Страницы

17.09.2020

“Bilən adamlar bilir ki, Ramiz Mehdiyevin uzun illər məndən zəhləsi gedib” – Gülər Əhmədova

“Qurban Məmmədov, bu günə qədər çoxsaylı məsuliyyətsiz, bol emosiyalı, faktsız, sənədsiz, fake məlumatlar paylaşmısınız ki, indi onların altından çıxmaq çətindir. Başa düşürəm. Amma neyləmək olar. Həyat iştə”.
pravda.az xəbər verir ki, bunu keçmiş deputat Gülər Əhmədova sosial şəbəkədə yazıb. O AzeriFreedom kanalının rəhbəri Qurban Məmmədova üz tutaraq sərt ifadələr deyib: “Ümumiyyətlə, avantürizm və qisasçılıq, habelə özünü hamıdan üstün, ağıllı görmək, təkəbbür heç kimi yaxşı bir sonuca gətirmir. Siz bir tərəfdən artıq dövlətə təslim olmaq, bir Robin Qud kimi digərlərini xilas edərək özünüzü tək təqsirkar kimi elan edirsiniz, digər tərəfdən də məni, işgəncə ilə həbs olunmuş qadını yenə də şərləyirsiniz. Ən azı, ayıbdır. Siz, tələsməyin, gəlin Bakıya, öz günahlarınıza cavab verin, mənim üçün narahat olmayın. Əziz dostunuz Əli Həsənovun tapşırığı ilə bu vicdansız və qorxunc yalan 2012-ci ildən bütün mətbuat vasitəsi ilə dövriyyəyə buraxıldı. Respublika Prokurorluğu, Bakı şəhər prokurorluğu böyük professionallıq və həvəslə araşdırdı və bu nəticəyə gəldi ki, qadın öz əcəli ilə rəhmətə gedib, uzun illər Bakıda müalicə alıb, infarkt keçirdib. Türkiyə hüquq mühafizə orqanları 6 aydan sonra göndərdiyi ekspertiza rəyi mətbuata açıqlandı. Məni qatil elan etmək istəyənlər yeni hoqqalardan çıxmasınlar deyə mərhumun ürəyi və ağ ciyəri Türkiyədə saxlanıldı. Mənim bu məsələlərdə günahsızlığım çoxdan sübut olunub. Əks halda, keçmiş dostlarınız mənim qanımı çay qaşığı ilə içib, soz verdikləri kimi 15 illik edəcəkdi. Allah böyükdür, çox şükür… İndi sizlər, ağsaqqal kişilər, bir ayağınız burda, bir ayağınız gorda, utanmazcasına dəliqanlılıq edib ağzınıza gələni danışırsınız, yalanla doğrunu elə qatışdırmısınız ki, şeytan da baş aça bilmir. Nə deyim vallah... Mənim sizə kafa tutacaq nə həvəsim, nə də sağlamlığım var. Bu türlü-türlü avantürist yalanlarınıza görə siz də, keçmiş dostlarınız da həm burda, həm də ötəki dünyada cavab verəcəksiniz. Sizə və sizin keçmiş dostlarınıza yalnız bir söz verə bilərəm. Axirətdə nə qədər savabınız varsa, əlim boğazınızda, sizdən alacağam. Şər-böhtan deyənin axirətdə savabları şərlədiyi şəxsə yazılır, inşallah. Bakıda görüşənədək. Salamat qalın. Ümumiyyətlə, Ramiz Mehdiyevin əleyhinə məndən və Sevinc Babayevanın ölümündən istifadə etmək istəyənlərin nəzərinə. Bu temada "çörək yoxdur". Bilən adamlar bilir ki, Ramiz Mehdiyevin uzun illər məndən zəhləsi gedib. Niyəsini də bilənlər bilir... O səbəbdən, Ramiz Mehdiyev ilə vuruşmaq üçün əsaslı faktlar tapın. Adam 30 il idarəçilikdə məşğul olub, bir ciddi siyasi, iqtisadi faktla ortaya çıxa bilmirsiniz. Çevir tatı, vur tatı… Alınmadı da şərləmək və heç nə sübut olunmadı. Arada məni və ailəmi bədbəxt elədiniz, Allah şər danışanların evini yıxsın. Necə ki, yıxır”.

Комментариев нет:

Отправить комментарий