Страницы

22.07.2020

Bu qatarın yanınca

Nuhəmməd Cəfərov

Sözlərinə sahib dur, ucuz tutma onu sən,
Yox geriyə dönüşü qopsa ox tək yayından.
Həyatda hər enişin vardır bir yüksəlişi,
Gözəl görülən işin mükafatı, alqışı,
Sənə qol-qanad verər, uçurar səmalara.

Yaşadığın bu həyat, başdan-başa səninki,
Hər fürsətdən yararlan, hər anından sevin ki,
Gedib-gələn nəfəsin bəxş etdiyi sevinci
Duymağın özü belə lütfüdür Yaradanın,
Bəxti nataraz olar, fürsəti qaçıranın.

Ömür sürətlə keçir, ötür aylar, fəsillər,
Üzü keçmişə doğru, qaçır qanadlı illər.
Keçərək bu "cığırdan'" yaşadı, keçdi kimlər?!
Geriyə dönməz daha ha səsləsən dalınca,
Qaçarsan bir acıyla bu qatarın yanınca...

Zaman şahdır biləsən, insan onun nökəri,
O əbədi silsilə, bizlər gəldi-gedərik,
Zaman adlı qatardan nə vaxtsa qalsan geri
Off deyib ümüdini küləyə, yelə vermə,
Əllərini sallayıb, yağmura, selə vermə...

Комментариев нет:

Отправить комментарий