Страницы

05.07.2020

Türkiyədə dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər, çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür. Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib, faktiki olaraq, yerli icra hakimiyyətini nəzarətində saxlayıb.

Eldar Namazov

Комментариев нет:

Отправить комментарий