Taksidə arxa oturacaqda oturan iki 50-60 yaş arası kişinin söhbətinə qulaq musafiri oldum türklər demişkən.
Taksini mən saxlamışdım, sadəcə sürücü dayanacaqda eyni istiqamətdə gedən bu iki nəfəridə götürəndə etiraz eləmədim.
Birinin saçları tamam ağarıb, dişləri tökulmuşdu demək olar ki. O sözə başladı. Taksi şoferinə deyir:
- Allah səndən razı olsun, saxlamasaydın yenə bu qədər yolu ayaqla gedəcəkdim. Karantinə görə marşrutlar əməlli başlı işləmir. Qalmışıq yollarda. Maaşımızı da vermirlər, ay qurtarır uje.
Şofer soruşur:
- Harda işləyirsiz ki?
- Jekdə, yaşıllaşdırmada işləyirəm.
Bu dəfə arxada oturan o biri kişi soruşur:
- Nə qədər maaş alarsız, iş yeri var yenə orda?
- Yox nə iş yeri! Məşğulluq idarəsi işsizlərlə dolub daşır. Deyirlər gəlməyin, boş yerə iş yoxdu. Müdir də ancaq tanış, qohumlarını götürür işə, ya da pul verib işə girməlisən. Ehh, onsuz da o bir az maaşı da vaxtı-vaxtında vermirlər, kredit, mağazaya borclarımız tökülüb qalıb. Biyabır olmuşuq. Bu da həyat deyil, yaşayırıq.
Kişi bunları danışa-danışa xeyli yol gedəndən sonra taksiyə saxla dedi, burda düşürəm. Əlini cibinə salıb ordakı qəpikləri sürücüyə verdi, sürücü pul az olsa da vaxtından tez qocalımış bu kişiyə heç nə demədi. Bəlkə də onun son qəpikləri idi. Sabah səhər tezdən maaş almadığı işinə bu uzun yolu yəqin ki piyada qayıdacaqdı.
İkinci kişi taksidən nə vaxt düşdü bilmədim. Çünki o sözlərdən sonra fikirlərimdə ancaq fəhlənin, kəndinin babası Leninin böyük rəsmi var idi- bu dahi insan fəhlənin, kəndinin bü günə düşəcəyini bir əsr qabaq dəyəndə necə də haqlı idi.
Düşünürdüm ki bəlkə də bu bizim sonumuzdu. Daha itirməyə bir şeyimiz qalmayıb.