Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 825 000 dollar olan ikiotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3,5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib.
Hurriyyet.org xəbər verir ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb.
Müqaviləyə görə, Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova məbləğin ilkin 182 500 dollarını onu imzalayarkən, qalan 1 642 500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi.
Lakin müqavilə hazırlansa da bəlli olmayan səbəblərdən Əsədovlar mənzili son anda almaqdan imtina ediblər və mənzil həmin ilin avqustunda həmin qiymətə başqa bir şəxsə satılıb.
Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər və bir müddət sonra keçmiş spikerin ailəsi bu istəklərini Türkiyədə reallaşdırıb.
Комментариев нет:
Отправить комментарий