Страницы

17.07.2020

İsrailin azərbaycanlı generalın şəhid edilməsindəki rolu barədə

2020-ci ilin iyul döyüşlərində ermənilər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərinə zərbələr endirəndə, Azərbaycan ordusu “strateji müttəfiq” kimi xalqa sırınan İsrailin istehsalı olan pilotsuz uçuş aparatları vasitəsi ilə düşmənə cavab verməyi qərara aldı. Amma bu hücumlar Azərbaycan ordusu tarixində, eləcə də döyüşdə istifadə edilən PUA-ların tarixində ən böyük uğursuzluqla yadda qaldı. Belə ki, erməni tərəfi 35-40 il əvvə SSRİ-də istehsal edilən “9К33 Osa” markalı adi özüyeriyən zenit raket kompleksilə Azərbaycan ordusuna məxsus - İsrail istehsalı, və öz sinifində dünyanın ən modern və güclü PUA-sı sayılan, 30 milyon dollar dəyərində olan “Elbit Hermes 900” pilotsuz uçuş aparatını vurub yerə salmağa müvəffəq oldu ki, indiyədək dünyanın heç bir ordusu bunu etməyə nail olmamışdı! Bu təyyarədən sonda Azərbaycanın daha iki PUA-sını vurdu. Qiyməti 30 milyon dollar olan bir hərbi texnikanın 40 il əvvəl istehsal edilən bir sadə raketlə vurulması ondan xəbər verir ki, İsrail istehsalı olan silahlar barədə uydurulan miflərin hamısı puç və yalandır! Xatırladaq ki, bu bahalı, əslində isə puç İsrail silahından 15 ədəd alınıb. Nəticədə Azərbaycan ordusu İsraildən aldığı və birgə istehsal etdiyi PUA-lar vasitəsilə ermənilərə qarşı effektli cavab verə bilmədiyini, əvəzində isə “Elbit Hermes 900” PUA-larını ermənilərin vurmasını, Azərbaycanın yüksək rütbəli say-seçmə zabitlərinin dəqiq koordinatlarının ermənilərə məlum olduğunu və bu üzdən də şəhid edildiklərini görəndən sonra, İsrail tərəfindən aldadıldığını və İsraillə hərbi əməkdaşlığın ölkəyə necə baha başa gəldiyini anladı... 

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA

Комментариев нет:

Отправить комментарий