Страницы

29.08.2020

Vüqar Biləcərili - Üzün gülər

Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb,
Gözün gülür, qara gözlüm, gözündə güllər açıb.

Dizin-dizin könül ol vadiyi-məhəbbətdə,
Sürünmüsən o qədər ki dizində güllər açıb.

Xəlil üçün odu döndərdi Rəbbi gülzarə,
Təəccüb eylədi Nəmrud, közündə güllər açıb.

O Kərbəladı ki torpaağı ətri-qəm qoxuyur,
Çölündə qanlar axıbdır, düzündə güllər açıb.

Vərəqdi hər açılan gül kitaabi-hüsnündən,
Nə qədri sirri-nihanın özündə güllər açıb.

Gəl ey gül üzlülərin şaahi, yolların bəzənib,
Ayaağın opməyə xaatir, izində güllər açıb.

O lalə üzlü qış ilhaamına bahar gətirib,
Vüqar, səbəb budu sözsüz, sözündə güllər açıb.

Комментариев нет:

Отправить комментарий