Страницы

17.08.2020

Generalın işdən çıxarılmasının şok səbəbi - "Hafka"dan 100 min alıb

"Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nurəddin Mustafayevin işdən çıxarılmasının səbəbi mənə tam məlumdur".
pia.az xəbər verir ki, bunu vəkil Adəm Məmmədov bildirib.
"Belə ki, yaxından tanıdığım İsmayıl Kəngərli adlı vəkil general rütbəli baş idarə rəisi Nurəddin Mustafayevlə apardığı danışıqları xüsusi vasitə ilə qeydə almışdır. Vəkil ilə general arasında "Hafka" ləqəbli Hafiz Məmmədov adlı iş adamının tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələri olmuşdur. Həmin müzakirədə baş idarə rəisi icra sənədinin icrası ilə əlaqədar 100 min manat pul almasına baxmayaraq, nə qətnaməni icra etmir, nə də pulu geri qaytarmırmış. Bu danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürdərək şikayət ərizəsilə birlikdə Prezident Administrasiyasına göndərmişdir. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olmuşdur. Vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla korrupsiyaya qarşı mübarizə idarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqini isə vəzifədən azad olunmasına nail olmuşdur. Nurəddin Mustafayevin rütbəsi general olmasına baxmayaraq, nədənsə mətbuat onun rütbəsini baş ədliyyə müşaviri (polkovnik) kimi təqdim edir"- deyə A.Məmmədov qeyd edib.
Xatırladaq ki, Ədliyyə Nazirliyi N.Mustafayevin ölkədə aparılan islahatlar, o cümlədən kadr dəyişiklikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayıb.
İ.Kəngərlinin isə məsələyə reaksiyası belə olub: "Azərbaycanın "məhşur" vəkili sayılan Adəm Məmmədov mənim adımdan həqiqətə uyğun olmayan məlumatları yayaraq mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə vurmaqla qərəzli məlumatlar yayır. Vəkillər Kollegiyasının sədri Anar Baghirovdan xahiş edirəm hazırki bu statusu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatının başlayasınız".

Комментариев нет:

Отправить комментарий