Страницы

12.10.2020

Aleksandr Duqin: Yalnız 7 rayon qaytarıldıqdan sonra azərbaycanlılarla ermənilərin dinc yaşayışı mümkün olacaq

Rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Alekdsandr Duqin bildirmişdir ki, Dağlıq Qarabağ problemi yalnız işğal olunmuş 7 rayon Azərbaycana qaytarıldıqdan sonra həll oluna bilər.
moscow-baku.ru-ya müsahibəsibdə Aleksandr Duqin Qarabağ konfliktinin nizamlanması yollarından danışmışdır. Politoloqun fikirlərindən seçmələri sizə təqdim edirik.

HAL-HAZIRDA ERMƏNİSTANIN ÜZLƏŞDİYİ PROBLEMLƏR PAŞİNYANIN PUTİNİ ALDATMASI İLƏ BAĞLIDIR

"Paşinyanın hərəkətləri qeyri-stabilliyi ilə fərqlənir. O çox ciddi vasitəçilərlə, o cümədən Rusiya ilə birgə əldə olunmuş razılaşmaları rədd etmişdir ki, bunların içində Qarabağ nizamlanması da vardır. Və sazişləri sıfırlaşdırmaqla Paşinyan öz gözlənilməzliyini göstərmişdir. Paşinyan oturuşmuş razılaşmalara yenidən baxılmasını tələb etməklə özünü düşmən kimi aparmağa yaxın olmuşdur. Hal-hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlər Rusiya ilə Ukrayna arasındakı münasibətləri xatırladır. Paşinyanın anlaşılmaz hərəkətləri artıq kritik həddə çatmaşdır. Putin şantajı qəbul etmir. Tərəfdaşlar öz öhdəliklərinə əməl etdiyi təqdirdə, dediklərini etdiyi təqdirdə Rusiya prezidenti sakit dayanır. Belə vəziyyətdə Putin əsl dost olur və böyük güzəştlərə gedir. Lakin tərəfdaş sözdə bir şey deyib əməldə başqa şey edirsə, yaxud ümumiyyətlə susursa, Putin əvvəl bir neçə dəfə xəbərdarlıq edir, sonra isə ciddi reaksiya verir. Ermənistanın üzləşdiyi çətin vəziyyət də bununla bağlıdır. Əgər Ermənistan rəhbərliyi belə siyasəti davam etdirsə, bu fəlakətlə qurtaracaq".

ERMƏNİSTAN HÖKUMƏTİNDƏN FƏRQLİ OLARAQ AZƏRBAYCAN HÖKUMƏTİ NÜMUNƏVİ MÖVQE SƏRGİLƏYİR

"Azərbaycan hökumətinin mövqeyi davamlılığa, ardıcıl siyasətə və sağlam düşüncəyə əsaslanır. Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın əsas strateji tərəfdarı və mütəffiqi rolunda möhkəmlənir. Bu fonda Paşinyanın Qərbin qoltuğuna sığınmaqla Putini şantaj etməsi mümkün strategiyalardan ən qeyri-düzgünüdür. Paşinyan Avrasiya geopolitikasında nəyi isə başa düşmür".

AZƏRBAYCANA QARABAĞ PROBLEMİNİ HƏLL ETMƏYƏ VƏ İŞĞAL OLUNMUŞ RAYONLARI HƏRB YOLU İLƏ QAYTARMAĞA HEÇ KƏS MANE OLMAYACAQ

"Azərbaycan əvvəlki, "Xalq Cəbhəsinin" vaxtındakı rusofob, özünü itirmiş, Qərbin təsiri altında olan Azərbaycan deyil. Bugünkü Azərbaycan- möhkəmlənmiş, sülhsevər, aktiv inkişaf edən və Rusiya ilə yaxınlaşmağa can atan dövlətdir".

İLHAM ƏLİYEV PAŞİNYANDAN FƏRQLİ OLARAQ RUSİYA DÖVLƏTİNİN HÖRMƏTİNİ QAZANMIŞDIR

"Biz öz strateji maraqlarımıza riayət edirik, o tərəfdaşlara hörmətlə yanaşırıq və dostluq edirik ki, öz sözlərinin sahibi olsunlar. İlham Əliyevin rəhbərliyi altında Azərbaycana münasibətdə biz ciddilik və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, öz əməllərini proqnozlaşdırmada, ardıcıllıqdadır. İlham Əliyev öz dediyini eləyərkən Rusiya bunda dostluğun sübutunu görür. Nəticədə bizim xalqlarımız dostluq edir, prezidentlərimiz dostluq edir və bu həm Azərbaycanın Cənubi Qafqazdakı, həm də Rusiyanın pozisiyalarını möhkəmləndirir".

QARABAĞ DANIŞIQLARINI MƏHZ PAŞİNYAN POZMUŞDUR

"Ermənistan xoşniyyətli jest göstərərək Qarabağ problemini blokdan çıxarmalı, Rusiya, Türkiyə, Azərbaycan və İranın formalaşdırdığı Avrasiya balansına qoşulmalıydı. Putin bunu təklif edirdi, hansı ki, Putin, Əliyev və Sarkisyan Qarabağ nizamlanmasının əvvəlki etapında buna razılaşmışdılar. Lakin Paşinyan dedi: "Yox, yox, yox, mən heç nə bilmirəm, heç nə eşitməmişəm, mən bütün sizin bu geopolitikaya tüpürmək istəyirəm". Amma bu elə hadisə deyil və belə demək olmazdı".

ERMƏNİSTAN İŞĞAL ETDİYİ RAYONLARI GERİ QAYTARMALIDIR

"Bütün konflikt boyu aydın oldu ki, ermənilərin istədiyi kimi olmayacaq. 7 rayon alver obyekti ola bilməz və Dağlıq Qarabağ müstəqil erməni dövləti kimi tanına bilməz. Azərbaycanlılar ordan qovulmuşlar, etnik təmizlənmə nəticəsində öldürülmüşlər. Sülhün yaranması üçün Ermənistan işğal etdiyi rayonları qaytarmalıdır. Bununla həm Ermənistan inkişaf edəcək, öz iqtisadiyyatını qaldıracaq, həm də azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayacaqlar. Amma Paşinyan münasibətləri pozmaqdadır".

Комментариев нет:

Отправить комментарий