Страницы

24.07.2020

Aşıq Haşım Qubalı - BİZİM

Sovetlər adlanan dövlət dağıldı,
Ümidimiz onda yıxıldı bizim.
Müstəqil olmamış Qarabağ getdi,
Olan-olmazımız dağıldı bizim.

Hərə yabısını sürdü ortaya,
Yaratdı qondarma yeni partiya.
Birlik, dostluq sözü keçdi arxaya,
Əlimiz-qolumuz yığıldı bizim.

On beş qardaş idi böyük bir dövlət,
Yığılıb bölərdik bərabər sərvət.
Başlandı sökhasök, məqsədlər xəlvət,
Guya aclarımız tox oldu bizim.

Şikayət yazırsan cavab gəlməyir,
Arzular, ümidlər dözür, ölməyir.
Hamı bir "Ağ atlı" oğlan gözləyir,
Yaşadıqlarımız nağıldı bizim.

Aşıq Haşım dözdü, bir gün görmədi,
Küçəyə çıxmaq da indi cərmədi.
Müstəqillik bizə nələr vermədi-
Yediyimiz şəkər, noğuldu bizim.

Комментариев нет:

Отправить комментарий