Страницы

15.05.2020

YƏHUDİ GENOSİDİ YOX, SLAVYAN GENOSİDİ BAŞ VERMİŞDİR

 İkinci Dünya Müharibəsindən sonra sionistlər növbəti fitnəyə əl atdılar: bütün dünyaya elan etdilər ki, müharibədə 6 milyon yəhudi həlak olub. Falsifikatorların dediklərindən belə çıxırdı ki, yəhudilərin çox hissəsini almanlar qaz kameralarında yandıraraq öldürülüblər. Maraqlısı budur ki, 1933-1945-ci illərdə alman nəzarətindəki bütün Avropa ərazilərində cəmi 3 milyon yəhudi yaşamışdı. Amma bu fakt iudey falsifikatorlarına təkcə Osvensim həbsxanasında 4 milyon yəhudinin öldürüldüyünü iddia etməyə mane olmadı. Müharibənin yəhudi qurbanlarının sayı nə az, nə çox- düz 10 dəfə şişirdildi, əksinə, rus qurbanlarının sayı 100 dəfə azaldıldı- bu da tipik İudey-Talmud “yaradıcılığının” növbəti bəhrəsi idi. Hələ də Xolokost mifi dünya ictimaiyyətinin şüuruna xüsusi inadkarlıqla yeridilməkdədir. Məqsəd yəhudi xalqını əsas zərərçəkmiş kimi göstərməklə alman xalqından kompensasiya qırxmaqdır.
 Kiyev sakinlərini təəccübə salan o olmuşdu ki, almanlar yəhudilərin Lukyanov qəbiristanlığına toxunmamışdlılar. Onlar şəhərdə yəhudi sinaqoqlarına yaxın da getməmişdilər, amma pravoslavların Uspenski Kilsəsini partladıb dağıtmışdılar. Çox qəribə antisemitizmdir. Sovet simvollarını binaların üstündən yerə atırdılar, amma sinaqoqlara toxunmurdular. Araşdırmalar göstərir ki, hitlerçilər yəhudi əsirlərinə yox, məhz rus əsirlərinə qarşı amansız olmuşlar. Stalinqrad döyüşlərində Vermaxtın 6-cı ordusu məhv edildikdən sonra Hitler matəm elan etdi, həmin gün Odessada bir qrup alman zabiti hərbi əsirlərin saxlandığı həbsxanaya doluşdular və silahlardan atəş açaraq 78 əsiri öldürdülər. Mariupolda hitlerçilər yaralı və xəstə Sovet əsgərləri ilə dolu 18 vaqonu mismarlayaraq kip bağladılar, gözdən uzaq bir yerə gətirərək o qədər saxladılar ki, içindəkilər hamısı zarıyaraq qırıldı. 1941-ci ildə əsir düşmüş Sovet əsgərlərinin çoxu acından öldürülmüşdü. Həbsxanalarda rus əsirlərindən fərqli olaraq yəhudi əsirlər daha yaxşı həyat şəraiti olan kərpic tikililərdə yerləşdirilirdi. SS-çilər Mautxauzen konslagerində rus əsirlər üçün xüsusi 20-ci blok tikmişdilər. Rusların saxlandığı bu yer əsas həbsxanadan ayrıca idi; 2,5 metr hündürlükdə hasarla əhatələnmiş, hasara tikanlı məftil çəkilmiş, məftilə elektrik cərəyanı buraxılmışdı. Blokun hər tərəfində pulemyotçuların oturduğu qüllələr vardı. Burda saxlanılan rus əsirlərə almanlar digər əsirlərə verilən yeməyin dörddə biri qədər yemək verirdilər, yəni faktiki olaraq rusları ac saxlayırdılar. Ruslara qaşıq və boşqab da nəzərdə tutulmuşdu, təkcə quru çörək verilirdi. Həbsxananın digər yerlərindən fərqli olaraq bu blok qızdırılmırdı, pəncərələrinə şüşə və çərçivə də salınmamışdı. Ruslar soyuqdan donurdular və xəstəlikdən qırılırdılar. Blokda hətta yatmaq üçün nara da qurulmamışdı, məhbuslar yerdə daşın üstündə uzanıb yatırdılar. Qışda rus məhbusları bloka doldurmamışdan qabaq döşəməyə şlanqla su vururdular. Ruslar suyun içində uzanıb yatmağa məcbur olurdular və bəzilərinin yatdığı yerdəcə canı çıxırdı.
 Konslagerlər yəhudilər üçün yox, məhz slavyan əsirlər üçün “ölüm fabrikinə” çevrilmişdi. Maydanek həbsxanasında 1944-cü ilin martında ölən 1654 əsirdən 615-i rus, 247-si polyak, 74-ü yuqoslav idi. Faşist konslagerlərinə düşmüş milyonlarla rus, ukrain, belorus və digər Sovet vətəndaşları geri qayıtmamışdır. Əsir götürülmüş Sovet vətəndaşlarının 58 faizi məhv edilmişdi. 1942-ci ilin martında nasist məmuru Vilhelm Keytelin adına yazılmış hesabatda göstərilirdi ki, 3,6 milyon Sovet hərbi əsirindən cəmi bir neçə yüz mini işləmək qabiliyyətini saxlamışdı- çox hissəsi aclıq, soyuq və tif xəstəliyindən qırılmışdı. 1942-ci ilin fevralında əmək nazirliyinin ministerial-direktoru Verner Mansfeld bildirirdi ki, 3,9 milyon rus əsirindən cəmi 1,1 milyonu qalmışdır: “Təkcə 1941-ci ilin noyabrından 1942-ci ilin yanvarına kimi 500 min rus ölmüşdür”. Ən çox ölüm halları Polşa ərazisindəki düşərgələrin payına düşürdü. 1941-ci ilin payızında general-qubernatorluğa gətirilmiş 361 612 əsirdən 1942-ci ilin aprelində cəmi 44 235-i sağ qalmışdı. Bunlardan 7 559-u qaçmış, 17 256-sı güllələnmişdi. Polşa düşərgələrinə düşmüş Sovet əsirlərinin 85,7 faizi məhv olmuşdu. Bir çox konslagerlərdə Sovet əsirləri üçün bina tikilməmişdi, onları yağışda və qarda açıq havada saxlayırdılar. Komendantlar deyirdilər: “Bunlar nə qədər çox qırılsalar, bir o qədər yaxşıdır”. Araşdırmalar göstərir ki, milyonlarla Sovet əsiri ərzağın gətirilməsi ilə bağlı transport problemi ucbatından yox, qəsdən, məqsədyönlü şəkildə öldürülmüşdür. Həmin dövrdə Reyxin ərazisində əsirləri yemləmək üçün kifayət qədər ərzaq vardı. Lakin 16 sentyabr 1941-ci ildə Gerinq bildirmişdi: “Ərzağı yaxınlıqda avaralanan əhalinin yeməsinə və ya hərbi əsirlərə verilməsinə imkan vermək olmaz. Ərzağı xüsusi qorunan yerlərdə imperiya rezervi kimi toplayıb saxlamaq lazımdır”.
 Sovet vətəndaşlarının saxlandığı həbs düşərgələrinin rəhbərlikləri xüsusi qəddarlıqları ilə seçilirdilər. Lvov kənarındakı Yanovski düşərgəsinin komendantı Frits Qebauer qadın və uşaqları şəxsən öz əli ilə boğurdu. Qışda soyuq şaxtada kişilərin əl-qolunu bağlatdıraraq su dolu boçkaya saldırıb dondururdu. Komendant Frans Vartsok məhbusları qıçlarından üzüaşağı dirəklərdən asdırırdı və ölənə kimi bu vəziyyətdə saxlayırdı. Oberşturmfürer Rokita məhbusların qarınlarını yırtırdı. Düşərgənin istintaq rəisi Qayne məhbusların bədəninə mismar vururdu, kəlbətinlə qadınların dırnaqlarını çıxarırdı, soyundurub lüt saçından asaraq yellədirdi və “hərəkət edən hədəfə” atəş açırdı. Komendant Qustav Vilqauz idman marağına və arvadını və qızını əyləndirmək üçün balkondan ərazidə işləyən məhbuslara atəş açırdı. Sonra Vilqauz avtomatı arvadına verirdi və o da atəş açırdı. Öz 9 yaşlı qızını əyləndirmək üçün Vilqauz 2-4 yaşlı körpələri göyə tullamağı əmr verirdi və onlara atəş açırdı. Qızı əl çalırdı və “Ata, yenə, yenə!” qışqırırdı. 1943-cü ildə Hitlerin ad günündə Vilqauz məhbusların içində 54 nəfər sayaraq güllələmişdi (Hitlerin 54 yaşı tamam olmuşdu) və bu üsulla sevimli fürerinə özünəməxsus hədiyyə etmişdi. Düşərgənin məhbusları heç bir səbəb olmadan, hətta bəzən mərc gəlmək üstündə öldürülürdü. Gestapo komissarı Vepke düşərgənin digər məmurları ilə mərc gəlmişdi ki, o qılıncın bir zərbəsi ilə adamı yarı bölə bilər. Ona inanmamışdılar. Onda o yaxınlıqdan keçən 10 yaşlı uşağı tutmuş, dizi üstə oturtmuş və qılınc zərbəsi ilə gövdəsi boyunca doğramışdı. Hitlerçilər Vepkeni təbrik etmişdilər və əlini sıxmışdılar. Alman quldurları insanları məhv etmək üçün yani-yeni üsullar fikirləşib tapırdılar, çünki bilirdilər ki, bu nəinki şərəf işi hesab olunur, həm də komandanlıq tərəfindən alqışlanır.
 1941-ci ilin sentyabrında Vladimir-Volınsk şəhərinin kənarında keçmiş hərbi şəhərciyin kazarmalarında hitlerçilər əsir edilmiş Sovet komandirləri və siyasi işçiləri üçün “Oflaq № 365” adlı düşərgə yaratmışdılar. Bu düşərgənin məhbusu Demyan İşşenko xatırlayırdı: “Faşistlərin etmək istədikləri əsas şey bizi aclıq və görünməmiş işgəncələrlə cismən məhv etmək idi, çünki onlar Sovet zabitlərini ruhən qıra bilmirdilər. Mən belə faktları xatırlayıram: barakda dezinfeksiya keçiriləcəyi elan edildi. Hamıya əmr olundu ki, soyunsunlar, əyinlərində ancaq alt paltarı qalsın, sonra isə küçəyə çıxsınlar. 30 dərəcəyədək şaxta idi. Bizi çılpaq küçədə bir, iki saat saxlayırdılar, sonra hamama aparıb isti suyun altına salırdılar, sonra yenə çılpaq küçəyə çıxarırdılar. Belə “dezinfeksiyadan” sonra çoxları ölürdü”.
 “Oflaq № 365” düşərgəsində hitlerçilər hər cür tədbirlər görürdülər ki, Sovet zabitlərinin iradəsini qırsınlar, onları alman tərəfə xidmət etməyə, vətən xaini Vlasovun ordusuna qoşulmağa yönəltsinlər. Düşərgədə kapitan Erix Günterin başçılıq etdiyi abver şöbəsi işləyirdi. Şöbənin agentləri hərbi əsirlər içərisində siyasi işçiləri, dövlət təhlükəsizliyinin əməkdaşlarını, qaçmağa cəhd edənləri müəyyənləşdirirdilər. Onları müvəqqəti 3 №-li bloka keçirirdilər- məhbuslar bu bloku “ölüm bloku” adlandırırdılar. Sonra onları düşərgənin yaxınlığındakı iki böyük xəndəyin qırağında güllələyirdilər. Öldürülənlərin üstünü torpaqlamamaq üçün faşistlər xəndəklərin bir neçə yerinə partlayıcı qoyurdular. Adamların növbəti güllələnməsindən sonra partlayış olurdu və xəndəklərin üstü bir az torpaqla örtülürdü.
 Ukraynanın Vladimir-Volınsk şəhərində hitlerçi qarnizon zabitləri cəmiyyətinin açılışı zamanı hebitskomissar Vilhelm Vesterhayde öz çıxışında demişdi: “Şərqdə kişilər lazımdır, maymaqlar yox. Gəlin Avropanın xəritəsinə xəyalən nəzər salaq. Ortada bizik, almanlar, bunlar insanlardır. Bizdən solda neqroidlər- fransızlardır, onlar məhv edilməlidirlər. Bizdən sağda monqolidlər- ruslardır, onlar da məhv edilməlidirlər. Siz mənə Şiller və Götedən danışacaqsınız, mən isə onları heç vaxt adam da hesab etmirəm. Əgər yüz il bundan qabaq onlar özlərinin axmaq şeirlərini yazmaq əvəzinə başa düşsəydilər ki, məhv etmək lazımdır, indi biz Uralda olardıq. Mən bura məhv etmək üçün Hitler tərəfindən göndərilmişəm. Mən bu vəzifəni yerinə yetirirəm. Burda olduğum ilk günlərdə mən bu yarımçıq adamlar içərisindən 250 qadın gətirilməsini əmr etdim və tapançamı onların üstündə sınaqdan keçirdim. Cənab zabitlər, sizi inandırıram ki, mən onları güllələyəndən sonra axşam yeməyi xüsusilə ləzzətli göründü”.
 Hitler özünün “Mayn kampf” kitabında yəhudilərin yox, slavyanların məhvindən danışırdı. O yazırdı: “Bütün vasitələrlə nail olmaq lazımdır ki, dünya almanlar tərəfindən fəth olunsun. Əgər biz özümüzün Böyük Alman İmperiyamızı yaratmaq istəyiriksə, ilk növbədə slavyanları- rusları, polyakları, çexləri, slovakları, bolqarları, ukrainləri, belorusları sıxışdırmalı və qırmalıyıq”. Faşistlərin “Ost” general planı da yəhudilərin yox, məhz slavyanların məhvini özündə əks etdirir. “Ost” planı ilk növbədə 35 milyon slavyanın- rusların, ukrainlərin və belorusların fiziki məhvini, ardınca isə rusların tam biloloji məhvini nəzərdə tuturdu. Sağ qalacaq slavyanları iki kateqoriyaya ayırmışdılar; bir hissəsinin Sibirə sürgün edilməsi planlaşdırılmışdı, ikinci hissəsi ağır işlərdə işləmək və almanlara xidmət göstərmək üçün yerlərində qalmalıydılar. “Ost” planına görə rusların sayını azaltmaq üçün “xüsusi tədbirlər”- ilk növbədə aclıq və doğuşun süni azaldılması nəzərdə tutulurdu. Bu yolla alman işğalçıları “rus xalqının qüdrətini sarsıtmaq” istəyirdilər ki, “alman hakimliyini uzun müddət saxlaya bilsinlər”. “Ost” planı müzakirə olunarkən “professor doktor Abelin” mövqeyi əsas götürülmüşdü. Bu “mütəxəssis” rus xalqının ya tam məhv edilməsini, ya da nordik irq əlamətləri olan hissəsinin almanlaşdırılmasını irəli sürmüşdü. “Ost” planının alman hərbi komandanlığında müzakirtəsi zamanı deyilirdi: “Söhbət təkcə mərkəzi Moskva olan dövlətin darmadağın edilməsindən getmir. Əsas məsələ rusları bir xalq kimi darmadağın etmək və bir-birindən ayırmaqdır... Rus xalqı bizimçün təhlükədir. Biz almanlar rus xalqını o dərəcədə zəiflətməliyik ki, o bizə Avropada alman hakimliyi yaratmaqda mane ola bilməsin”. “Barbarossa” planında da ilkin mərhələdə 60 milyon rusu məhv etmək nəzərdə tutulurdu. Hitlerçilər SSRİ-nin Avropa hissəsində cəmi 14 milyon əhali saxlayacaqdılar ki, onlar bura yerləşdirdikləri 4,5 milyon almana xidmət göstərsinlər. Hitler gizli müşavirələrdən birində demişdi: “Rusiyadan bizə lazım olan hər şeyi götürmək lazımdır. Özgə əhalisinin ixtisar edilməsinin texnikasını işləyib hazırlamalıyıq. Aşağı irqin çəyirkə kimi artan milyonlarla insanını məhv etmək hüququmuzu kim mübahisələndirə bilər?.. İlk növbədə slavyan əhalisinin sayını azaltmağa nail olmaq lazımdır”. Digər müşavirədə o bildirmişdi: “Stalinin becərdiyi intelligensiya məhv edilməlidir. Böyük Rusiyada qəddar terror həyata keçirmək lazımdır”. Himmler deyirdi: “Rus xalqının tam məhv edilməsi üçün diqqəti onun irqi mənada zəiflədilməsinə, bioloji gücünün dağıdılmasına yönəltmək lazımdır”. Gerinq 1941-ci ilin noyabrında İtaliyanın xarici işlər nazirinə demişdi: “Bu il Rusiyada 20 milyondan tutmuş 30 milyona kimi adam acından öləcək. Ola bilsin bu lap yaxşıdır, axı bəzi xalqları ixtisar etmək lazımdır”. Alman komandanlığının Rusiyanın kənd təsərrüfatı ilə bağlı 23 may 1941-ci il instruksiyasında göstərilirdi: “Bu ərazidə milyonlarla insan artıqdır, onlar ölməlidirlər, ya da Sibirə köçməlidirlər. Burdakı əhalini aclıqdan qırılmaqdan xilas etmək cəhdləri Avropanın təhcizatına zərər vurur. Belə cəhdlər Almaniyanın mətinliyini sarsıda bilər”.
 SSRİ-yə hücumdan bir müddət qabaq keçirdiyi müşavirədə Hitler Rusiya ilə Almaniya arasındakı mübarizəni “irqlər arasında mübarizə” adlandırmışdı. O “slavyan irqinin artımının qarşısını almağı alman dövlətinin əsas vəzifələrindən biri” sayırdı. 1941-ci ilə aid şəkillərdən görünür ki, alman məktəblərində lövhəyə “Ruslar ölməlidir ki, biz yaşaya bilək” yazılırdı. SSRİ-yə hücum zamanı Hitler deyirdi: “Biz əhalini məhv etməliyik- bu bizim alman millətini qorumaq missiyamıza daxildir. Bizə əhalinin qırmaq texnikasını təkmilləşdirmək lazım olacaq... Mənim ixtiyarım vardır ki, aşağı irqdən olan, soxulcan kimi artan milyonlarla insanı qırım”. Vermaxtın şəxsi heyəti üçün buraxılmış “Alman əsgərinin yaddaş kitabçası”nda təlimat beləydi: “Sənin qəlbin, əsəblərin olmamalıdır- müharibədə onlar lazım deyil. Özündə rəhm və şəfqəti məhv et- bütün rusları, sovetləri öldür, əgər qarşındakı qoca, ya qadın, oğlan, ya qız olsa da dayanma, öldür. Bununla sən özünü ölümdən xilas edəcəksən, öz ailənin gələcəyinin təminatını quracaqsan və əsrlər boyu şöhrətlənəcəksən”.
 SSRİ-yə hücumdan sonra nasist ideoloqları slavyan xalqlarına qarşı münasibətdə “vəhşilər və “heyvanlar” kimi ifadələr işlətməyə başlamışdılar. Hitlerin sağ əli Martin Borman deyirdi: “Biz slavyanları ölənə kimi işlətməliyik. Onda peyvəndlərdən istifadəyə lüzum olmayacaq. Slavyanların artması arzuolunmazdır. Onlar nə qədər abort elətdirsələr, bir o qədər yaxşıdır. Onlara təhsil vermək təhlükəlidir. Yüzə kimi saya bilsələr bəsdir. Ən yaxşı halda içlərindən bizə xeyir verəcək marionetkalara təhsil vermək olar”. Polyaklara münasibətdə onun təlimatı belə idi: “Varlı polyak olmamalıdır, əgər varsa məhv edilməlidir. Ən axırıncı alman fəhləsi və ən axırıncı alman kəndlisi maddi cəhətdən istənilən polyakdan yüksək olmalıdır. Polyak intelligensiyasının bütün nümayəndələri məhv edilməlidir- nə qədər qəddar səslənsə də, həyatın qanunu belədir...” 1940-cı ilin yayında bir neçə min polyak ziyalısı məhv edilmişdi. Polşada 1941-ci ilin yanvarına kimi 700 dindar öldürülmüş, 3 min dindar isə həbs olunmuşdu. 1939-1945-ci illərdə 1,5 milyon polyak Almaniyaya ağır işlərdə çalışmaq üçün göndərilmişdi. 100 minə yaxın polyak konslagerlərə salınmışdı. İkinci Dünya Müharibəsi dövründə hitlerçilər 2 milyona yaxın qeyri-yəhudi polyakı qırmışdılar. Polşanın Poznan şəhərində çıxışında Himmler demişdi: “Biz yalnız öz qanımızdan olanlarla özümüzü dostcasına aparmalıyıq, başqa heç kimlə. Məni rusun və ya çexin taleyi qətiyyən maraqlandırmır”. Yuqoslaviyanın 14 faiz əhalisi məhv edilmişdi. Bu ölkədə “Prinç Yevgeni” diviziyasından olan SS-çilər kəndlərə od vurur, uşaq və qadına fərq qoymadan əhalini qırırdılar. Polşa və Yuqoslaviya xalqlarını ağır tale gözləyirdi: əgər müharibə dövründə onlar hitlerçilərə hüquqsuz işçi qüvvəsi kimi xidmət göstərməliydilərsə, müharibədən sonra onların Yer üzündən tam silinməsi nəzərdə tutulmuşdu. “Ost” planında çex xalqının 50 faizini almanlaşdırmaq, qalan 50 faizini isə “tədricən imperiya ərazisindən qovub çıxarmaq” göstərilirdi: “Bu çexləri Sibirə yerləşdirmək məqsədəuyğundur ki, onlar sibirlilərlə qaynayıb qarışsınlar və bu yolla sibirlilərin rus xalqından ayrılmasına səbəb olsunlar”. Slavyan düşmənçiliyi təkcə Hitlerə yox, faşist blokunun digər işçitirakçılarına da xas idi. Rumın diktatoru İon Antonesku 10 fevral 1942-ci ildə demişdi: “Rumıniya ox ittifaqına Versal müqaviləsinə düzəliş edilməsinə görə yox, slavyanlara qarşı mübarizə aparmaq üçün daxil olmuşdur”.
 Ələ keçirilmiş slavyan dövlətlərində faşistlər ən kəskin formada kütləvi genosid metodları həyata keçirmək niyyətindəydilər. Genosid siyasəti slavyan xalqların güllələmə və cəzalandırma yolu ilə fiziki məhvi, aclıq və epidemiya, tibbi xidmətin likvidasiyası, doğuşun azaldılması, etnik qruplara parçalama və aralarında münaqişə yaratma yolu ilə ixtisarını əhatə edirdi. Visla və Ural çayları arasındakı ərazilərdən slavyanları çıxarıb bura almanları məskunlaşdırmaq planlaşdırılmışdı. Himmlerin gizli memorandumunda deyilirdi: “Şərqi Avropa əhalisini xırda qruplara bölmək, sonra isə qırmaq lazımdır”. Memorandumda “yad xalqlara 500-ə kimi saymaq, adını yaza bilmək və Allaha dua etməkdən başqa heç bir təhsil verməmək, hətta oxumağı belə öyrətməmək” tapşırığı verilirdi. Almanlar ali təhsilli polyakların 37,5 faizini qırmışdılar. Ukraynanın bütün yaşayış məntəqələrində dar ağacları qurulmuşdu. SSRİ ərazisinə alman qoşunları ayaq basan kimi Hitler əmr vermişdi: “Dövlət siyasi ideyasının daşıyıcıları və siyasi rəhbərlər məhv edilməlidir”. Himmler deyirdi: “Biz Rus xalqını o dərəcədə zəiflətməliyik ki, bizə Avropada öz hökmranlığımızı qurmaqda mane olmasın. Tədricən azalan ucuz rus qullar xalqı intellektual və mədəni səviyyəcə yüksəlməməlidir”.
 Hitler nasist rəhbərliyi qarşısında çıxışında deyirdi: “Yerli əhali ilk növbədə bizim iqtisadi maraqlarımıza xidmət etməlidir. Digər xalqlar bizə xidmət göstərmək üçün yaranmışlar. Bizim adamlar ən yaxşı binalarda və saraylarda yaşayacaqlar. Yerlilərin ən yaxşı torpaqlarını əllərindən alacayıq. Özləri qoy bataqlıqda eşələnsinlər. Maksimum dərəcədə məhdudiyyətlər qoymaq lazımdır. Qəzet və kitab nəşri dayandırılmalıdır. Ən adi radioverilişlər olmalıdır. Yerli əhalini düşünməkdən məhrum etməliyik. Məktəb təhsilini məhv etməliyik. Başa düşmək lazımdır ki, onların savadlı olmasından bizə yalnız ziyan gələ bilər. Yoxsa bir-iki düşüncəli insan tapılar ki, tarixi araşdırmağa yol taparlar, siyasi nəticələrə gələrlər və bizə qarşı çıxarlar. Odur ki işğal olunmuş ərazilərdə tarixi mövzularda verilişlərin təşkilini ağlınıza da gətirməyin və əsasən əyləncə verilişlərini gücləndirin. Onlar yalnız bizim xəbərləri eşitməlidirlər və əylənməlidirlər. Bəli, onları əyləndirmək, siyasi, elmi biliklər alma cəhdlərindən fikirlərini yayındırmaq lazımdır. Radiodan daim ritmik və şən musiqi səslənməlidir. Bu cür musiqi gümrahlandırır və iş qabiliyyətini artırır”.
 Rus xalqına qarşı ən ağır tədbirlər həyata keçirilməliydi. Nasist rəhbərliyi rusları mədəni və mənəvi deqredasiyaya uğratmağı ən vacib vəzifələrdən biri kimi görürdü. Nasist instruksiyasına əsasən, “yerli əhalinin yol hərəkəti qaydalarından başqa heç bir bilgisi olmamalıydı”. “Ost” planına görə işğal olunmuş ərazilərdə slavyanlara 4-cü sinifdən yuxarı təhsil verilməməliydi. Hitlerin işğal olunmuş ərazilərlə bağlı 23 iyun 1942-ci il direktivində deyilirdi: “Yerli əhaliyə elə bilik vermək lazımdır ki, yazıb oxumaqdan başqa heç nə bilməsinlər. Məktəbləri pullu etmək lazımdır ki, təhsil ala bilməsinlər. Dərs proqramını elə formaya salmaq lazımdır ki, məktəbli mümkün qədər az savadlansın. Bizimçün sərfəli olardı ki, onlar ümumiyyətlə danışa bilməsinlər, bir-birlərini barmaqlarının köməyi ilə başa salsınlar. Heyf ki bu mümkün deyil”.
 Sovet İttifaqına qarşı vuruşan əsgərlərə Sovet ərazilərində hektarlarla torpaq və mülkədarlıq söz verilmişdi. Müharibə bitəndə hər bir alman döyüşçüsü 50 hektar torpaq və yerli əhalidən 10 qul alacaqdı. Himmlerin 26 oktyabr 1942-ci ildə imzaladığı sirkulyarda göstərilirdi ki, alman hərbçilərinə Şərqdə 160 hektar torpaq veriləcək. Ukrayna Almaniyanı ərzaq və xammalla təmin edən bazaya çevrilməliydi. Şərqdə ucuz işçi qüvvəsi Reyxin təminatı üçün çalışacaqdı, qalan “lazımsız” əhali isə məhv ediləcəkdi. Nasist məmuru Erix Kox deyirdi: “Alman əsgəri Ukraynanı burda məskunlaşmaq üçün tutub”. Himmler əmr vermişdi ki, 1942-ci ildə məhsul yığımından sonra Vinnitsa vilayətinə 10 min alman köçürülsün. 1942-ci ilin noyabrında Vinnitsa vilayətinin 7 kəndi boşaldıldı ki, bura “ali irqin” nümayəndələri gətirilsin. Jitomir vilayətinin də 60 kəndinin əhalisini qovub burda almanlar üçün “Xeqelvald” yaşayış məskəni yaratmaq planlaşdırılmışdı. Nasist məmuru Alfred Rozenberq qələbədən sonra işğal olunmuş ərazilərə daniyalıları, norveçliləri, hollandları və ingilisləri köçürməyi təklif edirdi. “Ostland” reyxskomissariatının sənədlərindən aydın olur ki, Belorusiyanın qərb və cənub hissələrini büsbütün yerli əhalidən təmizləyib bura alman kolonistlərini yerləşdirmək nəzərdə tutulmuşdu. Himmler 1942-ci ildə SS-çilərin “Das Şvarçe Korps” qəzetində açıq-aşkar yazırdı: “Bizim məqsədimiz odur ki, Şərqdə yalnız alman qanının daşıyıcıları yaşasınlar”. Hitler deyirdi: “Biz Krımı sırf almanların yaşadığı koloniyaya çevirəcəyik. Yerli əhalini qovmaq çətin olmayacaq”. Direktivlərdən birində göstərilirdi: “Yüz ildən sonra burda milyonlarla alman kəndlisi yaşayacaq”. Hitler öz əlaltılarına bildirirdi ki, yaxın 20 il ərzində Ukraynaya 20 milyon alman köçürüləcək. Sənədlərdən aydın olur ki, yerli əhalinin çox hissəsini qırmaq və qovmaq, yerdə qalan hissəsini isə qul kimi işlətmək nəzərdə tutulmuşdu. Gerinqin “Yaşıl qovluğunda” göstərilirdi: “SSRİ ərazisində milyonlarla insan artıqdır. Onlar ölməlidirlər, ya da Sibirə köçməlidirlər”. Qərbi Ukraynadan 65 faiz, Belorusiyadan 75 faiz yerli əhali qovulub çıxarılacaqdı. Ukraynanın reyxskomissarı Erix Kox deyirdi: “Mənə lazımdır ki, polyak qabağına çıxan ukraini öldürsün və əksinə, ukrain polyakı öldürsün. Bizə nə ruslar, nə ukrainlər, nə də polyaklar lazım deyil. Bizə münbit torpaqlar lazımdır”.
 Faşistlərin planına görə SSRİ-nin Avropa hissəsində 20-30 ildən sonra cəmi 15 milyon adam qalmalıydı. Bu məqsədlə ruslar arasında doğuşun qarşısını almaq nəzərdə tutulurdu. Himmler deyirdi: “Bu vilayətlərdə əhalinin sayının azaldılması üçün biz təbliğat yoluna əl atmalıyıq- radio, kino, vərəqələr, qısa broşüralar, məruzələr və s. vasitəsilə əhaliyə yeritməliyik ki, çox uşağı olmaq ziyandır. Göstərməliyik ki, uşaqların tərbiyəsinə xərclədiyiniz böyük pullara çoxlu şeylər ala bilərsiniz. Deməliyik ki, uşaq doğmaqla qadın sağlamlığını təhlükəyə atır. Hamiləliyin qarşısını alan dərmanların geniş istehsalını, yayımını və təbliğatını qurmalıyıq. Abortların artmasını təşkil etməliyik. Abort edən akuşer və feldşerlər hazırlamalıyıq. Könüllü sterilizasiyanı təbliğ etməliyik. Uşaq ölümlərinə qarşı mübarizə aparmamalıyıq. Analara uşağa qulluq etməyi və xəstəliklərin qarşısını almağı öyrətməməliyik. Rus həkimlərinin hazırlanmasını minimuma endirməliyik. Uşaq bağçalarına heç bir kömək etməməliyik. Boşanmalara mane olmamalıyıq. Çoxuşaqlı ailələrə heç bir imtiyaz və pul dəstəyi verməməliyik”.
 Himmlerin 28 iyul 1941-ci il əmrində deyilirdi ki, müqavimət göstərən istənilən yaşayış məntəqəsi aviasiya ilə bombalanmalıdır. “İrqi, milli və fiziki cəhətdən mükəmməl olmayan” Sovet adamlarını qırmaq, qadın və uşaqları işləmək üçün Almaniyaya yollamaq, mal-qaranı və ərzağı isə ordu üçün konfiskasiya etmək planlaşdırılmışdı. 1942-ci ilin martında Hitler işçi qüvvəsi komissarı Friç Zaukelə əmr vermişdi ki, 15 yaşından 35 yaşına kimi 400-500 min ukrain qadını alman ordusunun təminatı üçün təsərrüfat işlərinə cəlb olunsun. Zaukel göstəriş vermişdi ki, 31 dekabr 1942-ci ilə kimi 225 min, 1 may 1943-cü ilə kimi də əlavə olaraq 225 min ukrain qadını Almaniyaya göndərilsin. İşğalın sonuna kimi Hitler yırtıcıları Sovet ərazisindən 2,8 milyon dinc sakini aparmışdılar. Yer üzünün əsas zinəti- slavyan insanları eşolonlarla Almaniyaya daşınırdı. İnsanlar öz doğma yurdlarını qoyub qaçır, aclıqdan, soyuqdan və xəstəliklərdən tələf olurdular. İşğalçılar onların evlərini yandırır və əmlaklarını müsadirə edirdilər.
 Alman əsgərləri 1942-ci ilin payızında Ukraynanın Çerniqov vilayətinin bir neçə kəndini yandıraraq həmin kəndlərin bütün əhalisini qırdılar. 1942-ci ilin dekabrında İlinçı kəndinin 300 sakinini sarayın içinə yığıb od vurdular. Rivne vilayətinin Borşovka, Malin və digər kəndlərində minlərə adamı evlərə və saraylara dolduraraq yandırdılar. Jitomir vilayətində 11 kəndi yandırdılar, qaçmağa macal tapmayan sakinləri öldürdülər. 1943-cü ilin 3 martında Xmelniki kəndinin 1300 sakinini, 2 aprelində isə Ternovka kəndinin 2400 sakinini qırdılar. Partizanları dəstəkdən mərhum etmək məqsədilə böyük əraziləri beləcə boşaltdılar. 1943-cü ilin yayında partizanlara qarşı keçirilən cəza əməliyyatları çərçivəsində Ukrayna və Belorusiyanın 80 kənd və xutoru yandırıldı, minlərlə kəndli öldürüldü. Müharibə dövründə Ukraynanın 250 yaşayış məntəqəsi yerli-yeksan edildi, saysız-hesabsız günahsız insan həyatını itirdi.
 SSRİ-yə hücuma bir neçə ay qalmış qərar verilmişdi ki, “Barbarossa” əməliyyatını həyata keçirən Vermaxt əsgərləri dinc sakinlərin öldürülməsinə görə məsuliyyət daşımırlar. Həmin qərarla birgə slavyanların aşağı irqə mənsub olması təbliğatı alman əsgərlərini əsl ölüm maşınlarına çevirmişdi. Onlarda “untermenş”lərə qarşı heç bir rəhm hissi yox idi. General Heyns Quderian bildirirdi ki, əgər alman əsgəri yerli sakini güllələsə, buna görə o hərbi tribunala çəkilməyəcək: “Hansısa donuzu öldürməyə görə alman əsgərini mühakimə etmək olmaz. Onlar nə qədər azalsalar, bizə o qədər yaxşıdır”- o fikrini belə əsaslandırırdı. General Quderianın ordusunda xidmət keçən sıravi Emil Qolıd gündəliyində yazırdı: “Yol boyu biz yerli əhali ilə pulemyotların dilində danışırdıq. Qışqırtı, inilti, qan və çoxlu meyidlər. Heç bir mərhəmət hissi keçirmirdik. Hər yerə, hər kəndə çatanda mənim əllərim gicişirdi. Kütləyə tapançadan atəş açmaq istəyirdim”. Alman əsgərləri tutduqları yerlərdə evlərə girir, qapını açmayanda pəncərədən içəri qumbara atır, onlara narazı baxanları güllələyir, qarşılarına çıxanları aparırdılar. Yol boyu əllərinə keçən qızları meşəyə sürüyüb dəstə ilə zorlayırdılar. Bəzən qızlardan birini bıçaqla kəsib ağacdan asırdılar ki, digər qızlar qorxudan müqavimət göstərməsinlər.
 Alman əsgərlərinin törətdikləri vəhşiliklər onların evlərinə yazdıqları məktublardan da aydın görünür. Yefreytor Feliks Kandels dostuna yazırdı: “Yeyib içib evləri ələk-vələk edəndən sonra əlimizə acıqlı bir qız keçdi, işimizi görəndən sonra onu öldürdük”. Leytenant Qafn məktubunda yazırdı: “Qızları zorlayarkən gicgahlarına tapança dirəyirik, onda əl-qol atmırlar. Başımıza bədbəxt hadisə gəldi: rus qızı özünü və ober-leytenant Qrossu partlatdı. Bundan sonra soyundurub lüm-lüt edərək işimizi görürük”. Əsgər Heyns Müller sevigilisinə yazırdı: “Bezmişəm. Bizim ordunun Rusiyadakı əməlləri məni riqqətə gətirib. Əxlaqsızlıq, soyğunçuluq, zorlama, öldürmə. Qocaları, qadınları, uşaqları öldürürük. Heç bir səbəb olmadan. Məhz buna görə ruslar dəlicəsinə və qəhrəmancasına müqavimət göstərirlər”. Yefreytor Menq həyat yoldaşına yazırdı: “Sən elə bilirsən mən Fransadayam, amma mən Şərq cəbhəsinə göndərilmişəm. Biz rusların əlindən aldığımız kartof və digər ərzaqlarla qidalanırıq. Cücə daha yoxdur, hamısını yeyib qurtarmışıq. Burda yaşından və cinsindən asılı olmayaraq bütün ruslar bizim düşmənimizdir- istər 10, istər 20, istər 80 yaşı olsun. Onların hamısını öldürüb qurtarandan sonra sakitlik və rahatlıq yaranacaq. Rus əhalisi ancaq məhvə layiqdir. Ən axırıncı adamına kimi hamısını qırmaq lazımdır”. Yefreytor Çimmax yazırdı: “Bu gün donuz kəsdik. Doyunca yedim. Donuzun başını tam yedim. Qulağını belorus kişisinə atdım. Onu da rotamızın iti Neptun qapıb yedi”. Ober-leytenant Krauze yazırdı: “Tezliklə mən beynəlmiləl məşuqa çevriləcəm. Mənin qənimətim fransız, polyak, holland qızları olub. Bugünkü qənimətim isə ukrain qızı oldu. 15 yaşı vardı, əl-qolumu dişlədi. Onu iplə bağlamaq lazım gəldi. Leytenant dedi ki, bu igidliyə görə sənə dəmir xaç ordeni düşür”. Əsgər Yozef bacısına yazırdı: “Bu gün 20 cücə və 10 inək əldə etdik. Kəndlərdən uşaqdan böyüyə kimi bütün əhalini qovub çıxarırıq. Rəhm hissi bizə yaddır. Getmək istəməyənləri yerindəcə güllələyirik. Kəndlərdən birində sakinlər tərslik etdilər və çıxmaq istəmədilər. Biz qəzəblənib onlara atəş açdıq. Ardınca dəhşətli hadisə baş verdi. Bir neçə rus qadını yabalarla üstümüzə cumub bir neçə əsgərimizi deşdilər... Burda bizi görməyə gözləri yoxdur. Siz orda vətəndə təsəvvür edə bilməzsiniz burda bizə necə nifrət edirlər”.
 Brestə girən kimi faşistlər dövlət orqanları işçilərini, ictimai təşkilatların aktivistlərini, zavod və fabriklərin aparıcı əmək adamlarını ailələri ilə birlikdə evlərindən çıxarıb “Spartak” stadionuna topladılar. Burda onları 2 gün ac-susuz saxladılar. Sərxoş əsgərlər gəlib içlərindən 70 gözəl qadını seçərək apardılar. Həmin qadınların yaxınları olan kişilər mane olmaq istəyərkən almanlar atəş açaraq onlardan 20 nəfərini güllələdilər. Həmin qadınlar bir də geri qayıtmadılar. 3 gündən sonra stadiona bir neçə alman zabit gəldi. Zabitlər 200 nəfəri ayırıb stadionun şimalına apardılar, burda pulemyotlardan atəş açaraq güllələdilər. Qalanlarını isə naməlum istiqamətdə apardılar. Təkcə işğalın ilk günlərində gestapoçular şəhərin 1000-ə yaxın sakinini öldürdülər. Xarkova ilk girən gün alman əsgərləri qabaqlarına çıxan 116 nəfəri tutub asdılar. İşğalın acı nəticəsi o olmuşdu ki, 1941-ci ilin yayında sayı 1 milyon nəfərə yaxın olan Xarkov əhalisindən 1943-cü ilin payızında 200 min nəfər qalmışdı. Kerç şəhəri əhalisinə də amansız divan tutdular. Ailələri maşınlara doldurub Baqerovo kəndi yaxınlığındakı dərəyə apardılar və burda güllələdilər. 1 kilometr uzunu, 4 metr eni, 2 metr dərinliyi olan dərə qadın, uşaq, qoca və yeniyetmə cəsədləri ilə dolu idi. Dərənin ətrafında qan gölməçəsi yaranmışdı, bu gölməçəyə uşaq papaqları, oyuncaqlar, lentlər, qırılmış düymələr, əlcəklər, soskası ilə birgə butulkalar, botinkalar, qaloşlar, qırılmış insan qol-qıçları, tikə-tikə olmuş bədən hissələri, beyin mayesi tökülüb qalmışdı. Faşist cəlladları müdafiəsiz insanları partlayıcı güllələrlə güllələmişdilər. Sovet ordusu 1942-ci ilin yanvarında Kerçə qayıdanda Baqerovo dərəsində 7 min insan meyidi vardı. İşğal dövründə Kiyevin 195 min sakini məhv edilmişdi. Rostov şəhərinin 40 min sakini öldürülmüş, 53 min sakini isə Almaniyaya məcburi işlərə göndərilmişdi. 23 avqust 1942-ci ildə alman aviasiyası Stalinqrad şəhərini bombalamağa başladı; bir həftə davam edən bu bombardman nəticəsində 90 min insan öldü, şəhərin 70 faiz binaları dağıldı. Almanların Stalinqrada girdiyi dövrdə 40 min şəhər sakini qırıldı, 70 min şəhər sakini isə Almaniyaya məcburi işlərə göndərildi ki, onların da yarısı yolda aclıq və soyuqdan öldü. Şəhərin 85 məktəbi, 107 uşaq bağçası, 5 teatrı, 6 kinoteatrı, 20 xəstəxanası, kitabxanaları və ali məktəbləri dağıdıldı. Ümumilikdə almanlar SSRİ-nin 1 700 şəhərini və 70 000 kəndini xaraba qoydular.
 Lvovun alman komendaturası şəhərdə kişil-qadınlı iyirmiyədək alimi həbs etmişdi. SS-çilər içlərində professor, vəkil, həkim də olan bu adamları məcbur etmişdilər ki, dilləri və dodaqları ilə dördmərtəbəli binanın podyezdini yalayıb yusunlar. Podyezdi bu üsulla təmizlədikdən sonra onları məcbur etmişdilər ki, binanın həyətində üzü üstə sürünsünlər və ağızları ilə yerdəki zibilləri yığsınlar. Sonra SS-çilər gülüş sədaları altında onları güllələmişdilər.
 Faşistlərin tutduqları şəhərlərdə əsas işi soyğunçuluq olurdu. Mənzillərə girib ərzaqdan tutmuş mətbəx əşyalarına və alt-paltarlarına kimi götürürdülər. Oryol şəhərində onların soyğunçuluğuna etiraz edən qocanı və bir neçə digər vətəndaşı şəhərin mərkəzində qurduqları dar ağacından asmışdılar. Alman komandanlığı ordunun qarətçiliyini nəinki qadağan etmişdi, əksinə qanuniləşdirmişdi və əsgərləri buna həvəsləndirirdi. 17 iyul 1941-ci il tarixli gizli instruksiyada komanda heyətinə tapşırıq verilırdı ki, “Vermaxtın hər bir zabit və əsgərində müharibədə şəxsi maddi maraq hissi tərbiyələndirsinlər”. 23 iyul 1941-ci ildə Mogilyov vilayətinin Roqovski Prudok kəndini tutan almanlar dinc əhaliyə pulemyotdan atəş açmışdılar, sonra talançılığa başlamışdılar. Evlərə girib ərzağı, toyuq-cücəni, məişət əşyalarını sakinlərin əlindən almış, cavan qadınları və qızları zorlamışdılar. Buna görə kolxozçu qadın Baranova qışqırıb onlara qarğış yağdıranda, onları bandit və soyğunçu adlandıranda almanlar qadının bıçaqla qarnını yırtmış, üzünü kəsmişdilər. O qədər quduzlaşmışdılar ki, hələ sağ olan qadının gözləri qarşısında 3 uşağının qollarını sındırmışdılar və başlarını əzib dağıtmışdılar.
 Sentyabrda Smolensk vilayətinin Poçinok kəndində telefon xətti zədələnmişdi. Almanlar kənddə qalmış qoca, qadın və uşaqları kolxoz binasına yığmışdılar və odlamışdılar. Bu üsulla Aksenino kəndi əhalisini də qırmışdılar. Leninqrad ətrafındakı Puşkin şəhərində 18 400 adam güllələnmiş, öldürülmüş, artilleriya və aviasiya bombalanmasından qırılmışdı, bir bu qədər adam isə Almaniyaya katorqa işlərinə göndərilmişdi. Bokova şəhərində hitlerçilər 12 yaşlı uşağı saçından asmışdılar və əllərində saata baxaraq gözləmişdilər ki, o nə vaxta qədər tab gətirəcək. 10 dekabr 1942-ci ildə Adler şəhərindən 30-da çox adamı çölə aparmışdılar, özlərinə qəbir qazmağa məcbur etmişdilər və güllələmişdilər. Belorusiyanın Klimı kəndində faşistlər kolxozçu qadın Boqdanovanın gözü qarşısında tonqalda onun körpəsini yandırmışdılar, sonra isə dəhşətdən dəli olmuş ananın özünü həmin tonqala atmışdılar. Vasilyevka kəndində alman cəlladları kolxoz sədrini və ambardarı dəmir qarmağı çənəsinin altına keçirməklə asmışdılar. Onların meyidləri bir neçə gün küçədəki dar ağacında asılı qalmışdı. Artyomovsk şəhərində 3 min yerli sakini güllələmişdilər, onların meyidlərini zavod karyerinin tunelinə hörmüşdülər.
 İnsanların kütləvi və tək-tək güllələnməsi adi hal olmuşdu. Rayon mərkəzlərində dar ağacları qurulmuşdu. Çoxlu sayda insanların diri-diri yandırılması halları qeydə alınmışdır. Bu çox yerlərdə zəhərli qazlardan istifadə olunmuşdur. Bundan başqa, insanları minalanmış sahələrə qovmaqla qırır, qadınları zorlayırdılar. İnsanlar soyuq və aclıqdan milçək kimi qırılırdılar. Bir çox rayonlarda yandırılmış kəndlərin sağ qalmış əhalisi meşələrə qaçırdılar, orda aclıq, şaxta və xəstəliklərdən qırılırdılar. İkinci Dünya Müharibəsində slavyan xalqlarının başına gələn müsibətin miqyasını təsvir etməkdə qələm acizdir. Alman faşistləri faktiki olaraq rus xalqlarının genosidini həyata keçirmək üçün gəlmişdilər.
 1942-ci ilin fevralında Bryansk cəbhəsində ölmüş alman yefreytoru Qans Xaylın gündəliyində bu fikirləri oxuyuruq: “Ruslar- əsl heyvanlardır. Əmr verilib ki, heç kəsi əsir götürməyin. Düşməni məhv etmək üçün bütün vasitələr tutarlıdır. Yoxsa bu zir-zibilin öhdəsindən gəlmək olmaz”. “Biz rus əsirlərin çənəsini kəsirdik, gözlərini deşirdik, dallarına bıçaq keçirirdik. Yalnız bir qanun qüvvədədir- amansız qırmaq. Bütün işlər humanizmsiz görülməlidir”. “Şəhərdə hər dəqiqə atəş səsi eşidilir. Hər atəş o deməkdir ki, daha bir insanabənzər rus heyvanı o dünyaya göndərildi”. “Bu banda məhv edilməlidir. Kişili-qadınlı hamısını güllələmək lazımdır”.
 Nürnberq prosesində SS serjantı Sonnekenin verdiyi ifadələrə baxaq. Bu ifadələr Belorusiyanın Borisov şəhərinin 7 min sakininin məhv edilməsi barədədir. 20 sentyabr 1941-ci ildə Gestapo sərəncam verdi ki, şəhərdə 7 min qadın, qoca və uşaq həbs edilsin. SS-çilər və cəza dəstələri hərəkətə keçdilər. Əməliyyat “rayonun hərbi təhlükəsizliyinə təminat vermək” məqsədi daşıyırdı. Gecə saat 3-də adamları yük maşınlarına mindirdilər və aeroport rayonuna gətirdilər. Burda dərin xəndəklər artıq qazılıb hazır edilmişdi. Güllələməkdən əvvəl cavan gözəl qadınları zorladılar. Gülləyə heyfləri gəlirdi, odur ki qurbanların çoxunun başını avtomatın qundağı ilə parçalayır, körpələrin isə başını daşa vurub öldürürdülər. Bir az böyük uşaqları quyulara tullayır, sonra onların üstünə əl qumbaraları atırdılar.
 Almanların 667-cı cəza batalyonu 1942-ci ildə Pskov və Novqorod vilayətlərində Bolotnya, Dyaqjo, Zaxodı, Semyonovşina, Pareviçi, Podsoblyayevo, Leşşeyevka, Kostrı, Qostej, Ustye, Türikovo, Klinets, Stanki, Sosnitsı, Aleksino kəndlərini məhv etdi. Qəbir qazmağa vaxt itirməmək üçün almanlar yeni metod fikirləşmişdilər. Onlar əvvəl kəndi mühasirəyə alırdılar, yeriyə-yeriyə minomyotlardan və pulemyotlardan atış açırdılar, kənddə heç bir canlı qalmadıqda evlərə benzin töküb yandırırdılar. Bıçkovo kənd sakini Tamara İvanova deyirdi: “19 dekabrda cəza dəstələri evlərimizi yandırmağa başladılar. Babam və nənəm çox qoca idilər və evdən getməmişdilər. Onlar elə alovun içində məhv oldular. Çox keçmədən hamımıza əmr etdilər ki, gedib Polits çayının buzu üzərinə çıxaq. Poçinok kəndinin əhalisini də qovub bura gətirdilər. Sonra pulemyotlardan və avtomatlardan bizə atəş açdılar. Hamı yerə səriləndən sonra cəza dəstələri bizə yaxınlaşmağa başladılar və hələ diri qalanları güllələyib məhv etdilər. Mən yaralanmışdım, ölülərin altında qalmışdım. Cəza dəstələri getdikdən sonra qoca Tixonov ayağa durmağa mənə kömək etdi. Həmin gün mənim qohumlarımdan 11 nəfər həlak olmuşdu”. Onun söhbətini Bıçkovo kənd sakini Anisya Nikiforova davam etdirir: “Yadımdadır, bizi buzun üzərinə qovanda qaynatam uşaqlar üçün çörək götürmək istədi. Bu vaxt cəza dəstəsindəki adamlardan biri rusca ona dedi ki, bu saat hamınızı doyunca yedizdirəcəklər... Məni kürəyimdən və sinəmdən yaraladılar, yıxıldım. Səkkiz yerdən yara almışdım. Böyük qızım öldürülmüşdü. Sonra toplardan atəş açdılar. Heç özüm də bilmirəm necə sağ qaldım. Cəza dəstələri getdikdən sonra uşaqlarımı axtarmağa başladım. Uşaqlarımdan ikisi sağ qalmışdı. Bir yaşında olan qızım çiynindən və yanından yaralanıb yerdə uzanmışdı. Kəndi yandırdılar... Həmin gün 161 adam güllələnmişdi. 18 adam xilas ola bilmişdi. 50-dən çox kənd yandırılmışdı”.
 Belorusiyanın Zabolotye, Xmelişşe, Oltuş-Lesnaya kəndlərində fəaliyyət göstərən 15-ci polis polkunun 30 sentyabr 1942-ci il tarixli hesabatında deyilirdi: “2-ci rota Zabolotye yaşayış məntəqəsini məhv etmək, onun əhalisini güllələmək tapşırığı aldı. Rotaya əlavə olaraq 9-cu rotadan Fronun vzvodu və 10-cu rotadan 10 əsgərlə zirehli transportyor verildi. 23.09.1942-ci il, təxminən gecə saat 2-də biz Zabolotye yaşayış məntəqəsində tək ailələrin yaşadığı ilk evlərə gəlib çatdıq. Əsas qüvvələr kəndin içərilərinə irəliləyən zaman ayrı-ayrı komandirlər evləri mühasirəyə alır, sakinləri qovub küçəyə çıxarırdılar. Kəndin bütün ələ keçirilmiş sakinləri məktəb binasına salınmışdı. Bu vaxt gəlib çıxan təhlükəsizlik xidməti müvafiq yoxlama keçirdikdən sonra beş ailəni məhv etmək barədə əmr verdi. Qalan sakinlərin hamısı üç qrupa bölündü və güllələndi. Əgər bir nəfərin qaçmağa cəhd etməsi nəzərə alınmasa, əməliyyat qabaqcadan hazırlanmış plan üzrə və heç bir ciddi hadisə baş vermədən keçirildi. Xəbərsiz olduqlarına görə sakinlərin çoxu heç nədən şübhələnmədən sakitcə, lakin məhkum olduqları aqibətə doğru gedirdilər. Təxminən saat 12-də əməliyyat başa çatdı. Bütün evlər təkrar gülləyə basıldıqdan sonra mühasirə dayandırıldı və biz həyətləri dağıtmağa başladıq. Şeylər çıxarıldıqca həyətlər və tək evlər dərhal yandırıldı. Əməliyyatın nəticələri: 289 adam güllələnmişdir, 151 ev yandırılmışdır, 700 baş iri buynuzlu mal-qara, 400 donuz, 400 qoyun, 70 at aparılmışdır, 300 sentner döyülmüş və 500 sentner döyülməmiş taxıl daşınmışdır, təxminən 150 ədəd kənd təsərrüfatı avadanlığı və inventarı toplanmışdır. Axırda demək lazımdır ki, yaşayış məntəqələrini daha tez və operativ surətdə mühasirəyə almaq məqsədilə əməliyyat keçirən zaman bunlar nəzərə alınmalıdır: 1.Yerin dəqiq planı; 2.Çoxlu ötürücü və bələdçinin olması; 3.Yerin quruluşundan asılı olaraq mühasirəyə almaq üçün şəxsi heyəti artırmaq. Əgər yaşayış məntəqəsində koloniya da varsa, bu mühasirəyə alanacaq sahəni xeyli artırır, onda əməliyyatı daha müvəffəqiyyətlə keçirmək üçün qüvvələri və vasitələri bölmək, məntəqəni iki istiqamətdə gülləyə basmaq lazımdır. Bununla da ayrı-ayrı adamların cəza rayonundan qaçması imkanını aradan qaldırmaq olar. Bundan əlavə, belə əməliyyyatları keçirmək üçün sübh səhər saatlarından istifadə etmək məqsədəuyğundur”.
 Zabolotyenin küllükləri hələ soyumamış cəza rotaları Xmelişşe və Oltuş-Lesnaya kəndlərinə hücum etdilər. Olqa Moşşikin öz ifadəsində bildirirdi: “Axırıncı mənim anam Akseniya Koşepa güllələndi. Alman onun peysərini nişan alıb atəş açmışdı, görünür vura bilməmişdi. Anam böyrü üstə ayağımın altına yıxıldı və mənə baxıb dedi: Əlvida. Sonra alman atəş açıb anamı alnından vurdu”.
 15-ci polis polkunun 24 oktyabr 1942-ci il tarixli hesabatında göstərilirdi: “Adamların güllələnməsi heç bir hadisə baş vermədən keçirilmişdir. Əməliyyatın nəticələri: 128 adam- 28 kişi, 40 qadın, 60 uşaq güllələnmişdir. 21 həyət yandırılmış, 30 sentner döyülmüş və 20 sentner döyülməmiş taxıl, 40 inək, 5 at, 6 donuz, 60 qoyun, habelə kənd təsərrüfatı inventarı və avadanlıq ələ keçirilmişdir”.
 15-ci polis polkunun hesabatlarında “şərqlilər” termini tez-tez nəzərə çarpır. Cəza verənlər müharibədən bir az əvvəl həmişəlik Qərbi Belorusiyaya yaşamağa köçmüş Sovet adamlarını belə adlandırırdılar. Bunlar əsasən müəllimlər, mühəndislər, həkimlər idilər. Zakrutsin kənd sakini Aleksandr Kiriçun alman cəza dəstələrinin bir neçə ailəni “şərqlilər” olduqlarına görə güllələdikləri günü belə xatırlayır: “Onlar 30-cu illərin axırlarından bizim kənddə yaşayırdılar. Onların familiyaları mənim yadımdadır: Voronin, Nijmakov, Qovt, Bondarenko və Lifantyev ailələri. Hitlerçilər bu ailələrin hamısını güllələdilər. Yadımdadır Voronin ailəsinin doqquz yaşında bir oğlan uşağı vardı. O evdə yox idi, almanlar qəflətən gələndə o mal otarırdı. Axşam üstü uşaq qayıdanda hitlerçilər onu da tutdular və yerindəcə güllələdilər”.
 15-ci polis polkunun 11 oktyabr 1942-ci il tarixli hesabatında deyiliirdi: “5.10.1942-ci il. Kamenitsadan 1 km şimaldakı meşədə 1 kişi, 11 qadın və 15 uşaq güllələnmişdir. Onların hamısı şərqli idi... 6.10.1942-ci il. Podlesye yaşayış məntəqəsindən 10 km cənubdakı meşədə Kamenitsada həbs edilmiş qalan şərqlilər- 10 kişi, 30 qadın, 49 uşaq güllələnmişdir. 9.10.1942-ci il. Lazovitse-Qora və Korostovka rayonunda cəza əməliyyatı keçirilməsi ilə əlaqədar olaraq 16 kişi, 16 qadın və 14 uşaq güllələnmişdir, 8 həyət yandırılmışdır, mal-qara və məhsul rayon müşavirinə verilmişdir”.
 21 fevral 1943-cü ildə Ukraynanın Çerniqov vilayətinin Srebnoye rayonundakı Qriseyevka kəndində hitlerçilər xeyli adam həbs etdilər. Onların arasında V.Kuzmenkonun ailəsi də vardı: arvadı, anası, iki uşağı- beş yaşlı qızı Şura və bir yaş yarımlıq oğlu Kolya. Həbs olunanları Srebnoye kəndinə gətirdilər və məktəbdə yerləşdirdilər. Həmin gün bu məktəbə demək olar rayonun bütün kəndlərindən adamlar gətirdilər. Sonra nə baş verdiyini Şuranın anası Olqa Petrovna danışır: “Məktəbin binasında biz fevralın 23-ünədək qaldıq. Təxminən gecə saat birin yarısında almanlar və onların köməkçiləri- polisaylar Sovet adamlarına vəhşicəsinə divan tutmağa başladılar. Onlar məktəbdən dustaqları götürür və onları dəstə-dəstə parka, burda qabaqcadan qazılmış xəndəklərin yanına aparırdılar. Burda pulemyotdan, avtomatlardan, tüfənglərdən atəş açıb onları güllələyirdilər. Cəzaverənlər növbəti dəstəni aparan zaman məktəbdə qalmış və ölümə məhkum olunmuş adamlar pəncərələri qırmağa başladılar. Yalvarırdılar ki, onları öldürməsinlər. Bu yalvarışlara cavab olaraq hitlerçilər və polisaylar pəncərələrə atəş açdılar, sonra benzin töküb məktəbi yandırdılar. Adamlar pəncərələrdən çıxmağa çalışırdılar, lakin məktəbi əhatə etmiş hitlerçilər onlara avtomatlardan atəş açırdılar. Kolyanın əlindən tutub pəncərəyə necə yaxınlaşdığım, məktəbin həyətinə necə tullandığım yadımda deyil. Hər tərəfi bürümüş qalın tüstüdən istifadə edib qaça bildim. Ərim, onun anası, beş yaşlı qızımız Şuroçka yanan məktəbdə həlak oldular”. Həmin gecə kəndin 682 sakini həlak oldu- onlardan 40 nəfəri güllələnmişdi, qalanları isə diri-diri yandırılmışdı. Srebnoye kəndində Sovet adamlarının həlak edildiyi yerdə bu gün faşizm qurbanlarının abidəsi ucalır. Onların adları sal daş üzərində həkk olunmuşdur. Sağ qalanlar həlak edilənlərin xatirəsini yad edirlər. Onlar həm də Srebnoye faciəsi müqəssirinin adını- keçmiş yerli jandarm idarəsinin rəisi Vilhelm Karl Kampmannın adını yadda saxlayırlar.
 Şahid Vera Obolonçik SS-çilərin Ukraynanın Kremenets şəhərində keçirdiyi əməliyyatlardan biri barəsində belə danışır: “Yük maşınları adamları axşam saat 10-adək arası kəsilmədən edam yerinə daşıyırdı. Əvvəlcə maşınlarda müxtəlif yaşlı uşaqları və onların analarını gətirdilər. Hamısını soyundurdular, dörd-dörd sıraya düzdülər və qovub xəndəyin qırağına apardılar. Adamların dəhşətli qışqırıqları avtomatlardan açılan güllələrin səsinə qarışmışdı. Gecə oldu, güllə səsləri kəsildi. Qatillər güllələnənləri basdırdılar, lakin qan torpaqdan üzə çıxırdı. Torpaq tərpənirdi, elə bil nəfəs alırdı. Gah orda, gah da burda qandan qırmızılaşmış torpağın içərisindən insan əlləri və ayaqları uzanıb çıxırdı. Hələ ölməmiş olanlar meyit qalağının altından çıxıb qaçmaq istəyirdi. Lakin polislər onları dərhal güllələyirdilər”.
 Partizanlara qarşı uğursuz əməliyyatdan sonra mindən çox alman əsgər və zabiti Ukraynanın Kozarı kəndinə doluşdular və bütün sakinləri uşaqdan böyüyə kimi qırıb “qisas” aldılar. 11 sentyabr 1943-cü ildə səhər tezdən kəndə girən faşistlər sakinləri güllələdilər, evlərin içinə qranat atdılar. İnsan naləsi kəndi başına götürmüşdü. Kəndin 4700 sakinindən cəmi 432 nəfər sağ qaldı. Kənd qəbiristanlığa çevrildi. Belə kütləvi qətliamlar dəfələrlə təkrarlandı. Faşistlər insanları qırır, evlərdəki əşyaları və mal-heyvanı daşıyıb aparırdılar. Nürnberq prosesində dindirilən alman mühəndisi Q.Qrabe yerli əhalinin başına açdıqları oyunlar barədə tükürpədici hekayətlər danışmışdır. Qrabeni heyrətləndirən o olmuşdu ki, öldürdükləri salvyanlar almanlardan aman diləmir, həyatına görə yalvarmır və ölümü sakitcə qəbul edirdilər.
 General-feldmarşal Vilhelm Keytelin 16 sentyabr 1941-ci il əmrində deyilirdi: “Qeyd etmək lazımdır ki, müvafiq ölkələrdə insan həyatı heç bir qiymət kəsb etmir və ancaq sərt tədbirlər həyata keçirməklə qorxu yaratmaq olar. Hər bir öldürülmüş alman əsgərinə görə 50-100 adam öldürülməlidir”. Vermaxtın əsgər və zabitləri tutduqları yerlərdə vahimə yaratmaq və talançılıq məqsədilə tez-tez qanlı əməliyyatlar aparırdılar. Belorusiyada 1941-ci ilin 19 iyulundan 31 avqustuna kimi keçirilən “Pripyat bataqlığı” əməliyyatı zamanı hitlerçilər 15 minə yaxın adamı məhv etdilər. Xotıniçi kəndində 73, Bolşaya Qat kəndində 123, Svyataya Volya kəndində 436, Radetsk kəndində 13, Çadel kəndində 38, Ozeranı kəndində 30, Zapesoçye kəndində 300, Poqost kəndində 69, Ridça kəndində 26, Strojovtsı kəndində 30, Çerniçi kəndində 40 adam öldürdülər, bu kəndlərdəki evləri və tikililəri yandırdılar. Himmler vurduğu teleqramda əməliyyatın nəticələrinin onu qane etmədiyini bildirirdi; reyxsfürer daha radikal addımlar atmağı və daha çox adamı qırmağı tələb edirdi. 1942-ci ilin 20 martından 4 aprelinə kimi keçirilən “Bamberq” əməliyyatı zamanı faşistlər 80 kəndi yandırdılar və talan etdilər. 5600 yerli sakini güllələdilər, asdılar və yandırdılar, 3600 evi məhv etdilər, 3000 iribuynuzlu heyvan, 200 ton taxıl və yem apardılar. 1942-ci ilin 25 avqustundan 20 sentyabrına kimi keçirilən “Bataqlıq qızdırması” əməliyyatı zamanı faşistlər 13000 nəfəri öldürdülər, 1217 nəfəri isə Almaniyaya məcburi işlərə göndərdilər. Bobroviçi və Vıqonoşşi kəndlərinin 707 sakini məhv edildi. Zatişye kəndini mühasirəyə alaraq 135 sakini öldürdülər, kəndi talan etdilər və 37 evi yandırdılar. Kənd Yer üzündən silindi. 1433-cü ildən mənbələrdə adı çəkilən tarixi Vyada kəndinə doluşaraq bütün əhalini vəhşicəsinə qırdılar, evlərə od vurdular. 1552-ci ildə təməli qoyulmuş qonşu Tupiçitsı kəndini də eydi qayda ilə məhv etdilər. Kəndin bütün 143 sakini öldürüldü, əmlakları talan olundu, evləri yandırıldı. Kənd Yer üzündən silindi. 1942-ci ilin 11-16 noyabrında keçirilən “Meymun qəfəsi” əməliyyatı zamanı faşistlər 58 kəndi yandırdılar, 1200 yerli sakini öldürdülər. 1942-ci ilin 22-28 noyabrında keçirilən “Nürnberq” əməliyyatı zamanı 30-dan çoxu kəndi yandırdılar, 3000 yerli sakini məhv etdilər. Borovaya kəndində 196, Stayki kəndində 127, Repovşina kəndində 92, Pletarovo kəndində 90, Prudniki kəndində 46, Duniloviçi kəndində 829, Trebovşina kəndində 127, Kuştali kəndində 48, Vyazovets kəndində 44, Strona kəndində 42 sakini öldürdülər. 1943-cü ilin yanvarında keçirilən “Franç” əməliyyatı zamanı faşist caniləri 2025 dinc sakini güllələdilər, asdılar və yandırdılar, 1000-ə yaxın adamı Almaniyaya məcburi işlərə göndərdilər. Kəndlərdən 2400 iribuynuzlu heyvan, 60 ton taxıl apardılar. 1943-cü ilin yanvar-fevral aylarında keçirilən “Məhsul bayramı -1” əməliyyatı zamanı hitlerçilər yenə yerli əhaliyə divan tutdular; 4325 nəfəri güllələdilər, 1300 nəfəri Almaniyaya məcburi işlərə göndərdilər. Əməliyyat keçirilən ərazilərdən 2800 iribuynuzlu heyvan, 1500 qoyun, 570 donuz, 390 at, 440 ton taxıl, çoxlu miqdarda yem və ələf, kənd təsərrüfatı invertarı və texnika apardılar. 1943-cü ilin fevralında keçirilən “Qornunq” əməliyyatı zamanı 10 000 insanı məhv etdilər, 16 700 baş mal-qaranı və 22 ton taxılı apardılar. Berezinets kəndi tam yandırıldı və 22 sakini öldürüldü. Zadovba kəndi əhalisi qarışıq məhv edildi. Dubrovna kəndi də eyni aqibətlə üzləşdi. Bu kəndlərin heç biri müharibədən sonra bərpa olmadı. 1943-cü ilin 14 fevralından 20 martına kimi keçirilən “Qış cadugərliyi” əməliyyatı zamanı 3500 nəfəri güllələdilər və diri-diri yandırdılar, 2000 nəfəri isə Almaniyaya işləməyə göndərdilər. Əməliyyat zonasından çıxarılan minə yaxın belorus uşağı Latviyadakı Salaspils həbs düşərgəsinə göndərildi. 1943-cü ilin 20 mayından 21 iyununa kimi keçirilən “Kotbus” əməliyyatı zamanı faşistlər 10 minə yaxın adamı güllələdilər və yandırdılar, 605 nəfəri isə Almaniyaya məcburi işlərə göndərdilər. Onlarla kəndi çapıb taladılar və odladılar. İdalino, Trusten, Txarnitsa, Şunevka kəndləri tam yandırıldı. 1944-ci ilin 17 aprelindən 5 mayına kimi keçirilən “Yaz bayramı” əməliyyatı zamanı hitlerçilər 7011 dinc sakini öldürdülər, 11 000 nəfəri isə Almaniyaya məcburi işlərə göndərdilər.
 İşğal etdikləri ərazilərdə dözülməz terror rejimi yaradan faşistlər 100 minlərlə dinc sakini katorqa işlərinə cəlb etmişdilər. Slavyan “qullar”- ostarbayterlər uşaqdan tutmuş böyüyə kimi alman şaxta və mədənlərində, müəssisə və fermalarında ağır işlərə göndərilirdilər. 20-ci əsrin ortasında Avropanın mərkəzində əsl qul bazarları yaranmışdı. Bu bazarlarda Rusiyadan gətirilmiş qullar satışa çıxarılırdı. Ən ağır işlər “Krupp”, “Siemens”, “Opel”, “Yunkers” və digər nəhəng sənaye konsernlərində işə götürülənlərin öhdəsinə düşürdü. Slavyan işçilər içinə küləş döşənmiş rütubətli və soyuq baraklarda və tövlələrdə qalırdılar. Tanınmış alman sənayeçisi, “dəmir kralı” Alfrid Kruppa məxsus zavodların sexlərinin divarlarına belə plakatlar vurulmuşdu: “Slavyanlar- qullardır”. Nasist qanunları ostarbayterlərə yüksək keyfiyyətli qida- süd, cücə əti, yumurta, kofe, çay və konfet verməyi qadağan etmişdi. Onlara həftəlik 2375 qram çörək, 500 qram ət, 100 qram marqarin verilirdi. Çörəyin cəmi 20 faizi undan, qalan hissəsi isə əvəzləyicidən ibarət idi.
 Alman qoşunları rus xalqına qarşı müharibənin ən rəzil və cinayətkar üsullarından istifadə edirdilər. Bəzən almanlar ətraf kəndlərdən qadınları, uşaqları və qocaları toplayırdılar və onların arxasında gizlənərək Sovet ordusunun üzərinə hücuma keçirdilər. Hitler dəfələrlə bildirmişdi ki, ruslara münasibətdə istənilən, hətta ən sərt cəzalandırıcı tədbirlər belə yolveriləndir, təki onları sayı azalsın. Alman işğalçıları “Ost” planına uyğun olaraq, “nə qədər çox adam qırılsa, kolonizasiya bir o qədər asan alınacaq” prinsipi ilə rus xalqının sistematik məhvini həyata keçirirdilər.
 Hitler xüsusi direktiv vermişdi ki, Moskva, Leninqrad, Kiyev kimi böyük rus şəhərləri artilleriya və aviasiya vasitəsilə tam dağıdılmalı və Yer üzündən silinməlidir. Direktivdə deyilirdi: “Bircə nəfər də alman əsgəri bu şəhərlərə ayaq basmamalıdır. Bu digər şəhərlərə də aiddir: onlar tutulmamışdan qabaq artilleriya atəşi və hava hücumları ilə məhv edilməlidirlər. Alman əsgərlərinin rus şəhərlərini oddan-alovdan xilas etmək üçün həyatlarını riskə atmaları və ya bu şəhərlərin əhalisini alman vətəninin varidatı hesabına yedirtmələri yolverilməzdir. Dağıdılmış sovet rus şəhərlərinin əhalisi nə qədər çox Rusiyanın daxili şəhərlərinə köçsə, Rusiyada xaos bir o qədər çox olar, işğal etdiyimiz vilayətləri idarə və istismar etməyimiz isə asanlaşar”.
 Rus şəhəri Leninqradı (Sankt-Peterburq) alman hakimiyyət orqanları yerlə bir etmək, ərazisini isə Finlandiyaya vermək istəyirdilər. Hitlerin hərbi direktivində deyilirdi: “Fürer Peterburq şəhərini Yer üzündən silmək qərarına gəlib. Sovet Rusiyasının məğlubiyyətindən sonra bu nəhəng yaşayış məntəqəsinin sonrakı mövcudluğu heç bir maraq doğurmur. Şəhərin sıx dairə ilə mühasirəyə alınması, bütün kalibrlərdən artilleriya atəşi və havadan fasiləsiz bombardman yolu ilə yerlə bir edilməsi nəzərdə tutulur. Əgər şəhərdə yaranmış vəziyyət nəticəsində şəhəri təslim etmək xahiş olunsa, bu təklif rədd edilməlidir, belə ki şəhərdə əhalinin yaşaması və ərzaqla təchizatı problemi biz tərəfdən həll edilə bilməz və edilməməlidir. Yaşamaq hüququna yiyələnmək üçün aparılan bu müharibədə biz əhalinin hətta az hissəsinin saxlanmasında belə maraqlı deyilik”.
 Leninqradın tutulmasına və tam məhv edilməsinə Hitler böyük ümidlər bəsləyirdi və düşünürdü ki, bu aksiya böyük strateji yüksəliş gətirəcək, Sovet xalqına psixoloji təsir göstərərək onun müqavimət əzmini sındıracaq. Leninqradı sıx halqa formasında mühasirəyə alan alman və fin qoşunları Hitlerin direktivi çərçivəsində şəhəri havadan güclü bombardmana və ağır artilleriya atəşinə məruz qoydular. Alman şahidləri bu barədə belə deyirdilər: “Leninqrada artilleriya atəşi səhər saat 8-9, gündüz 11-12, axşam 17-18, gecə 20-22 arasında aparılırdı. Əsas məqsəd şəhər sakinlərinin məhvi, zavod və digər vacib binaların dağıdılması, leninqradlıların mənəvi cəhətdən çökdürülməsi idi”. Təkcə 1941-ci ilin sentyabr-noyabr aylarında Leninqrada 100 mindən çox yandırıcı və 3500-ə yaxın fuqas aviasiya bombası atmışdılar. Alman varvarları bu yolla şəhəri yandırmaq niyyətindəydilər. Amma onlar bu niyyətlərinə çatmadılar. Şəhər hakimiyyət orqanları əhalidən yandırıcı bombaların yaratdığı yanğınların söndürülməsi üzrə xüsusi dəstələr hazırlamışdılar. Hər bir binada bu işə məsul şəxslər qoyulmuşdu, yanğınların söndürülməsində isə bütün bina sakinləri iştirak edirdilər. Şəhəri hərbi metodlarla tuta bilməyən alman rəhbərliyi onun müdafiəçilərini aclıqla qırmaq qərarına gəldi. Blokada zamanı 1941-ci ilin axırından 1942-ci ilin axırına kimi şəhər müdafiəçiləri günə 125-350 qram çörək alırdılar. Yağ, ət, qənd demək olar ki verilmirdi. 1941-ci ilin noyabrından 1942-ci ilin oktyabrına kimi şəhərdə aclıqdan 800 min adam ölmüşdü.
 Kiyevdə 940 dövlət və ictimai bina, 1742 böyük yaşayış evi, 3,6 min şəxsi ev dağıdıldı. 200 min adam evindən-eşiyindən oldu. Şəhərin mərkəzi və ən yaxşı məhəllələri yerlə-yeksan edildi. Faşistlər elektrostansiyanı partlatdılar, elektrik şəbəkəsini, su xəttini, kanalizasiyanı, şəhər transportunu sıradan çıxardılar. Dnepr çayı üzərindəki körpülər, dəmir yolu təsərrüfatı və stansiyalar məhv edildi. Kiyevin böyük zavod və fabrikləri, universitetləri, xəstəxanaları, məktəbləri, teatr binaları və mədəniyyət sarayları dağıdılıb xarabalığa çevrildi.
 İşğal etdikləri ərazilərdə almanlar əsgərdən generala kimi özlərini əsl quldurlar kimi aparırdılar. Az-çox imkanlı elə bir ev qalmadı ki almanlar tərəfindən talan olunmasın. Hitlerin fərmanı ilə çapqınçılıq qanuniləşdirildi; alman hərbçiləri rus adamlarının əmlakını requlyar talayaraq ana vətənləri “faterləndə” göndərmək hüququ aldılar- əsgərlər poçt posılkaları ilə, zabitlər xüsusi konteynerlərlə, generallar dəmiryolu vaqonları ilə. “Ali irqin” nümayəndələri aclıqdan və soyuqdan qırılan rus adamlarının əlindən axırıncı nəyi varsa tutub zorla alaraq Almaniyaya göndərirdilər. Duzlanmış donuz salasından tutmuş isti geyimə kimi, hisə verilmiş kolbasadan tutmuş incəsənət əsərlərinə kimi Almaniyaya daşınırdı. Ən bahalı və vacib əşyaları generallar və SS məmurları götürürdülər, ikinci dərəcəli qənimətlər zabitlərə verilirdi, yerdə qalanları isə əsgərlərə çatırdı. Belə xarakterik hadisələrdən biri barədə Belorusiyanın general-komissarı Vilhelm Kube faşist məmuru Alfred Rozenberqə məktubunda yazmışdı: “Minskdə böyük və həddən artıq qiyməyli incəsənət əşyaları və rəsmləri kolleksiyası vardı ki, şəhərdən aparıldı. SS reyxsfüreri Henrix Himmlerin əmri ilə rəsmlərin çoxu SS-çilər tərəfindən qablaşdırıldı və Almaniyaya göndərildi (Himmlerin şəxsi kolleksiyasına). Milyonlarla qiyməti vardı... Həmin qiymətli bədii sərvətin qalıqlarını mənə çatdıran 707-ci diviziyanın mayorunun dediyinə görə, 18-19-cu əsrlərə aid qiymətli kətan tablolar və mebellər, mərmər vazalar, saatlar və s. Vermaxt tərəfindən talan olunur. General Ştubenraux Minskdən qiymətli əşyalar götürüb, özü ilə cəbhəyə aparıb. Familiyaları barədə hələ ki mənə məlumat verilməyən zonderfürerlər özləri ilə 3 yük maşını mebel, rəsm və incəsənət əşyaları aparıblar. Burdakı Vermaxt və SS idarələri də əşya və rəsmlər daşımaqdadırlar”.
 Alman hakimiyyət orqanları savadlı rus adamlarını qırır, gəncləri Almaniyaya işləməyə göndərir, rus kitabxanalarını və muzeylərini məhv edir, dni məbədləri partladır və murdarlayırdılar. Alman generalı Valter fon Reyxenaunun gizli əmrində deyilirdi ki, rus xalqının tarixi yaddaşına aid nə varsa hamısı məhv edilməlidir, belə ki “Şərqin tarixi və bədii dəyərləri heç bir əhəmiyyət daşımır”. Demək olar almanların işğal etdiyi bütün rus şəhərlərində ən yaxşı incəsənət əsərləri və kitab xəzinələri ya məhv edilirdi, ya da Almaniyaya daşınırdı. Üçüncü Reyxin ideoloqu Alfred Rozenberq bildirirdi: “Xalqın abidələrini məhv etmək kifayətdir ki, onun iki nəsildən sonra millət kimi mövcudluğuna son qoyulsun”. Rusiyanın bədii və kitabxana sərvətlərinin məhvi və oğurlanması almanlar tərəfində təşkilatlanmış şəkildə həyata keçirilirdi. Hitlerin 29 aprel 1941-ci il müşavirəsində SSRİ-nin işğal olunmuş vilayətlərinin çapıb-talanması üçün 4 inspeksiya yaradılmışdı. Müxtəlif alman nazirlikləri və idarələri bu iş üçün xüsusi şöbələr formalaşdırmışdılar. Təkcə alman hökuməti yox, marşallar, generallar, zabitlər, əsgərlər də özləri üçün soyğunçuluğa girişmişdilər. Rusiyanın təkcə dövlət yox, şəxsi kitabxanalarını və kolleksiyalarını da zorla alıb aparırdılar. Kitabxanalar, Muzeylər və Arxivlər Assosiasiyasının idarə heyətinin üzvü A.Sevastyanovun məlumatına görə, Novqorodda 88 tarixi-bədii binadan dağıdılmamış cəmi 2-si qalmışdı. Novqorod Muzeyindən içlərində nadir, qədim və əlyazma əsərlər olan 100 min kitab aparılmışdı ki, cəmi 30 mini geri qaytarıldı. Müqəddəs Sofiya Məbədindən manuskriptlər, nadir kitablar aparılmışdı. Pskovdan qədim manuskriptlər və qramotalar aparılmışdı. Leninqradda 101 muzey, 15 kilsə yandırılmış və dağıdılmış, 2910 min cild kitab məhv edilmişdi. Petrodvoretsdə tarixi abidələr dağıdılmış, 40 min qiymətli kitab yoxa çıxmışdı. Pavlovskda 1-ci Pyotrun kitabxanası, rəsmlər, qravüralar aparılmış, böyük kitabxana yandırılmışdı. Puşkində (Çarskoe Selo) Yekaterina və Aleksandrovsk Saraylarındakı kitabxanalardan 35 min qiymətli kitab, o cümlədən əlyazmalar və digər raritetlər Almaniyaya daşınmışdı. Petrodvorets, Pavlovsk və Qatçinadakı 180 220 eksponatdan 116 246-sı aparılmış, ya da məhv olmuşdu. Smolenskdə 4 muzey, o cümlədən knyaginya Mariya Tenişevanın Talaşkino kəndindəki məşhur mülkü talan edilmişdi. “Rus incəsənətinin möcuzəsi” sayılan Yeni Yerussalim Monastırı dağıdılmışdı. Rusiyanın Tver, Ryazan, Kursk, Kaluqa, Krasnodar, Rostov, Vyazma, Rjev, Qjatsk, Yuryev, Tixvin, Belqorod, Ostrov və digər şəhərlərində muzeylər yandırılmış, dağıdılmış, ya da bombardmandan zərər görmüşdü. Voronej kitabxanasının 400 min cild, Rosvov kitabxanasının 300 min cild kitabı, o cümlədən Kursk, Tver və Smolensk şəhərlərindəki kitabxanalar məhv edilmişdi. Alupka şəhərindəki Vorontsov Sarayından 1269 eksponat, o cümlədən möhtəşəm qraf kitabxanasından 3607 cild kitab aparılmışdı. Simferopol Rəsm Qalereyasının evakuasiyaya hazırlanmış 1983 eksponatı bombardman zamanı məhv olmuşdu. Baxçasaray Muzeyinin unikal kitabları, o cümlədən 14-18-ci əsrlərə aid əsrarəngiz Quranlar və digər qiymətli əlyazmalar məhv olmuşdu ki, o dövrün pulu ilə 5 milyon qızıl rubl dəyərində idi. Kerçdə alman fuqasından Tarix-Arxeologiya Muzeyinin 18 yeşik eksponatı məhv olmuşdu, 45 yeşik eksponat isə Almaniyaya aparılmışdı. Feodosiyada 1500 qiymətli eksponat, 2400 antik və orta əsrlər sikkəsi, incəsənət və arxeologiyaya aid 3000 kitab Almaniyaya aparılmışdı, qalanı isə alman hərbçiləri tərəfindən oğurlanmışdı. Sevastopolda işğalçılar 310 tablonu, qravürü və rəsmi, 150 heykəli, 1100-dən çox qiymətli kitabı oğurlamışdılar və ya məhv etmişdilər. Krımın və Cənubi Rusiyanın təkcə 10 muzeyindən 5630 qiymətli əşya götürmüşdülər. Ukraynanın Kiyevo-Peçerskaya Məbədindən getmanların qramotalarını, mitropolitlərin arxivini, 15-18-ci əsrlərə aid akt və əlyazmaları, Ümumukrayna Kitabxanasının kitablarını, məbədin öz kitabxanasını, mitropolit Pyotr Mogilanın şəxsi kitabxanasını aparmışdılar. Mərkəzi Dövlət Tarixi Arxivi və Qədm Aktlar Arxivi materialları məhv olmuşdu. Ukrayna Elmlər Akademiyasının bir çox muzeyləri daşınmışdı. Ukrayna Elmlər Akademiyasının kitabxanasından müxtəlif dillərdə olan 320 min qiymətli və nadir əlyazma aparılmışdı. Kiyev kitabxanalarından 4 milyon kitab aparılmışdı. Ümumilikdə Ukrayna kitabxanalarının 50 milyard kitabı almanlar tərəfində məhv edilmiş və talanmışdı. Minsk Dövlət Kitabxanasının 40 min nadir kitabı aparılmışdı. Belorusiya Elmlər Akademiyası kitabxanasının 30 min kitabı müsadirə olunmuşdu, sonra isə kitabxana yandırılmışdı. 1944-cü ildə “Mərkəz” fəhlə qrupu xəbər vermişdi ki, 4 milyon kitab toplanmışdır və onun yarısı aparılmışdır. Belorusiyanın Nesvij şəhərindəki Radzivill knyazlarının misilsiz kitabxanası- 20 min nadir kitab aparılmışdı. Müharibə dövründə Belorusiya özünün kitab fondunun 95 faizini itirmişdi.
 Müharibə dövründə alman işğalçıları tərəfindən Rusiya ərazisində 170, Ukrayna ərazisində 150 muzey talan edilmişdir. 1 177 291 eksponat aparılmış və ya məhv edilmişdir. Qiymətli əşyaların Almaniyaya daşınması ilə xarici işlər naziri Ribbentropun yaratdığı, SS mayoru fon Künsberqin rəhbirlik etdiyi xüsusi zonderkomanda batalyonu məşğul idi. 1942-ci ildə əsir götürülmüş SS-çi Ferster zonderkomanda haqqında deyirdi: “Batalyonun işi böyük şəhərlərin tutulmasından sonra təcili surətdə mədəni və tarixi sərvətləri, elmi müəssisələrin kitabxanalarını ələ keçirmək, qiymətli kitabları, filmləri götürmək və Almaniyaya göndərməkdir. Batalyon Çarskoe Selodan Böyük Sarayın- İmperatriça Yekaterinanın muzeyinin bütün əmlakını götürmüşdür. Hətta divardakı Çin ipək aboylarını da qopardılar, döşəməni belə sökərək apardılar. İmperator Aleksandrın sarayından qədim mebel və zəngin kitabxana- fransız dilində 6-7 min kitab, rus dilində 5 min kitab və əlyazma götürüldü”.
 Qədim rus səlnamələri, Çar qramotaları, ilk çap kitabları, sikkə və silahların unikal kolleksiyaları, Şərqin qədim xronikaları talanaraq Berlinə daşınırdı. Kiyev muzeylərindən Repin, Vereşşaqin, Qe, Fedotov, Xarkov muzeylərindən Ayvazovski, Şişkin, Polenov kimi rəssamların əsərləri, o cümlədən böyük həcmdə misilsiz ədəbiyyat oğurlandı. İncəsənət əsərləri Almaniyaya vaqon-vaqon, bütöv eşelonlarla daşınırdı. 1942-ci ildə Berlində keçirilən sərgidə Çarskoe Selo və Qatçinanın Çar Sarayı kitabxanalarından götürülmüş 37 min cild kitab, 69 min coğrafi xəritə, 75 min coğrafi ədəbiyyat nümayiş olundu. Sərgidən sonra incəsənət əşyaları Reyxin yüksək və seçilmiş məmurları arasında bölüşdürüldü.
 İşğal olunmuş ərazilərdə bütün dövlət orqanları ləğv edilmiş, alman hərbi idarəçiliyi yaradılmışdı. Almanlar əvvəl bildirmişdilər ki, vergilər Sovet vaxtındakından qat-qat aşağı olacaq, amma yerlərini möhkəmlədəndən sonra qapıya, pəncərəyə, it saxlamağa, artıq mebelə, hətta saqqal saxlamağa görə də vergi tətbiq etməyə başlamışdılar. Mağazalar, restoranlar, bərbərxanalar ancaq alman hərbçilərinə xidmət göstərirdi. Şəhər sakinlərinə dəmir yolu və şəhər transportundan, elektrikdən, teleqrafdan, poçtdan və aptekdən istifadə etməyə qadağa qoymuşdular. Hər addımda “Ukrainlərə giriş qadağandır” elanına rast gəlinirdi. Almanlar hətta su istifadə etdikləri quyulardan ukrainlərin su götürməsinə belə icazə vermirdilər.
 Stalinqrad döyüşlərində alman ordusunun katastrofik məğlubiyyəti faşist rəhbərliyində çaxnaşma və vahimə yaratmışdı. Gebbels 18 fevral 1943-cü ildə Berlin İdman Sarayında etdiyi çıxışında isterik şəkildə qışqıraraq demişdi: “Aydındır ki, biz Sovet İttifaqının hərbi potensialını düzgün qiymətləndirməmişik! İndi bu bizə bütün dəhşətli gücü ilə açılıb”. Cəbhədə üstünlüklərini itirən almanlar öz məğlubiyyətlərinin əvəzini dinc sakinlərdən çıxmağa başladılar. Feldmarşal Vilhelm Keytel əmr verdi: “Hərbçilərin tam ixtiyarı vardır və borcludurlar ki, qadın və uşaqlara rəhm etməsinlər”. 1943-cü ilin martında cəmi bir neçə gün ərzində faşistlər Belorusiyanın Vitebsk vilayətində 158 yaşayış məntəqəsinə od vurub 3450 evi yandırdılar. 3500 dinc sakin güllələndi, yandırıldı, ya da Svolna çayında boğuldu ki, onlardan 2128-i 12 yaşına kimi uşaq idi. Qətliam prosesi müdhiş əziyyət və dəhşətli iztirablarla müşayiət olundu: faşistlər oğlan uşaqlarını yanar evlərin içinə atır, qadınların döşünü kəsir, qız uşaqlarının qarnını doğrayırdılar. Qolu və qıçı sındırılmış qadınları və uşaqları çaya tullayırdılar. 1943-cü ilin iyun ayında almanlar Putomstij, Qoreliy Luq və İkanı kəndlərinin sakinlərini yığıncaq adı ilə meydana toplaylb güllələdilər. İçlərində çoxu qoca, qadın və uşaq olmaqla 576 dinc sakin öldürüldü. Evləri və kolxoz binalarını yandırdılar, kəndlilərin inək, at, donuz, qoyun, toyuq-cücəsini yığıb apardılar. Novoqantseviçi kəndində 10 evi yandırdılar, içində uşaqlar da olmaqla 8 sakini öldürdülər. Kaytanovo kəndində 2 evə od vurdular, 70 yaşlı qocanı yandırdılar, gənc oğlan və qızları yığıb Almaniyaya işləməyə göndərdilər. Lipki kəndindəki bütün 33 evi yandırdılar, 2 nəfəri öldürdülər, gəncləri yığıb Almaniyaya yolladılar. Sloboda kəndində 112 evi yandırdılar. Klyundevka kəndində 29 evi yandırdılar. Zamoşye kəndində 5 kolxozçunu öldürdülər, gəncləri Almaniyaya göndərdilər. Zastenok kəndində bütün ərzaq məhsullarını və ev əşyalarını əhalinin əlindən aldılar. Skuplino kəndində 53 evi yandırdılar, içində qocalar və körpələr olmaqla 58 sakini yandıraraq öldürdülər, kəndin inək, at, donuz, qoyun və toyuq-cücəsini apardılar. Zvenyatı kəndində 12 sakinə işgəncə verdilər, bir qadını güllələdilər, bir körpənin başını tüfəngin qundağı ilə əzdilər. Rudnya kəndində 39 evi və 71 ictimai binanı yandırdılar, 84 sakini öldürdülər, cavan qızları zorladıqdan sonra güllələdilər. Usoxi kəndində 28 qadın, qoca və uşağı güllələdilər. Qantseviçi kəndində 46 ailəni üç saraya doldurdular, sarayların ətrafına küləş yığdılar və od vurdular. Bu nəhəng tonqalların yanında dayanmış alman zabitləri odun içindən çıxıb qaçmaq istəyən qadınları soyuqqanlılıqla güllələyirdilər. Beləcə dəhşətli məşəqqətlər içində 200 qadın, qoca və uşaq öldürüldü. Novoe Selo kəndinə doluşan almanlar 23 qadını, 11 kişini yerindəcə öldürdülər. Bir qadını 30, digərini 15 alman zorladı. Bundan sonra içkili alman əsgərləri 107 qadın, qoca və uşağı evin içinə yığdılar və yandıraraq öldürdülər. Sutoki kəndində almanlar bütün evləri yandırdılar, qadınları ərlərinin gözü qabağında zorladılar, 4 nəfəri güllələdilər, mal-heyvanı apardılar. Kratseviçi kəndində 75 evi yandırdılar. Volotovo xutoru da tam viran edildi. İçkili hitlerçilər pəncərələrdən evlərin içinə qumbara atır, qocaları diz üstə otuzdurub güllələyir, uşaqları xəncərlə kəsirdilər. Nəticədə 92 nəfər öldürüldü, 14 nəfər yaralandı. Almanlar kənd sakinlərinin taxılını, kartofunu və mal-heyvanını apardılar. Lisino kəndində 120 evə od vurdular, 22 nəfəri güllələlədilər, mal-heyvanı apardılar. Selets və Borovlyanı kəndləri də yandılırdı, sakinlərin bir hissəsi meşəyə qaçdı, ələ keçənləri isə Kazimirovodakı alman malikanəsinə işləməyə göndərdilər. Jortayka kənd sakinləri almanların rəhminə ümid edərək onları duz-çörəklə qarşılasalar da, onlar kəndi tam yandırdılar, əhalisini isə qırdılar. İki qadını ağaca bağlayıb üstlərinə nöyüt tökərək od vurdular. Pustaya kəndini də yandıraraq sakinlərini bir yerə yığıb güllələdilər. Kəndin bir qrup sakinini qazılmış çuxura doldurub yerə uzanmalarını əmr etdilər və güllələdilər. Sonra digər qrupu gətirib onların meyitləri üzərinə uzatdılar və güllələdilər. Təkcə bir çalada 460 adamın meyidi üst-üstə qalaqlandı. Bojadarı, Postrejye, Domjeritsı, Dubovıy Loq, Qlinişe, Lyutes, Kletnoe, Palik, Qlıboçitsu, Xonovo kəndləri də eyni qayda ilə məhv edildi. Təkcə Beqoml rayonunda faşistlər 10 min adamı qırdılar, 5 min gənc oğlan və qızı isə Almaniyaya katorqaya göndərdilər. Əhalinin tikiş maşınlarını, təsərrüfat əşyalarını, kilimlərini, balışlarını, alt və üst paltarlarını, qab-qacaqlarını, ərzaq məhsullarını daşıyıb apardılar. Alman əsgərləri Loqosk rayonu camaatına belə deyirdilər: “Biz bütün Belorusiyanı yandıracayıq”. Müharibə illərində faşistlər təkcə Belorusiyada 600 kəndi yandıraraq məhv etmişlər. Onun 186-sı hələ də bərpa olunmamışdır. Məgər bu slavyan xolokostu deyil?
 Himmler deyirdi: “Rusların tam məhv edilməsi mümkün deyil. Odur ki, Rus əhalisinin planlı şəkildə qırılmasını və Uraldan o tərəfə sıxışdırılmasını təmin etmək lazımdır. Aclıq yolu ilə qara torpaqları boşaltmalıyıq”. Nasist məmuru Alfred Rozenberqin Rusiya iqtisadiyyatı ilə bağlı təlimatı beləydi: “Deindustrializasiya aparmaq, iqtisadiyyatı likvidasiya etmək və sıradan çıxarmaq üçün dərin və ardıcıl tədbirlər həyata keçirmək lazımdır. Bunu bütün ehtiyatın daşınıb aparılması, avadanlıqların demontajı, transport vasitələrinin konfiskasiyası yolu ilə etmək lazımdır”. Almaniya Əmək Cəbhəsinin gizli memorandumunda göstərilirdi: “Rusiyanın gələcək iqtisadiyyatı bütünlüklə Avropa iqtisadiyyatından asılı olmalıdır. Rusiya hərbi sənayeyə malik olmamalıdır. Həm də elə dərin yenidənqurma işləri aparılmalıdır ki, Rusiya xalqları müəyyən həyat səviyyəsindən yuxarı qalxa bilməsinlər. Rusiyada ancaq elə müəssisələrə işləməyə icazə vermək lazımdır ki, həmin müəssisələrin istehsalatında aşağı və orta kvalifikasiyalı işçilər çalışsın. İşçilərdən yüksək kvalifikasiya tələb olunan müəssisələrin hamısı bağlanmalıdır. Məsələn, optika, təyyarə, lokomotiv buraxan zavodlar. Rusları aşağı səviyyədə saxlamaq üçün onlardan kvalifikasiyalı əmək tələb etmək lazım deyil. Ruslardan ancaq xammal hasilatında, kənd təsərrüfatında, təmir və tikinti müəssisələrində istifadə etmək lazımdır. Onları dəzgah düzəldən zavodlara, tərsanələrə, cihaz və təyyarə istehsalatına yaxın buraxmaq olmaz. Rusiyanın nəhəng təbii sərvətləri imkan verəcək ki, Avropanın təbii sərvətləri toxunulmaz qalsın”.
 Rozenberqin 1944-cü ilin oktyabrında partiya dəftərxanasına təqdim etdiyi hesabatdan aydın olurdu ki, Sovet ərazisindən 9,2 milyon ton taxıl, 622 min ton ət, 950 min ton yağ, 400 min ton şəkər, 3,2 milyon ton kartof, 2,5 milyon ton yem, 141 min ton toxum, 1075 milyon yumurta, 1,2 milyon ton digər ərzaqlar aparılmışdır. Bu məhsulların 472 min tonu gəmilərlə daşınmış, qalanı üçün isə 1418 min vaqon lazım olmuşdur. Berlin iqtisadçıları təkcə Ukraynadan ildə 7-10 milyon ton taxıl götürməyi planlaşdırmışdılar. Hitler bu rəqəmi 12 milyon tona çatdırmağl tələb etmişdi. Soyğunçuluq məsələsində müttəfiqləri də almanlardan geri qalmırdılar. Rumın hakimiyyəti nəzarəti altında olan Ukrayna və Moldava ərazilərindən 1943-cü ilin noyabr-dekabr aylarında 1212 vaqon taxıl, 1086 vaqon mal-heyvan və quş, 136 vaqon dən və 6038 vaqon digər ərzaq məhsulları aparmışdı. Talanın masştabı ölçüyəgəlməz idi. Vermaxtın “Şərq” iqtisadi ştabının hesabatında deyildiyi kimi, bu cür talan on milyonlarla adamın acından ölməsinə gətirib çıxarmışdı.
 Düşmən SSRİ-dən daşıyıb apara bilmədiklərini geri çəkilərkən məhv etməyə çalışdı. “Yandırılmış torpaq” taktikası həyata keçirən faşistlər özlərindən sonra boş zona saxlamaqla ümid edirdilər ki, Sovet ordusu irəliləyə bilməyərək ləngiyəcək. Himmlerin 3 sentyabr 1943-cü il əmrində deyilirdi: “Geri çəkildiyiniz yerlərdə insan, mal-qara, taxıl və vaqon qalmamalıdır. Salamat ev, şaxta qalmamalıdır, hətta quyuların hamısını zəhərləyin. Düşmən yandırılmış və dağıdılmış əraziyə ayaq basmalıdır. Düşmənə yalnız heç nəyə kara gəlməyən boş torpaq saxlamaq lazımdır”. Vermaxtın ali komandanlığının əmrində deyilirdi: “Geri çəkilərkən qoyub getdiyiniz ərazilərdə düşmənə xeyirli ola biləcək bütün tikililəri və tədarükü məhv etmək lazımdır: evləri və qazmaları, maşınları, dəyirmanları, quyuları, ot və küləş tayalarını. Bütün evləri ucdantutma yandırmaq, sobaları əl qumbarası ilə partlatmaq, quyulara leş, peyin, benzin atmaqla yararsız etmək. Tayalara od vurmaq, kənd təsərrüfatı maşınlarını və teleqraf dirəklərini partlatmaq, bərələri və qayıqları batırmaq. Körpülərin dağıdılması və minalanması sapyorların vəzifəsidir. Hamı çalışmalıdır ki, çıxdığınız ərazilərdə düşmən uzun müddət hərbi məqsədlərlə və kənd təsərrüfatı ehtiyacları üçün heç nədən istifadə edə bilməsin”. 7 sentyabr 1943-cü ildə reyxsmarşal Gerinq gizli dekret vermişdi ki, Sovet qoşunlarının əlinə keçəcək ərazilər adam yaşamayan boş səhralığa çevrilməlidir: “Bu yerlərin əhalisi qərbə doğru qovulmalıdır”.
 Sumı şəhərindən çıxarkən almanlar yerli əhaliyə əmr verdilər ki, onlar da şəhəri tərk edib getsinlər. SS-çilər ev-ev gəzib qalan adamları döyürdülər və güllələyirdilər. Poltava şəhərində də “evakuasiyadan” imtina edən adamları öldürdülər, evləri yandırdılar. Bu taktika hər yerdə həyata keçirildi. 1943-cü ilin sentyabrında Artyomovsk şəhərində jandarmeriya 3 min qadın, uşaq və qocanı öldürdü. Velikie Lipnyaqi kəndində SS-çilər 371 adamı öldürdülər və yandırdılar ki, onlardan 120-si uşaq idi. Rubyovka kəndində, Lukişşina və Ejakovka xutorlarında 400-ə yaxın sakini taxta binalara doldurdular və benzinləyib yandırdılar. Bu vəhşi divantutmadan yalnız 2 nəfər sağ çıxa bildi. Faşist cəlladları geri çəkilərkən Melitopol şəhərində 250 qadını uşaqları ilə birlikdə həbsxanaya doldurub yandırdılar. Berdyansk şəhərindən də çıxarkən bir neçə min dinc sakini güllələdilər.
 İndi isə həmin dövr Sovet mətbuatının verdiyi xəbərlərə əsasən, alman faşistlərin törətdiyi cinayətlərin xülasəsini təqdim edirik.
16.07.1941. Qərb istiqamətində döyüşən Qızıl Ordunun hərbi hissəsinə Anna Mejevova və Qalina Ostapenko adlı iki qadın gəlmişdir. Gördükləri dəhşətdən saçları ağarmış, 8 gün meşə və bataqlıqla yol gəlməkdən əldən düşmüş bu qadınlar hərbi hissə komandirinə almanların onların kəndində törətdikləri vəhşiliklərdən danışmışlar. 29 iyun gecəsi onların kolxozuna alman tankları daxil olmuşdur. Tankçılar pulemyotlarla qorxuzaraq kəndliləri meydana yığmışlar. Kənd sovetinin sədri Aleksandr Nikolayenkonu əl və ayaqlarından iki tanka bağlamışlar. Tankları əks istiqamətlərə sürmüşlər, sədrin əlləri və qıçları qopub düşmüşdür. Faşistlər hamını güllələyəcəkləri ilə hədələyərək tələb etmişlər ki, kolxozçular kənd sovetinin deputatlarını onlara versinlər. Kolxozçular bundan imtina etdikdə faşistlər 7 qoca kolxozçunun əl-qolunu bağlayaraq yerə uzatmışlar və tankla onların üstündən keçmişlər. Sərxoş alman əsgərləri qızları vəhşicəsinə zorlamışlar. Qadınların danışdıqlarını eşidən Sovet əsgərləri and içmişlər ki, faşist vəhşilərindən amansız qisas alacaqlar.
22.07.1941. Partizanlar Qızıl Ordunun hərbi hissəsinə bir qrup qadın və uşaq gətirmişlər. Faşistlər onların yaşadığı kəndin altını üstünə çevirmişlər. Kəndin ərazisi öldürülmüş və diri-diri yandırılmış sakinlərin eybəcərləşmiş meyidləri ilə doludur. Gətirilənlərin içində 13 yaşından 15 yaşına kimi 8 qız da vardır ki, sərxoş alman əsgər və zabitləri tərəfindən zorlanmışlar.
02.08.1941. Qızıl Ordunun qospitalına alman zabiti tərəfindən zorlanmış 13 yaşlı kolxozçu qızı Q.Zina gətirilmişdir. Tibbi müayinə göstərmişdir ki, faşist yırtıcısı qızı sifilis xəstəliyinə yoluxdurmuşdur.
09.08.1941. “Aida” fabrikinin fəhləsi İ.Bryantsev deyir: “Gestapoçular mənim gözümün qabağında pistoletdən fabrikin 25 işçisini güllələdilər. Lvovun 1 №-li tikiş fabrikinin 30 işçisini gecə mənzillərinə hücum edərək öldürdülər. Sərxoş alman əsgərləri Lvov qızlarını və gənc qadınlarını Kostyuşko parkına sürükləyərək vəhşicəsinə zorlayırdılar. 15 yaşlı məktəbli S.Lidiyanı 7 alman tankçısı növbə ilə zorladılar. Qızın parça-parça edilmiş cəsədini faşistlər çirkab quyusuna atmışdılar. Əlində xaç əhaliyə rəhm etmək və qızları qurtarmaq üçün yalvaran qoca din xadımı V.Pomaznevi faşistlər döydülər, əbasını çırıb əynindən çıxardılar, saqqalını yandırdılar və süngü ilə deşik-deşik etdilər”.
14.08.1941. Berestovets kəndinə soxulan almanlar bütün qadın və qızları zorlamışlar. Kolxozçu qadınlar Ulyana Rıbalovanı və Yelena Kojumyakı işgəncələrdən sonra güllələmişlər. Faşist yırtıclarının əzab verdiyi adamlar arasında 70 yaşlı kolxozçu Levko Korj və onun 19 yaşlı oğlu Danil də vardır.
27.08.1941. Smolensk istiqamətində irəliləyən Sovet əsgərləri kənddə 16 başsız meyid tapmışlar. Faşistlər onların başlarını kəsib 220 metr kənara tullamışdılar. Qocaman kənd sakinləri danışmışlar: “Faşistlər kəndə dürtülən kimi talana başladılar. Kooperativdəki arağı içdilər, sonra isə taladıqlarını bölmək üstündə bir-biri ilə savaşdılar. Axşam əsgərlər zabitlərin əmri ilə yaralı Qızıl Ordu əsgərlərini daxmadan çıxardılar, onları döydülər, sonra isə başlarını kəsdilər. Gecə sərxoş əsgərlər daxmalara doluşdular, qadınları tutub zorladılar. Öz qadın və qızlarının müdafiəsinə qalxan kişiləri isə öldürdülər”.
07.09.1941. Dnepropetrovsk şəhərini tutan faşistlər şəhəri tərk etməyə macal tapmamış sakinlərin başına oyun açdılar. Şəhərdə heç bir ərzaq ehtiyatı və qiymətli sərvətin qalmadığını görən faşistlər quduzlaşdılar. Onlar evlərə girdilər və sakinləri öldürməyə başladılar. Şəhərdən qaçmış A.Prixodçenki danışır: “Çiçerin küçəsində 17 №-li binada bütün mənzilləri soydular, sakinlərini isə doğradılar. Böyük Bazar küçəsində sərxoş faşist əsgərləri 3 qadını tutdular, dirəklərə bağlayaraq təcavüz etdilər, sonra isə öldürdülər”. Dnepropetrovsk dəmir yolu deposunun fəhləsi N.Kuzmenko danışır: “Qəbiristanlığın yanında faşistlər evləri soymaqda onlara mane olmaq istəyən yüzdən çox adamı pulemyotlardan atış açaraq öldürdülər”.
09.09.1941. Kiyev vilayətinin Selişşe kəndində faşistlər bir qrup qadın və qızları yığaraq meşəyə aparmışlar və orda döyərək zorlamışlar. Qriveni kəndində almanlar 60 yaşlı qoca kişi ilə məzələnərək atəş altında qaçmağa məcbur etmişlər. Qocanın hər iki ayağından güllə dəymişdir. Kirovoqrad və Dnepropetrovskın işğal etdikləri rayonlarında alman komandanlığı elan etmişdir ki, bütün kolxoz mülkiyyəti almanlara məxsusdur və ona toxunan kəndlilər güllələnəcəklər. Faşist əclaflarının vəhşiliklərinə cavab olaraq hər gün yüzlərlə kəndli partizan dəstələrinə qoşulmaqdadır.
11.09.1941. Xanino kəndində qonaqlıq təşkil edən alman zabitləri sərxoş halda yerli müəlliməni növbə ilə zorlamışlar. 16 yaşlı kolxozçu qızı 5 alman əsgəri zorlamışdır. Tokaryevo kəndindən bütün qızları və gənc qadınları toplayaraq naməlum istiqamətdə aparmışlar. Onlardan biri də geri qayıtmamışdır.
16.09.1941. Faşist əsirliyindən qaçmış Luqa şəhər sakini Aleksey Orexov hitlerçilərin vəhşilikləri barədə belə danışmışdır: “Hitlerçi banditlər şəhərə girən kimi dinc əhalini güllələməyə başladılar. Elə ilk gün şəhərin bütün qalan sakinlərini şəhər bağına qovaraq topladılar. Əsgərlər onların gözü qabağında dar ağacı qurmağa başladılar. İlk əvvəl meşə punktunun rəisi Mixail Orexovu, ardınca daha bir neçə adamı asdılar. Faşist yırtıcıları meyidləri dar ağacından düşürməyi qadağan etmişdilər. Bir neçə gün sonra şəhərə Gestapo şöbəsi rəisi gəldi. O zindan təşkil etdi və qurbanlarına orda işgəncələr verdi. O gələn axşam faşistlər küçədə 8 qız tutdular və zorladılar. Bütün evləri çapıb talayırdılar. Küçələrdə açıq-aşkar soyurdular. Patrul əsgəri gündüz yerli müəlliməni saxladı və onun saatını tutub aldı”. Zaxarovka kəndində almanlar öz qızlarının yerini demədiklərinə görə 14 kolxozçunu asmışlar. Yuryevo və Bereznik kəndini tutan kimi almanlar əhalinin bütün mal-qarasını və toyuq-cücəsini müsadirə etmişlər. Götürdüklərini arabalara yükləmiş, kolxozçuları, o cümlədən qoca arvad və kişiləri at yerinə arabalara qoşaraq qonşu kəndə dartıb aparmağa məcbur etmişlər. Monino kəndində Nikolay Kurqayevin evinə soxulan sərxoş alman əsgəri onun arvadını zorlamaq istəmiş, Nikolay arvadını müdafiə edərkən yerindəcə güllələnmişdir. Milyutino kəndində almanlar 24 kolxozçunu həbs edərək qonşu kəndə aparmış, orda qaranlıq saraya salaraq işgəncələr vermişlər. Onların arasında Anastasiya Davıdova da olmuşdur. Faşist yaramazları qızı zorladıqdan sonra güllələmişlər.
18.09.1941. Odessa vilayətinin Yekaterinovka kəndində almanlar sədrin evinə doluşmuş, onun qızlarını özləri ilə apararaq işgəncələr vermişlər. Pervomaysk yaxınlığında yolda qaçqınların getdiyi 2 arabanı saxlayaraq soymuşlar, sonra isə hamısını güllələmişlər- iki qoca, yeniyetmə, iki gənc qadın və südəmər körpə. Pervomayskda qırğın bir neçə gün davam etmişdir; faşist dəstələri evlərə soxulmuş, çapıb talamış və müdafiəsiz sakinləri öldürmüşlər.
27.09.1941. Azad olunmuş Novo-Vasilyevka kənd sakinləri faşistlərin olmazın vəhşiliklərindən danışmışlar. Kolxozçu qadın Fedosya Matyuxa danışır: “Faşist qaniçənləri evimə soxuldular, ərim Anufriyi tutdular və özləri ilə apardılar. Səhəri gün onun meyidini kanaldan tapdın. O didilmiş, eybəcər hala salınmış, gözləri çıxarılmış halda idi”. Vərəm xəstəsi olan kolxozçu Vasili Şnıryevi uzun müddət işgəncələr verərək öldürmüşlər. Onu süngü ilə deşmiş, kəsmiş, sonra isə güllələmişlər. Kolxozçu qadın Mariya Pryadko danışır: “Almanlar bütün kəndi soyub taladılar. İt kimi xataları dolaşırdılar və əllərinə keçəni götürürdülər. Mənim daxmamın pəncərələrini qırdılar, güzgümü sındırdılar, toxucu dəzgahımı, çuqunumu, vedrələrimi apardılar, bostanımı tapdaladılar. Mən və 7 uşağım zirzəmidə gizlənmişdik. Sərxoş əclaf zirzəmiyə yaxınlaşıb atəş açmağa başladı. Biz möcüzə nəticəsində sağ qaldıq”. Kolxozçu Pyotr Kozlovun tikiş maşınını, iki skatertini, balışlarını aparmışlar. Başqa evlərdən faşistlər patefonları, velosipedləri, odeyalları, paltarları götürmüşlər. Kolxozçu qadın Tatyana Qaluşko danışır: “ Almanlar bizim kənddə 3 gün azğınlıq etdilər. Nə qədər zülmlər etdilər, nə qədər dərd və göz yaşıına səbəb oldular! Onlar 13 xatanı dağıtdılar və yandırdılar. İvan Puçkonun evini talayıb yandırdılar. Qadınları tutub zorlayırdılar. Mənim qızımı gözümün qabağında tutdular, qışqırıqlarıma və göz yaşlarıma məhəl qoymadan əyləndilər. Hitlerçi quldurların bu 3 gündə törətdikləri pislikləri sadalayıb qurtarmaq mümkün deyil”.
05.10.1941. Kirovoqrad vilayətinin Qlinyanaya və Dikovka kəndlərində faşistlər əhalinin bütün kənd təsərrüfatı məhsullarını və ev əşyalarını müsadirə etmişlər. Çerniqov vilayətinin Vıpolzovo və Karpilovka kəndlərini tam dağıtmışlar. Faşistlər tez-tez kütləvi soyğunçuluqlar törədirlər. Kiyev vilayətinin Slobodka kəndində onlar kolxozçu qadın Neçuykodan süd tələb etmişlər. Neçuyko: “İnəyimi aparmısınız, sizə südü hardan verəcəm?” dedikdə faşistlər onu döyərək yarımcan hala salmış, evini isə yandırmışlar. Dnepropetrovsk vilayətinin Borodayevka kəndində faşistlər bütün qadın və qızları zorlamışlar.
01.11.1941. Orlov vilayətinin Vasilyevka kəndində sərxoş alman əsgərləri qızları zorladıqdan və döydükdən sonra rəqs etməyə məcbur etmişlər. Həmin vaxt küçədən keçən hamilə kolxozçu Anna Larionovaya əmr vermişlər ki, o da oynayanlara qoşulsun. Qadın hamiləliyini bildirərək imtina etdikdə sərxoş yefreytor təpiklə onun qarnına vurmuşdur. Qadın huşunu itirmişdir və sancıları başlanmışdır. Faşistlər kəndlilərə doğan qadına yaxınlaşmağı qadağan etmişlər. Bədbəxt qadın ölü uşaq doğmuşdur.
04.11.1941. Faşistlər Ukraynanın Akimovka kəndini tutduqları ilk gün Nikolay Mixaylovu, Yeftey Uşakovu, onun 12 yaşlı qızını və əlil Burtsevi güllələmişlər. Bir neçə gün sonra isə 60-70 yaşlı qocaman kolxozçuların böyük bir qrupunu güllələmişlər. Aqafonova familiyalı qadını zorlamış, sonra isə döşlərini kəsərək və bədənini deşərək əzab-əziyyətlə öldürmüşlər. Faşistlər hətta qadının körpə uşaqlarına da rəhm etməmişlər; gedərkən onun 4 yaşlı oğlunu və 2 yaşlı qızını da öldürmüşlər.
18.11.1941. Belorusiyanin Kostyukovka kəndinə gələn bir dəstə alman əsgəri kəndlilərin bütün əmlakını əllərindən almışlar. Kseniya Driqulina adlı qadın alman zabitindən xahiş etmişdir ki, heç olmasa onun uşaqlarının mələfələrinə toxunmasınlar. Əsəbləşmiş zabit bunun üstündə qadını döyərək güllələmişdir. Almanlar qadının 4 uşağını ambara ataraq üstünü torpaqlamışlar. Nerki kəndində almanlar Jiqalova, Serikova və Urupina familiyalı üç qadını zorlayaraq öldürmüşlər. Xolmı kəndində 15 yaşında 6 qız uşağına vəhşicəsinə işgəncələr vermişlər. Yelsk şəhərində 500 yerli sakini barjaya dolduraraq Pripyat çayının ortasına gətirmişlər, burda onları 5 gün ac-susuz saxlamışlar, sonra isə barjanı suda batıraraq adamları qırmışlar.
16.12.1941. Moskva vilayətinin Belıy Rast kəndində 12 yaşlı Volodya Tkaçyovu hədəf kimi qoyub atəş açmışlar. Volodyanın bədəninə 21 güllə girmişdir. 4 uşaq anası olan kolxozçu İrina Mosolovu heç bir səbəbsiz güllələmişlər. Zaramuşki kəndində qocaman kolxozçuları güllələmişlər. Ovsyannikovo kəndində bir neçə yaralı Sovet əsgərini əsir götürmüşlər. Onları lüt soyundurub soyuq saraya salmışlar. Kənddən gedərkən onları güllələmişlər. Üç əsirin gözlərini çıxarmış, qıçlarını sındırmış, boğazlarını kəsmişlər. Puçki kəndində almanların yolda qabaqlarına kolxozçu İvan Terexin və arvadı çıxmışdır. Onlar qadını ərinin gözü qabağında zorlamış, sonra güllələmişlər. Əri də onlara müqavimət göstərdiyinə görə öldürülmüşdür. Almanlar girdikləri kəndləri çapıb talayırlar. Məsələn, Nikolskoe kənd sakini Aqrafena Serqeyevanın evindən matras, samovar, çaynik, qab-qacaq, un, spiçka, qənd, jaket, balta, mişar və setka aparmışlar. Rostov vilayətinin azad olunmuş kəndlərinin sakinləri faşistlərin amansız cinayətlərindən və talançılıqlarından danışırlar. Novospasovka kəndində kolxozçu Yelena Qamovanın evində bir neçə alman sakini məskunlaşmışdır. Axşam onlar yeyib-içmək təşkil etmişlər və səsə qadının iki yaşlı oğlu oyanmışdır. Almanlardan biri uşağı ananın əlindən alımış və yanar peçə soxmuşdur. Həmin kənddə almanlar Marfa Kovpak adı qadını benzinləyərək yandırmışlar. Generalskaya kəndində faşistlər Nadejda Qurtovanı və onun 14 yaşlı qızını zorladıqdan sonra işgəncələr verərək güllələmişlər.
25.12.1941. Almanlar əsir götürdükləri 40 yaralı Sovet əsgərini və tibb bacısını Voronki kəndində keçmiş xəstəxana binasına yerləşdirdilər. Tibb bacılarını zorladıqdan sonra güllələdilər. Xəstəxanaya keşiçki qoyaraq içəri heç kəsi buraxmadılar. 4 gündən sonra yaralıların bir qismi öldü, qalanlarını isə çayda boğdular.
01.01.1942. Moskva vilayətinın Sloboda kəndinə daxil olan kimi faşistlər talançılığa başladılar. Kənd camaatının inəklərini, qoyunlarını, toyuqlarını, ununu, yarmasını, tərəvəzini, isti paltarlarını, valenkilərini, hətta alt paltarlarını yığıb apardılar. Qabaqlarına çıxanların əynindən şubalarını və valenkilərini soyundurub çıxarırdılar. Soyğunçuluqdan sonra güllələnmələr başlandı. Yevdokiya adlı hamilə qadını doğuşa 2 həftə qalmış zorladılar. 
03.01.1942. Moskva vilayətinin Pavlovo-Lujetskoe kəndindən qaçarkən 70 yaşlı kolxozçu Proxorovu güllələdilər, bir qadını iki körpə uşağı ilə birgə yandırdılar, çoxlu qızları zorladılar. Masleno kəndi azad olunarkən 8 qadının və 14 yaşlı oğlanın meyidi tapıldı.  Qadınlar zorlandıqdan sonra öldürülmüşdülər. Onların burunları, üzləri kəsilmişdi, bir qadının qarnı yırtılmışdı.
09.01.1942. Mazikino kəndindən qaçarkən almanlar bütün evlərə od vurmuş, yanğını söndürməyə çalışan kəndliləri isə güllələmişlər. Şmakova ailəsinin 4 uşağını yandıraraq öldürmüşlər.
11.01.1942. Leninqradın Pereşeek kəndində almanlar vəhşi qırğın törətmişlər. Onlar əhalinin çörəyini, mal-heyvanını, toyuq-cücəsini, pal-paltarını və ev ləvazimatını əllərindən almışlar. Talançılıqdan sonra bir neçə qızı zorlayaraq kəndi tam yandırmışlar.
16.01.1942. Moskva vilayətinin Slobodino kəndində hitlerçilər evlərdən bir qrup qız və cavan qadın çıxarmışlar, onları növbə ilə zorlamışlar, sonra isə on beşini güllələmişlər.
20.01.1942. Sovet Ordusunun hücumu qarşısında geri çəkilən almanlar Nikitki və Maslovo kəndlərinin bütün sakinlərini qovub özləri ilə aparmışlar. Nikitki kəndindəki 70 evdən 69-unu, Maslovo kəndindəki 69 evdən 68-ini yandırmışlar. Maslovo kəndində 5 qadını diri-diri yandırmışlar. Moskva vilayətinin Çernaya Qryaz kəndində hitlerçilər 30 kəndlini güllələmiş, meyidlərini isə yol qırağındakı ağaclardan asmışlar. Onlar üç həftə asılı qalmışlar, qohumlarına aparmağa icazə verməmişlər. 2 qadını zorlamış, sonra isə işgəncələr verərək öldürmüşlər.
27.01.1942. Kursk vilayətinin Myasoyedovo kəndində almanlar bütün evləri yandırmışlar, əhalini isə arxaya qovmuşlar. Kəndli qadınlardan biri yanan evinin içinə girərək iki uşağını çıxarmışdır, küçəyə qoymuşdur, digər uşaqlarını xilas etmək üçün yenidən evə girmişdir. Bu zaman küçədən keçən hitlerçilər həmin iki uşağı götürərək buzlaşmış çayın deşiyinə tullamışlar. 12 qadını tutub saraya salmışlar, zorladıqdan sonra isə güllələmişlər.
02.04.1942. Xarkov vilayətinin Qlazunovka, Qeevka kəndlərindən və “Pyatiqorsk” sovxozundan geri çəkilən almanlar dinc sakinlərə və əsir Sovet əsgərlərinə qarşı müdhiş yırtıcılıq nümayiş etdirmişlər. Qlazunovka kəndində 16 kolxozçunu, o cümlədən 3 uşağı yandırmışlar. 83 yerli sakini özləri ilə aparmışlar. Qeevka kəndində əhalini soymuş, kolxozçu Daniil Artomenkonu güllələmiş, çoxlu qadını zorlamışlar. “Pyatiqorsk” sovxozunda 30 əsir Sovet əsgərini güllələmiş, 23 yaralı Sovet əsgərini isə diri-diri yandırmışlar.
10.04.1942. Smolensk vilayətinin Verxnee Olqovo kəndini azad edən Sovet ordusu əsgərləri kəndin hər yerində dinc sakinlərin meyidlərinə rast gəldilər. İnsanlar döyülərək, deşilərək və yandırılaraq öldürülmüşdü. Qadınların çoxu zorlanmışdı. Kolxozçu Aksinya Matveyeva bir dəstə alman tərəfindən zorlanmış, sonra isə döyülərək öldürülmüşdü. Kolxozçu Pelaqeya Kuzmina bir dəstə alman tərəfindən zorlandıqdan sonra yanar evin içinə atılmışdı. Kolxozçu Natalya Matveyeva zorlandıqdan sonra vəhşicəsinə öldürülmüşdü. Mariya Fyodorova çoxlu alman tərəfindən zorlandıqdan sonra yanan tonqalın içinə atılmışdı. Tverin Semyonovsk kəndində hitlerçilər üç uşaq anası olan hamilə qadını- 25 yaşlı Olqa Tixonovanı zorlamışdılar. Olqa bir neçə gündən sonra doğacaqdı. Onun əl-qolunu kəndirdə bağlamış, boğazını kəsmiş və döşlərini deşmişdilər.
19.04.1942. Leninqrad vilayətinin Çervinskaya Luka kəndi azad olunarkən kəndin kənarında 63 qoca, qadın və uşaq cəsədi tapıldı. Meyidlərin üstünə su tökmüşdülər və donmuşdu. Tibbi müayinə göstərdi ki, öldürülənlər güllələnmişdir, bir neçə qadın zorlanmışdır və bədənləri süngü ilə deşilmişdir. Meyidlərin çoxunun əl barmaqları kəsilmiş, qıçları burularaq sındırılmışdı. İki qadının döşləri kəsilmişdi. Faşistlər kənddəki evləri və ictimai tikililəri yandırmış, sağ qalan sakinləri isə alman ordusunun arxa cəbhəsinə qovmuşlar.
13.06.1942. Əsir düşmüş ober-yefreytor Qustav Lants bildirmişdir: “Rjevka kəndində bizim əsgərlər 14 yerli sakini diri-diri yandırdılar. Öldürülənlər arasında qocalar, qadınlar və uşaqlar vardı. Melexova kəndinin kənarındakı bir evdə 6 öldürülmüş qadın gördüm. Əsgərlərimiz onlara təcavüş etmiş, sonra isə boğmuşdular”.
16.07.1942. Orlov vilayətinin Luqan kəndində almanlar 20 yerli sakinə işgəncələr vermişlər. 23 yaşlı müəllimə Anna Korotçenkonu, onun 2 yaş yarımlıq oğlunu və 53 yaşlı anasını güllələmişlər. Müəllimə Anna Kojanovanı zorlamış, sonra isə 5 yaşlı oğlu və 7 yaşlı qızı ilə birgə güllələmişlər. Kiyev yaxınlığındakı Boyarka kəndində faşistlər 15 yaşlı qızları yığıb məktəb binasına doldurmuş, onlara təcavüz etmiş, sonra isə teleqraf dirəklərindən asmışlar.
17.07.1942. Alman faşistləri Orlov vilayətinin Aleşok kəndini çapıb talayaraq yandırmışlar. 97 ev və bütün kolxoz tikililəri yanmışdır. Kəndlilərin çoxuna işgəncə vermiş və güllələmişlər. Kolxozçu Anton Kazakovun evinə doluşaraq əvvəl onun 5 uşağını, sonra isə arvadını və özünü güllələmişlər. 17 yaşlı Mariya Potançikova ilə əylənmiş, sonra isə onu güllələmişlər.
06.11.1942. Alman faşistləri Orlov vilayətinin Soltanovka kəndini yerli-dibli yandırdılar. Kolxozçuların 450 evi, məktəb, xəstəxana, ferma və digər ictimai tikililər yandı. Almanlar onlarla kənd sakininə işgəncələr verdilər. 19 yaşlı kolxozçu qız Anna Matyuşkinanı zorladılar, sonra isə döşlərini və qulaqlarını kəsərək güllələdilər. Kənd həkimi Aleksandr Malinovskini diri-diri yandırdılar.
17.11.1942. Faşistlər Kursk vilayətinin Trosna kəndində ağır cinayətlər törətdilər. Ətraf kəndlərdən Almaniyaya katorqada işləməyə yollamaq üçün qızları yığdılar, Trosna kəndinə gətirib burdakı saraya saldılar. Gecə kəndin ərazisindən keçən alman hərbi hissəsi sarayda qızların saxlandığını bildi, əsgərlər saraya doluşdular və qızları zorladılar. 
24.12.1942. Faşistlər Smolenskin Snorki və Qolovitsı kəndlərinin camaatına divan tutdular. Snorki kəndində 16 evi içindəki sakinləri qarışıq yandırdılar. 70 nəfər diri-diri yandı. 17 yaşlı kolxozçu qız Aleksandra Qvardeyçevi zorladıqdan sonra döşlərini kəsdilər və güllələdilər. Qolovitsı kəndində kolxozçu Mariya Zabolotskayanı bir yaşdan altı yaşa kimi üç uşağı ilə birgə güllələdilər. Bir yaşında uşağa gülləni ananın qucağında vurdular. Denisenkovanın ailəsini beş böyük və ikiyaşlı körpə uşağı qarışıq hamısını qırdılar. Bu iki kənddə cəmi 166 dinc sakini öldürdülər.
12.01.1943. Kalinin vilayətinin Balabolkino kəndini tərk edərkən almanlar sakinləri küçələrə çıxarmış və 6 yaşından tutmuş 75 yaşına kimi bir çoxlarını güllələmişlər. Bir neçə alman əsgəri gənc kolxozçu Yevdokiya Novikovanı kənara çəkmiş, ona təcavüz etmiş, sonra isə avtomatla güllələmişlər. Qalan sakinləri silah altında kənddən çıxarmışlar. Yolda sakinlər qaçmağa müvəffəq olmuşlar.
14.01.1943. Voronej vilayətinin Smaqleevka kəndini tutan kimi hitlerçilər bütün əhalini meydana yığdılar, lüt soyundurdular və axtardılar. Əhali meydanda olarkən evlərə girdilər, anbarlarda eşələndilər, qiymətli əşyaları götürdülər. Almanlar və italyanlar qadınları və qızları zorladılar. Öz qızını müdafiə etməyə qalxan Natalya Lozovayanı sərxoş əsgərlər güllələdilər. Alman və italyan əsgərləri kolxozçuları çapıb taladılar, mal-qarasını, toyuq-cücəsini, ərzağını, geyimini və ayaqqabılarını apardılar. Hitlerçilər kolxozun inventarını məhv etdilər, atları, bütün iribuynuzlu heyvanları və 250 sentner taxılı müsadirə etdilər. Məktəbdə mebeli, partaları, kitabxananı yandırdılar. Geri çəkilərkən iki məktəb binasını, iki maqazini və çoxlu evləri yandırdılar.
09.02.1943. Voronej vilayətinin Russkoe Trostyanka kəndində alman işğalçıları üç donuz fermasını soyub talayaraq dağıtmışlar. Kolxozçuların 32 inəyini, 100 danasını, 500 qoyununu və bütün taxılını aparmışlar. Kəndlilərə vəhşi işgəncələr vermiş, bir çoxlarını öldürmüşlər.
07.03.1943. Orlov vilayətinin Kuban kəndini tutan almanlar heç bir səbəb olmadan kolxozçular İvan Maroxini, Aleksey Yakuşini, Foma Melnikovu, İvan Pisaryevi və başqalarını güllələmişlər. J. Varvaranı zorlamışlar, Marina Melnikovanın başına oyun açdıqdan sonra öldürmüşlər. 200-ə yaxın kənd sakinini alman komendaturasının podvallarına dolduraraq əziyyət vermişlər. Faşistlər kəndi xaraba qoymuş, məktəbi, fermanı, kolxoz tikililərini və kəndlilərin bir çox evlərini dağıtmışlar. Kənddə elə bir ev yoxdur ki, faşistlər soyğunçuluq məqsədilə ora soxulmasın.
16.03.1943. Alman faşistləri kəndlərdən qaçarkən misli görünməmiş cinayətlər törədib gedirlər. Smolensk vilayətinin Suxodol kəndində bir qrup yerli sakini evin içinə doldurmuş, qadınlara təcavüz etmiş, sonra isə evi yandırmışlar. 24 adam yanaraq ölmüşdür ki, içlərində 8 körpə uşaq da vardır.
07.04.1943. Alman faşistləri Smolenskin Podmoşye kəndini viran qoyaraq talamışlar. Müəllimə Anna Konyuxova onu zorlamaq istəyən almana müqavimət göstərmişdir, buna görə onu güllələmişlər. Qocalara, qadınlara, uşaqlara rəhm etmədən qırmışlar. Kənddə hitlerçilərin əlindən zülm çəkməyən ailə yoxdur. Mixail Stepanenko, Aleksandr Stepanenko, Boris Barsukov və qızı, Vasiliy Feoktistov, 12 yaşlı uşaqlar- Aleksey İqnatov və Dmitriy İvanov əzab verilərək öldürülmüşdür. 85 yaşlı qoca Kojurova və arvadına vəhşi işgəncələr verilmişdir.
20.04.1943. Leninqrad vilayətinin azad edilmiş kəndlərinin sakinləri alman işğalçılarının törətdikləri vəhşiliklər barədə danışırlar. Peski kəndində kolxozçu İvan Morozovu asmış, evini isə yandırmışlar, səbəb də bu olmuşdur ki, kolxozçu alman zabitinin zorlamaq istədiyi qızını ondan gizlətmişdir. 16 yaşlı Nastya Zemskova ona əl atan alman zabitini vurmuş və demişdir: “Siz Moskvanl və Leninqradı görməyəcəksiniz”. Bundan sonra hitlerçilər qızın qollarını bağlayaraq aparmışlar. O vaxtdan qızdan xəbər yoxdur. Çernıy Ruçey kəndində alman işğalına kimi 250 sakin vardı. Bunlardan 100 nəfərini Almaniyaya katorqa işlərinə göndərmişlər, onlarla sakini isə əziyyət verərək güllələmişlər. Kolxozçuların çoxu aclıq və məhrumiyyətlərdən ölmüşlər. İndi kənddə cəmi 39 sakin qalmışdır.
6.07.1943. Vitebskin Beloy kəndinin yanındakı meşədə faşistlər 86 qoca, qadın və uşağı güllələmişlər. Starina kəndində 24 kolxozçunu diri-diri yandırmış, bir neçə qızı zorladıqdan sonra öldürmüşlər.
 Faşist Almaniyası məğlub edildikdən sonra faşist cinayətkarları üzərində keçirilən proseslərdən birində Sovet əhalisini qırmaqla məşğul olmuş zonderkomanda üzvü, SS-çi Xelfeqott verdiyi ifadəsində belə demişdi: “Mən həmişə çalışırdım ki, cəzalandırmalar humanistcəsinə və qəddarlıq olmadan həyata keçirilsin”. Bununla demək istəyir sualına Xelfeqott belə aydınlıq gətirmişdi: “Məsələn, bizə əlində südəmər körpəsi olan ananı güllələmək əmr olunanda biz əvvəl ananı, sonra isə körpəni güllələyirdik”.
 Sovet lideri İosif Stalin 6 noyabr 1941-ci ildə bildirmişdi: “Alman işğalçıları öz mənəvi deqredasiyalarında insan sifətini itirərək yırtıcı heyvan səviyyəsinə düşüblər”. İşğalçıların dinc sakinlərə və əsirlərə qarşı etdiyi əməllər 1907-ci il Haaqa konvensiyasının və 1929-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması demək idi. 1943-cü ilin oktyabrında keçirilən Moskva konfransında SSRİ, ABŞ və İngiltərə nasist cəlladlarının törətdikləri cinayətlərə görə məsuliyyət daşımaları barədə birgə Deklarasiya imzaladılar. Deklarasiya məğlub olacaqları təqdirdə nasist cinayətkarlarının cəzalandırılacağını bəyan edirdi. Müharibədən sonra doğrudan da əsas nasist cinayətkarları Nürnberq hərbi tribunalında mühakimə olundular. Lakin ədalət tam zəfər çalmadı. Qərb dövlətlərinin reaksion qüvvələri ardıcıl və düzgün araşdırma aparılmasına imkan vermədilər, nasist cəlladlarının bir çoxuna himayədarlıq etdlər və onları cəzadan qurtardılar. Nürnberq tribunalında mühakimə olunan iudey faşistlərinin çoxu Stalin öləndən sonra azadlığa buraxıldı.
 Müharibəyə kimi almanların işğal etdiyi Sovet ərazilərində 88 milyon əhali vardısa, müharibədən sonra 55 milyon qalmışdı. Bu ərazilərdə şəhər əhalisi 25 milyondan 10 milyona, kənd əhalisi 63 milyondan 45 milyona enmişdi. Müharibədən sonra Smolensk vilayətinin 2 milyon əhalisindən 900 min, Orlov vilayətinin 2 milyon əhalisindən 900 min, Kursk vilayətinin 3 milyon əhalisindən 1,5 milyon qalmışdı. Voronej vilayətində əhali 1 milyon, Bryansk vilayətində 0,5 milyon, Pskov vilayətində 0,5 milyon, Novqorod vilayətində 0,4 milyon, Tver vilayətində 0,5 milyon, Leninqrad vilayətində 1,3 milyon azalmışdı. Rusların yaşadığı işğal altındakı vilayətlər 30 fazidən 55 faizə kimi əhalisini itirmişdi. Həlak olanların çoxu dinc sakinlər idi.
 1923-cü ildə anadan olmuş Sovet kişilərinin müharibənin sonunda cəmi 3 faizi sağ qalmışdı. Müharibədən sonra Sovet İttifaqı uzun müddət demoqrafiq problemlərlə və yaşayış səviyyəsinin pisləşməsi ilə mübarizə aparmalı olmuşdu.
 Faşist aqressiyasına məruz qalan Rusiya ərazilərində 31 850 zavod, fabrik və digər sənaye müəssisəsi, çoxlu sayda xırda müəssisə və emalxana, 1876 sovxoz, 2890 maşın-traktor stansiyası, 98 000 kolxoz, 216 700 maqazin, yeməkxana, restoran və başqa ticarət müəssisələri, 4 100 dəmiryolu stansiyası, 36 00 poçt-teleqraf idarəsi, telefon stansiyası, radiostansiya və digər rabitə təsisatları, 6 000 xəstəxana, 33 000 poliklinika, dispanser və ambulatoriya, 976 sanatoriya və 656 istirahət evi, 82 000 başlanğıc və orta məktəb, 1520 texnikum, 334 ali məktəb, 605 elmi-tədqiqat institutu və digər elmi qurumlar, 427 muzey, 43 000 kitabxana və 167 teatr dağıdıldı və talan edildi. İşğal olunmuş ərazilərdəki 11,6 milyon atdan 7 milyonu, 31 milyon iribuynuzlu mal-qaradan 17 milyonu, 23,6 milyon donuzdan 20 milyonu, 43 milyon qoyun və keçidən 27 milyonu almanlar və müttəfiqləri tərəfindən məhv edildi və ya oğurlandı. Əkinçiliyin mexanizasiyasının material bazası sıradan çıxarıldı. 137 min traktor, 49 min kombayn, 46 min toxumsəpən maşın, 35 min taxıldöyən maşın məhv edildi və ya oğurlandı. Kolxozlara məxsus 285 min heyvandarlıq binası, 505 min hektar münbit əkin sahəsi və 153 min hektar üzüm bağı məhv edilərək sıradan çıxarıldı. Nəqliyyat, rabitə və dəmiryolu bərbad hala düşdü. İşğal zonalarındakı 122 min km dəmiryolu xəttindən 65 min km dağıdıldı. 15 800 paravoz, 428 min vaqon sıradan çıxdı. İşğalçılar 4280 paraxodu və 4209 bərəni məhv etdilər, batırdılar və apardılar. 26 min dəmiryolu körpüsündən 13 mini dağıdıldı. İşğal rayonlarındakı 2 078 min km teleqraf-telefon liniyası tam dağıdıldı və ya oğurlandı. Əhalinin mənzil fondunun 50 faizi partlatmaq və yandırmaq yolu ilə sıradan çıxarıldı. İşğal ərazilərindəki şəhərlərdə 2567 binadan 1209-u, kəndlərdə isə 12 milyon evdən 3,5 milyonu dağıdılaraq məhv edildi.
 Sovet Dövlət Fövqəladə Komissiyası müəyyənləşdirmişdir ki, faşist aqressiyasından SSRİ-yə 485 milyard dollar həcmində ziyan dəymişdir. Lakin maraqlıdır ki, həmin ziyanı Almaniya nəinki ödəməmiş, əksinə SSRİ müharibədən sonra Almaniya Demokratik Respublikasının (ADR) bərpasına sərmayə qoymuşdur. Ruslar ADR-də evlər, zavodlar, yollar tikmiş, ölkəni inkişaf etdirmişdilər.
 Bu gün Xolokost mifinin yaradıcıları müharibədə slavyanların itkisini qəsdən yüz dəfələrlə azaldırlar. “Xolokost Ensiklopediyası”nda göstərilir ki, alman düşərgələrində 3 milyon yəhudi və “on minlərlə qaraçı və Sovet hərbi əsiri” öldürülmüşdür. Rusları qaraçılarla bir cərgəyə qoyurlar. Əsl həqiqətdə isə alman düşərgələrində milyonlarla Sovet hərbi əsiri ölmüşdür ki, onların çox hissəsini ruslar təşkil etmişdir. Xolokost mifi müharibədə həlak olmuş milyonlarla rusun xatirəsinə təhqirdir. “Xolokost Ensiklopediyası”nda nədənsə 1917-ci il inqilabından sonra yəhudi bolşeviklərin qırdığı on milyonlarla rus barədə bircə kəlmə də yoxdur, çünki belə məsələlərdən danışmaq sionistlərə sərf etmir. SSRİ-də trotskist-sionistlərin həyata keçirdiyi kütləvi qətliamların canlı şahidi olan İngiltərənin baş naziri Lloyd Corc məhz onları “bizim dövrün ilk faşistləri” adlandırmışdı. Xolokost mifi üzərində spekulyasiya etməklə İsrail Almaniyadan on milyardlarla təzminat qoparmışdır, halbuki həmin təzminat müharibədə ən çox zərər çəkmiş rus xalqına ödənməliydi. Fakt ondan ibarətdir ki, İkinci Dünya Müharibəsi zamanı rus xalqı on milyonlarla itki vermişdir. Alman aqressorları təkcə Rusiyanı yox, Polşa, Yuqoslaviya, Çexiya kimi slavyan ölkələrini də qırıb çataraq “öz həyati məkanlarını genişləndirməyi” planlaşdırmışdılar. Müharibə zamanı ümumilikdə 30 milyona yaxın slavyan ölmüşdür. Bu, tarixdə analoqu olmayan əsl slavyan xolokostudur! Əlbəttə müharibədə başqa xalqların nümayəndələri də ölmüşdür, amma onların itkiləri slavyan xalqlarının itkilərinin yanında cüzidir. Dağıdıcı müharibənin əsas zərbəsi slavyanların üzərinə düşmüşdür.
 İkinci Dünya Müharibəsi dövründə məhz Rus xalqı bütün ağırlığı öz çiyinlərinə götürərək bəşəriyyəti “Yeni Dünya Nizamı” adlı iudey-mason işğalı təhlükəsindən xilas etmişdir. Stalinin 9 may 1945-ci ildə xalqa etdiyi müraciətində dediyi kimi, müharibədə SSRİ-nin qələbəsi- ilk növbədə slavyanların qələbəsi idi. Təkcə Polşanın azad olunması yolunda 613 min slavyan can qoymuşdur. Xolokost mifi- slavyan xalqlar qarşısında, qoy xalqlar qarşısında, Rusiya qarşısında cinayətkarlıqdır. Xolokost mifi- insanlığa təhqirdir. Bu mif yəhudi xalqını dağıdıcı müharibənin əsas qurbanı kimi təqdim etməklə həqiqi ziyan görmüş digər xalqların hüquqlarını heçə endirir. Bu mifin ayaq tutub yeriməsinin səbəbkarı isə Qərbin, iudey-mason sivilizasiyasının imperiya ideyalarının təmsilçisi, manyak və insanlıq düşməni, özü də gizli iudey olan Adolf Hitlerdir.
 Dünyanın sionist ağaları nəinki Xolokost mifini quraşdırıb dövriyyəyə buraxıblar, həm də bu mifi inkar edənlərə cinayət məsuliyyəti də təyin ediblər. Uzun illərdir ki, Qərb ölkələrində bu mifə şübhə ilə yanaşanlar həbsə atılır, işdən çıxarılır, təqib olunur, professional diskriminasiyaya uğradılır. Xolokostun azad müzakirəsi ilə bağlı bütün yığıncaqlar, konfranslar, elmi simpoziumlar qadağan edilmişdir. Müstəqil tarixçi və tədqiqatçıların məsələ ilə bağlı həqiqətləri üzə çıxarmaq cəhdlərinin qarşısı kəskinliklə alınır. Qərb “demokratiyası” Xolokost məsələsinə çatanda ləngər verir.

İbrahim Sel, “Xolokost yalanı”




























































Комментариев нет:

Отправить комментарий