Страницы

21.06.2020

Tanınmış jurnalist Əli Həsənovu ifşa etməyə başladı: Dərc olunan bu “yaltaqnamə”lərdə…

Sabiq millət vəkili, tanınmış jurnalist Etibar Hüseynov Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sədri olan Əli Həsənovla bağlı status paylaşıb. Etibar Hüseynov Əli Həsənovun Heydər Əliyev və İlham Əliyevin sadiq silahdaşı olması ilə bağlı deyilən fikirlərə etiraz edib.
Sabiq millət vəkilinin statusunu olduğu kimi təqdim edirik.
“Yazılacaq bir kitablıq söhbət var. Ancaq nə sizi, nə də özümü yormamaqdan yana həmişəki kimi qısa və konkret olacam. Deməli bir neçə ay da tab gətirsəydi Əli Həsənov öz 60 illiyini vəzifə başında, təmtəraqla qeyd edəcəkdi. Yəni möhtəşəm saraylarda dəbdəbəli ziyafətlər, tv və saytlarda trolların bəlağət dolu yazı və çıxışları və s. Amma qismət olmadı. İndi Əli Həsənovun yubiley yazılarını heç kəs tərəfindən qəbul edilməyəcəyini anlayan 2-3 trol verir. Bir çoxlarını isə özü hazırlayıb başqa imzalarla dərc elətdirir. Dərc olunan bu “yaltaqnamə”lərdə Əli Həsənov Heydər Əliyevin və cənab Prezidentin ən sədaqətli silahdaşi kimi təqdim olunur. STOP... İndisə gəlin görək cənab Həsənov hansı xidmət və sədaqətləriylə bu təriflə “təltif “ olunur? Aydınlaşdıraq. Yaxın tarixə çox yox, elə bir balaca nəzər yetirək. 93-cü ilə qədərki dövrü qoyuram hələlik kənara; bu barədə ayrıca və geniş yazacam. 93-cü ildə Ulu Öndər Azərbaycana qayıdanda Əli Həsənovu görən olubmu? Varmı bircə dənə də olsun foto, video? 94-ün oktyabrı, 95-in mart hadisələri, 98-ci il prezident seçkiləri, daha sonra 2003 prezident və nəhayət 2005-in parlament seçkiləri. Hansı birində Əli Həsənov üzdədir, bircə dişli müsahibəsi, cəsarətli mövqeyi varmı ortada? Heydər Əliyevin sağlamlıq durumuyla bağlı o narahat günlərdə harada idi sizin “sədaqətli silahdaş”ınız? Şəxsən mənim (o cümlədən də yüzlərlə başqa şəxslər də var) sadaladığım xronikanın hər bir tarixində Əliyevlərin yanında olduğumu sübut edən onlarla yox e, yüzlərlə yazılı və video materialım var (Buna şübhə edəcək bir kimsənin olmasına da şəkk etmirəm). Bəs sizin “sədaqət” simvolunuzun necə, ortaya qoyulacaq bircə video və ya heç olmazsa qəzet müsahibəsi varmı? Yoxdu! Qeyd olunan situasiyaların hər birində çoxbilmiş Həsənov həmişə kölgədə, gözləmə mövqeyində olub. “Sədaqətli silahdaş” beləmi olur? Bu cür siyasi dəllalla, Ziya Bünyadov, Əjdər Xanbabayev, Siruz Təbrizli, Murtuz Ələsgərov, Ağabəy Əsgərov, Vəlayət Eyvazov, Eldar İbrahimov, Mübariz Pənahov və onlarla başqasını tərəzinin bir gözünə qoyanda heçmi vicdanınız sızıldamır? Nə isə…
Bəs bütün bunları o necə bacarıb? Bu artıq gələn dəfəki yazımızda…
P.S Bilirəm ki, Həsənovun trol dəstəsi öz şeflərindən bir “malades” eşitmək üçün üstümə hücuma keçəcək. Hazıram; bütün təhqir, böhtan və iftiralarınıza. Zatən onsuz da 20 ildir ki, məlum “quzğun sürüsü”ylə üz-üzəyəm. Amma bilin- sizin kimi simasızların nə özü, nə də yazdıqları məni əsas hədəfimdən yayındırasl deyil. Heç birinizi cavab yazılacaq adam yerinə qoyası da deyiləm. Mənim hədəfim Məhəmmədəli kişinin oğlu Əlidir. O Məhəmmədəli ki, ölüm ayağında nankor oğlunu qəbri üstünə buraxmamağı vəsiyyət eləmişdi. Bax bütün cavablarım da, həmin həyatının bütün dövrlərində hamıya nankorluq etməş şəxsə yönələcək”. /xalqxeber.az/

Комментариев нет:

Отправить комментарий