Страницы

17.07.2020

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

İsrail Azərbaycanın hərbi sirrlərini Ermənistana ötürüb

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

Ermənistan, İran əleyhinə addım ataraq “İsraildə erməni səfirliyinin açılması” müqabilində  İsraildən BÖYÜK İMTİYAZ alandan, yəni “Azərbaycanın hərbi sirrləri İsrail tərəfindən Ermənistana ötürülməsindən” dərhal sonra, erməni terrorçu birləşmələri Azərbaycanın hərbi mövqelərinə qarşı hücuma keçdilər. Təbii ki, Azərbaycan ordusu özünün ən təcrübəli və döyüş taktikasına yaxşı bələd olan yüksək rütbəli zabitlərini “hadisə yerinə” göndərdi. Azərbaycandakı Bakcell mobil rabitə operatorunun birbaşa sahibi və digər mobil rabitə operatorlarının isə dolayısı yolla sahibi olan sionist rejimi İsrail, öz cəsus peykləri vasitəsilə azərbaycanlı zabitlərin üzərində olan mobil telefonlarının dəqiq koordinatlarını, onların sahiblərinin dosyesi ilə birgə Ermənistana ötürür.
Beləliklə erməni kəşfiyyatı İsraildən aldığı Azərbaycana aid hərbi sirrlərin düzgünlüyünə şübhə etmədiyi üçün, İsrailin tuşatdığı - general-mayor Polad Həşimovu və onunla birlikdə olan digər yüksək rütbəli zabitlərimizi hədəf alır... Həticədə, həm ermənilər Azərbaycan xalqına ağır zərbə vurur, həm də Şəhid Hacı Qasimi Azərbaycan xalqının yaddaşından silməyə çalışan İsrail, Azərbaycan ictimaiyyəti üçün iranlı Şəhid Generalın əvəzinə, azərbaycanlı Şəhid General “yaradır”... 
Lakin İsrailin alçaq planı baş tutsa da, Şeytan xislətli sionist rejimi əsas hədəfinə çatmadı.
Şəhid general Polad Həşimovun şəhadətindən dərhal sonra Azərbaycanın sosial şəbəkələrində İsrail trolları Mossaddan aldıqları növbəti şüarı dövriyyəyə buxaxırlar: “İranlı generalın şəkillərini vuranlar, niyə azərbaycanlı generalın şəkillərini profillərində yerləşdirmirlər?”... Beləliklə, çoxlu azərbaycanlı sosial şəbəkə istifadəçiləri azərbaycanlı Şəhid Generalın şəkillərini öz profilə şəkillərinin yerində yerləşdirdilər. Amma qeyd edək ki, İsrail bu dəfə də nakam qaldı. Çünki dindar olmayan azərbaycan vətəndaşları öz müqəddəs Şəhid Generallarının şəkillərini dərhal öz profillərində yerləşdirsələr də, Azərbaycanın şiə dini camiəsi İsrailin hiyləsini vaxtında başa düşdü və Şəhid Hacı Qasimin şəklini Şəhid Polad Həşimovun şəkli ilə BİRLİKDƏ dərc etdilər.
Beləliklə, İsrail Azərbaycanın hərbi sirrlərini ermənilərə ötürməklə işğalçı Ermənistan dövləti üçün atəşkəs rejimi vaxtı ən böyük “qələbəsini” təmin etsə də, Şəhid Hacı Qasimi xatirəsini və müqəddəs yolunu Azərbaycan xalqının yaddaşından silməkdən ötrü ölkə ictimaiyyəti üçün azərbaycanlı Şəhid General obrazı yaratmağa çalışsa da, əsas hədəfini nail olmadı və İnşaAllah olmayacaq! Çünki İsrailin hədəfi Azərbaycanın adi ictimaiyyəti deyildi, bəlkə ŞİƏ DİNİ İCTİMAİYYƏTİ idi ki, onlar da son günlərdə şəhid olan Azərbaycan oğullarını təkcə Azərbaycanın deyil, məhz İslam dünyasının şəhidi kimi qəbul edərək, İsrailin gözünə ox batıran yollarına davam etdilər!

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA

Комментариев нет:

Отправить комментарий