Страницы

01.10.2020

Qərbin ikiüzlü olduğunu bilirdik, amma… - Yenə Azərbaycanı “görmədilər”

İşğalçı Ermənistanın hücumları ilə başlayan döyüşlərin davam etdiyi vaxtda Qərb ikiüzlülüyünü bir daha göstərir. “Vaşinqton Post”, BBC, “The Spectator” kimi qəzet, jurnal və kanallar işğalçı Ermənistanın lideri Paşinyana mikrofon uzatdığı halda, ölkəsinin torpaqları üçün savaşan Azərbaycanı görməzdən gəlirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytında dərc olunan məqalədə bildirilib.
“Qərbin ikiüzlü olduğunu bilirdik, amma bu qədərini də gözləmirdik” başlıqlı məqalədə xatırladılıb ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan qüvvələrinin Azərbaycanın mülki əhalisinin yaşadığı əraziləri vurmasından sonra qarşıdurmalar yenidən başlayıb: “Azərbaycan ordusu əks-həmlə ilə hücuma keçərək, ərazilərinin bir hissəsini işğaldan azad edib. Hər iki ölkədə səfərbərlik elan olunub, qarşılıqlı ittihamlar da kəskinləşib. Döyüşlərin başlaması ilə Qərbin ikiüzlü mövqeyi bir daha ortaya çıxdı. BMT tərəfindən Dağlıq Qarabağda işğalçı kimi qəbul edilən Ermənistana dəstək üçün növbədə duran qəzet və jurnallar Azərbaycanı görməzdən gəlirlər”.
Məqalədə qeyd edilib ki, “Vaşinqton Post”, BBC, “The Spectator” kimi qəzet, jurnal və kanallar Ermənistan lideri Nikol Paşinyana mikrofon uzadaraq, öz işğalçı tezislərini müdafiə etmək fürsəti yaradır: “Ancaq ölkəsinin torpaqları üçün haqlı mübarizə aparan Prezident İlham Əliyev və digər Azərbaycan yetkililəri görməzdən gəlinir”.

Комментариев нет:

Отправить комментарий