Страницы

10.07.2020

Bir dəfə bunu etmişik axı...

Elxan Xəlilov: “SSRİ bərpa olunandan sonra (2024-cü il) bu xalqı talayan, sovuran milyarderlər, harınlamış bank sahibləri, məmurlar, nazirlər, hansı ki xalqa bu illər ərzində zülmlər veriblər, faizə otuzdurublar, ev-eşiyini əlindən alıblar, onsuz da var-dövlətlərini, qızıllarını götürüb qaçacaqlar ya Avropaya, ya da Amerikaya. İçlərindən ağıllı adamların çoxunun malı-mülkü, daşınmaz əmlakı onsuz da çoxdan ordadı. Deyirəm görəsən yenə bunların çoxu ziyalı, xalqın qaymağı sayılacaq? Yenə deyəcəklər ki, Sovet dövləti millətin qaymağını burdan sürgün etdi, malını-mülkünü əlindən aldı, millətin ziyalısını məhv etdi?.. Sovet dağılandan gedib Amerikada öz kefində yasayan bəyxudaların, neft bəylərinin nəvə-nəticələrini tapmışdılar ki, bəs bunlar vətən həsrəti çəkir. Amma müstəqil olduq, bu 30 ildə bir köpəkoğlu vətən həsrəti çəkən azərbaycanlı vətənə qayıtmadı... Bir dəfə bunu etmişik axı...”

Комментариев нет:

Отправить комментарий