Страницы

01.08.2020

“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz”

Erməni generalı Azərbaycanı hədələdi, nəticədə Ermənistanı rüsvay etdi...
“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz. Bu səbəbdən də müharibədən qorxmuruq”. moderator.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants çıxış edib. Erməni generalı bildirib ki, fabrikərə, qaz kəmərlərinə, dəmir yollarına, strateji əhəmiyyətli obyektlərə malik olan Ermənistan yox, Azərbaycandır və buna görə də müharibədən, onun dağıntılarından daha çox Azərbaycan ehtiyat etməlidir.
Azərbaycanın silahlandığını və hərbi təlimlər keçirdiyini bildirən erməni generalı, bundan qorxmadıqlarını, daha doğrusu qorxacaq heç bir şeylərinin olmadıqlarını bildirib.
Keçmiş qərargah rəisinin Azərbaycanın ünvanına səsləndirdiyi bu hədə, nəticə etibari ilə Ermənistanı bir kəs daha bütün dünyada rüsvay edib. Buna səbəb erməni generalının Ermənistanın sıfır iqtsiadiyyata malik olmasını etiraf etməsi, onun normal infrastrukturdan belə məhrum olmasını təsdiqləməsidir.
General Norat Ter-Qriqoryantsın bu etirafından avtomotik olaraq ortaya çıxan məntiq isə budur: Madam ki, Ermənistanda normal iqtisadiyyat yoxdur, deməli normal ordu da mövcud deyil. Bu isə o deməkdir ki, işğalçı dövlətin Azərbaycan ordusundan qorxmaması üçün heç bir səbəb yoxdur.

Комментариев нет:

Отправить комментарий