Страницы

19.08.2020

Belarus xalqı Lukaşenkoya təşəkkür etməlidir

Afiq Əliyev

Pomidordan başqa brendi olmayan ölkənin vətəndaşları, dünya və MDB ölkələrində öz sözünü demiş 10-larla brendi olan ölkəni diktatura rejimi adlandır.
Brendləri sayıram baxın.
Belaz - 500 tondan yuxarı yük daşıma qabiliyyəti olan yük maşını. İndiyədək 135 mindən çox qiqant maşın istehsal olunub.
MAZ - avtomobil zavodu. Bu zavodda həm yük maşınları, həm də sərnişin daşıyan avtobuslar və digər maşınlar istehsal olunur.
MTZ - Minsk traktor zavodu. Bu traktor zavodunda məhşur "Belarus" traktorlarından tutmuş bütün kənd təsərrüfatında istifadə edilən və dünyanın 140 ölkəsində satılan traktorlar istehsal edilir.
BMZ - Belarus metallurgiya zavodu. Bu zavodun istehsal etdiyi məhsullar dünyanın 100-dən çox ölkəsində satılır. Həmin bu zavodun istifadə etdiyi armaturlar keyfiyyətinə görə öndə gələnlərdən biridir. Həmin bu armaturlar "London 2012" Olimpiadasının və "Soçi 2014" Olimpiadasının obyektlərinin tikilməsində istifadə olunub.
"Belşina" - Avropada ən böyük şin zavodlarından biri. Zavodda yüngül və yük avtomobilləri üçün təkərlər istehsal olunur. 
"Naftan" - dünyanın 40-dan çox ölkəsinə 100-dən çox adda neft məhsulları satan neftayırma zavodu. Hətta bu məhsullar keyfiyyətinə görə Böyük Britaniya başda olmaqla Avropanın bir çox ölkələrində satılır.
MZKT "Volat" - ağır yüklərin daşınması üçün istifadə edilən texnikaların zavodu. Məsələn, bu zavodda istehsal olunan texnikalar kranlarda, ekskavatorların şassisində istifadə olunmaqla yanaşı "İskəndər", "S300", "S400", "S500", "Topol", "Tornado", "Polonez", "Tor-M2", "Bal" kimi ağır raket və qurğuların daşınmasında istifadə olunur.
"Atlant" - məişət texnikaları istehsal edən zavod. Zavodda bu brendlə dünyanın bir çox ölkələrində satılan keyfiyyətli texnikalar istehsal edilir. Məsələn, soyuducular, paltaryuyan maşınlar və s.
"Gefest" - mətbəx texnikaları istehsalı ilə məşğul olan zavod. Bu zavodda qaz-elektrik plitələrindən tutulmuş mikrodalğalı peçlər, mikserlərə qədər istehsal olunur. İstehsal olunan məhsulları 80% ixrac edilir.
"Belkomunnamaş" - sərnişin daşıyan texnikaları istehsal edən zavod. Zavodda avtobuslar, elektrobuslar, tramvaylar, trolleybuslar istehsal olunur.
"Marka" - ayaqqabı istehsalı ilə məşğul olan fabrik. Bu fabrikdə istehsal edilən keyfiyyətli ayaqqabılar Avropada, Rusiyada və bir çox ölkələrdə satılır.
"Santa Bremor" - balıq məhsulları istehsal edən zavod. Zavodda 1000-dən çox adda istehsal edilən məhsullar ABŞ-da Avropada və MDB-də satılır.
"Savuşkin" və "Babuşkin krınka" - süd məhsulları və meyvə şirələri istehsal edən kompaniyalardır. Bu zavodlarda istehsal olunan 250-dən süd məhsulları Avropada, MDB-də, ABŞ-da, Ərəb ölkələrində, Çində satılır.
"Kommunarka" - qənnadı məmulatları və şokolad istehsal edən kompaniya. Bu kompaniyanın da istehsal etdiyi 100-lərlə məhsul dünyanın bir çox ölkələrinə ixrac olunur.
Bütün bunlardan əlavə Belarusiyada daha böyük kompaniya və zavodlar var ki, onların istehsal etdiyi məhsullar keyfiyyətinə görə seçilir.
Məsələn, Belarusiyada kimyəvi məhsulları istehsal edən zavodları, mebel istehsal edən fabrikləri, trikotaj fabriklərini də bura əlavə etmək olar. Bütün bu istehsalat Belarusiyada Sovetin vaxtında da olub. Ancaq baxın görün keçmiş sovet respublikalarının hansı həmin sənayeni belə inkişaf etdirib?
Bütün bunları "Diktator" Lukaşenko inkişaf etdirib. Belarusiya xalqı əksinə ona təşəkkür etməlidir.

Комментариев нет:

Отправить комментарий