Страницы

21.10.2020

Ermənilərdən ruslara qarşı tarixdə misli görünməmiş ittiham

Ermənilər hərbi məğlubiyyətlərinə görə həmişə Rusiyanı günahkar sayırlar. Qələbəyə gələndə öz ayaqlarına yazırlar, "qəhrəman erməni əsgəri" qazanır, uduzanda Rusiya günahkar çıxır.
Ermənilər az qala ittiham edirlər, Rusiyanı təqsirkar çıxarırlar ki, niyə köməyə gəlmirsiniz. Əgər erməni ordusu "qalib" gəlirdisə, elə indi də zəfər çalsın, Moskvanın ayaqlarına nə üçün düşürsünüz?!
Ermənilər 2016-cı ilin aprelində, Lələtəpə əllərindən çıxanda da belə etmiş, Rusiyanı yerdən-yerə vurmuşdular. İndi yenə başlayıblar. Hazırda sosial şəbəkələrdə ayrı-ayrı ermənilər Rusiyanı asıb-kəsir, qınayır, niyə kömək etmədiyinə görə günahlandırır.
Başadüşüləndir, rəhbəri Nikol Paşinyan imdad diləyib 5 dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edəndə sadə vətəndaşları da sosial mediada yalvaracaqlar.
Onlardan biri - Andronik Susanyanın yazdıqlarını oxuyanda ruhi xəstənin fikirlərinə bənzəyir.
Susanyan deyir ki, ruslar gəlib yerimizə döyüşsünlər.
Heyhat! Əslində bu ağılda ermənilər çoxdur və onlara elə gəlir ki, ari xalqdırlar, onları dünya, ən əsası ruslar xilas etməlidirlər.
Andronik Susanyan yazır: "Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da, müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır".
Bunu yalnız başıpozuq, ruhi dispanserdə müalicə alan biri deyə bilər, amma gəl ki, ermənilərin bir çoxu Susanyan kimi fikirləşir. /musavat/

Комментариев нет:

Отправить комментарий