Страницы

07.07.2020

DTX SAFURA ƏLİZADƏNİN ATASINI DA HƏBS ETDİ

DTX-nın Xarici İşlər Nazirliyində apardığı yoxlamalar zamanı nazirliyin bir neçə vəzifəlisi saxlanılıb.
AFN xəbər verir ki, saxlanılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin qudası da var. Səlim Əlizadə həm də müğənni Safura Əlizadənin atasıdır.
DTX-nın açıqladığı məlumata görə, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadənin və nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
“Həmçinin, Fərhad Mollazadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub” – deyə məlumatda bildirilir.

Комментариев нет:

Отправить комментарий