, 34 topunu, 15 minomyotunu, 99 pulemyotunu məhv etmiş, 116 əsir, 27 top, 8 maşın və çoxlu sayda digər trofeylər ələ keçirmişdir. “Dəmir general” ləqəbi ilə tanınmışdır. 25 mart 1945-ci ildə Dançiq uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Özbək xalqının milli qəhrəmanı sayılır. Daşkənddə və Səmərqənddə 4 heykəli qoyulub.

Türkün müqəddəs borcu Rusiya İmperiyasına xidmət etməkdir (İbrahim Sel).

Комментариев нет:

Отправить комментарий