Страницы

16.07.2020

Ağzıcırığın və boz itin macəraları

Cəmil İmanzadə

Dünənin əsas müzakirə mövzusu 16.07.1992-ci ildə Astara rayon Şahağacı kənd sakini Quliyev Gülağanın və ailəsinin qətlliamı idi. Bir daha bir qısa tarixi qeyd eləyim.
Demək hər kəs bəllidir ki, eks prezident Əbülfəz Elçibəy həbsdə olarkən Gülağa Quliyevlə birlikdə eyni kamerada yatıblar. Onlardan başqa tanıdığım kriminal aləmdə "Binəli Əfi" Əliəşrəf Bağırov və "Sumqayıtlı Murik" Murad Babayev da eyni kamerada "srok" çəkiblər. Məlumdur ki, rəhmətlik Gülağa "zonda" abşaka baxıb. Adlarını yazdıqlarımdan (Əliəşrəf Bağırov 3 il bundan öncə vəfat edib) Murad Babayev (hal hazırda yaşayır) bu hadisəni şəxsən özü belə nəql edir: "Zonda abşaka Talış baxırdı (Gülağa Quliyevi nəzərdə tutur). Neçə dəfə Talışa dedik ki, bəs bu (Əbülfəz Elçibəy) "turemşiklərin" arasına "mutka" salır, nadzorlara "pas atır" (türmədə "pas atır" demək xəbərçilik edir anlamındadır). Talış inanmırdı bizə. Amma axırda bu üzdənirağı Talış pis "nakazat" elədi. Əlbülfəz getdi Talışıdan da "pas atdı"(sukalıq elədi). Gəlib talışı aparıb 1 həftəlik "karsa" saldılar, press (işgəncə) verdilər. Talış karsda olanda yanına gedib siqaret apardım. Karsda olanda dedim Əlbülfəzi "nakazat" eləyək. Talış "özüm gəlib onun sukalıq edən ağzını cıracam" dedi. Talış karsdan çıxan günü kameranın hamısı yığışdı bir yerə. Əbülfəzin "pas atmasını" "nadzorlar" özləri gəlib kameranın qapısını ağzından dedilər. Bundan sonra talış ayağa durub Əbülfəzə tərəf getdi. "Moşnu" yumruq tutuzdurdu sifətindən. Əbülfəz yerə yıxılan kimi talış onun sinəsinin üstündə oturub "öz dustaq yoldaşından paqona pas atanın axırı baxın belə olur" dedi və iki əlini Əbülfəzin ağzına salıb iki tərəfdə ağzını cırdı. Əbülfəzin ağzı qannan dolmuşdu, boğulub öləcəkdi. Gücnən talışı onun üstündən durğuza bildik".
Gələk digər əsas məsələyə. Hörmət bəslədiyim,dəyərli Yadigar məllim həm öz paylaşımında və Hilal məllimin statusunun rəylərin ümumilikdə belə məzmunda sözlər yazıb: "Gülağa Quliyev narkobaron olub, haca gedib gələnlərdən pul alması haqda söhbətlər olub. Hələ üstəlik həmin gün əməliyyatçılara ilk atəşi Gülağa və iranlı qonağı açıb". İndi Yadigar məllim gəlin əyri oturaq düz danışaq. Mən Lənkərana gələndə hər dəfə mütləq Astaraya, Şahağacı kəndinə getmişəm. Minimum ay ərzində 2-3 dəfə. Hər dəfəsində ayrı-ayrı şəxslərdən bu hadisə haqqında nələrsə soruşanda hər kəsin dedikləri bu cümlələr olub: "Ay bala, rəhmətlik Gülağa Elçibəyin ağzını zonda cırmışdı da. Ona görə prezident olan kimi o "boz iti" (İsgəndər Həmidovu) göndərdi qisas almağa. Camaatın balasını aldadıb cəbhədən gətirdilər, guya sərhəd pozuntuları çoxalıb. Heç bura gələnlər əvvəldən bilmirdilər niyə gəlirlər. Atəş əmrini o şərəfsiz İsgəndər verdi, onlar da əmrə tabe oldular". Mən hər kəsin, hər kənd camaatının sözünü ayrı ayrı yazsam uzundərə olacaq. Qısa ümumi yazdım.
İndi gəlin belə danışaq, Yadigar məllim. Əgər siz dediyiniz kimi Gülağa Quliyev narkobaron idisə (təbii ki, narkotik məsələsi bu genosidi ört-basdır eləmək üçün ortaya atılan bir bəhanədir) onda Hilal Məmmədov "Talışiski Eskobar" olmalıdır:) Lap tutalım Gülağa Quliyev narkobaron olub. Hansı haqq-hüquqda var ki, ev qumbaraatanlarla vurulsun, ağır çaplı silahlarla atəşə tutulsun? Birdə deyirdiniz ki, "tutalım bu hadisə ilə Əlbülfəz Elçibəy rəhmətlik Gülağa Quliyevdən qisas alır- bu ümumi Talış xalqına nə dəxli?" Dəxli bax bu aşağıdakılardır.
O vaxt ki, Sumqayıtdakı "Storoy Bank" (indi ki, Kapital Bank - 4-cü mikrorayonda hərbi komandanlığın yanında olan) müdiri rəhmətlik Vaqif məllim də Talış idi. Masallı rayon Kolatan kəndindən. Hələ 1992-ci ildə Sumqayıtda ilk "cip" Vaqif məllimin oğlu Vüsalda olub. Vaqif məllim başına nə oyunlar açıblar, onu da deyim hər kəs bilsin. "Suptropik Əməliyyat"dan sonra 28.07.1992-ci ildən başlayaraq Vaqif məllimə qarşı qarayaxmalar başladı. Gah oğluna ilişdilər, gah özünün qapısının "poçtuna" hədə-qorxu yazılı məktublar atıldı. Sonda isə "rüşvətxorluq halları" adı ilə onuda vurdular. Bakıda, Sumqayıtda olan evlərini satmalı oldu, Lerikdə olan bağını satmalı oldu. Və işdən çıxarılaraq ata baba yurduna qayıtdı.
Digər bir Talış əsilli vətəndaşa qarşı aparılan alçaqlıq. Sumqayıt şəhər 8-ci mikrorayon ev 24/17 mənzil 54-də əslən Lerik rayonu Çayrud kəndindən olan Bilal Qurbanov adında biri yaşayırdı. Bilalın özü nə görə bir neçə marketləri, bazarda "toçkaları" var idi. Əvvəlcə bir neçə dəfə "toçkaları" "şimon edildi" (oğurlandı), sonra toçkaları yandırıldı. Mikrorayonumuzun girişində bir bərbərxanası var idi, onu sənədlər ola-ola "qanunsuz tikili" adı ilə traktorun qabağına verib dağıtdılar. Sonda 02.08.1992-ci ildə toydan evə gələndə yolu keçəndə kütlə arasında bıçaqlanaraq qətlə yetirildi.
Sizcə bu hadisənin hamısı təsadüfdür?

Комментариев нет:

Отправить комментарий