Страницы

13.11.2020

Aprel qazisi danışır

Aprel döyüşləri qazisi, XTQ giziri Sərxan Məmmədov:

"Bir dəfə postları gəzirdik, gecələməli olduq. Silah yoldaşlarım yatmalı oldu, mən isə bu axşam yatamayacağımı bildirdim. Olduğumuz post düşmənə yaxın idi və aramızda dərə var idi. Uyğun mövqe seçib gözləməli oldum. "Gecə görmə" cihazlarındakı bütün daşları çıxarıb öz cihazım üçün gətirdim, çünki daşların bir müddət sonra enerjisi bitir. Gecə 3-4 radələri olardı, gördüm bir düşmən əsgəri neytral əraziyə düşdü və bizim mövqeyə irəliləyir. Bir az da irəliləməyə fürsət verib (200 metr) sonra vurdum. Qrup komandirimizi çağırdım, gəldi baxdı və gördü ki, vurulanı sürüyürlər, həmin köməyə gələni də qrup komandiri vurdu. Səhər düşmən tərəfi itkilərini qeyri-döyüş zamanı itki kimi öz cəmiyyətlərini təqdim edib yenə yalanlarla onları aldatdı".
Sərxan Məmmədov 2016-cı il aprel döyüşlərində Talış kənddə mövqelərinə silah aparan maşını, yoldaşları ilə pusquya salaraq zərəsizlədirmiş, maşında olan raket artilleriya rəisi mayor Haik Torosyanı bıçaqla məhv etmişdir.
Erməni nəşinin xatirə fotosunu çəkib, hazırda üstündə gəzdirir. Fotoda mayorun tək başıdır, blok olarıq deyə paylaşmırıq.
Sağlığında bir az problem var, səhifəmiz adından can sağlığı arzulayırıq!

Mənbə: Turan TV

Комментариев нет:

Отправить комментарий