Страницы

16.11.2020

Paşinyanın arvadının Qarabağ sevdasının ŞOK səbəbi bilindi - BİABIRÇILIQ

İrəvanda yenə aləm dəyib bir-birinə. Bu dəfə məsələ Paşinyanla bağlı deyil. Amma Paşinyana dəxli çoxdur. Sən demə, Paşinyanın gözəlçəsi Anna Akopyan qurama respublikada at oynadırmış. Həə, bir də deyirlər ki, Anna… Bu barədə bir az sonra. Qayıdaq Anna Akopyanın Qarabağ sərgüzəştlərinə. Sən demə, Nikolun gözəlçəsi Qarabağda hər şeyə burnunu soxurmuş. Bunu mən yox, Rusiyada yaşayan erməni media maqnatı Avram Qabrelyanov deyir.
Bu günlərdə Qabrelyanov radio efirdə Vladimir Solovyovun qonağı olarkən açıb sandığı, töküb pambığı. Deyib ki, Annanın iki gündən bir Qarabağda peyda olmasının səbəbi başqaymış. Belə ki, hərbi əməliyyatlarla bağlı keçirilən müzakirələrdə Anna aktiv iştirak edirmiş. Və bütün göstərişləri Anna verirmiş. Qabrelyanov onu da deyib ki, həmin iclasların birində Paşinyanın arvadı ona etiraz edən general Movses Akopyanın üstünə bərk çəmkirib. İclasda müxbir kimi iştirak edən Qabrelyanovun tulası bloger Semyon Peqov da bütün bunları lentə alıb. İclasdan sonra qurama respublika rəhbərinin mətbuat katibi Vaqram Poqosyan video çəkilişin ona verilməsini tələb edib. Lakin Peqov Poqosyanı eşitməyib. Bildirib ki, onun ağası Poqosyan yox, Qabrelyanovdur. Bundan sonra Poqosyanla Peqov olublar qanlı düşmən. Qabrelyonov efirdən Poqosyanın ünvanına təhqirlər yağdırıb. Deyib ki, “Ə tula, sən kim olursan ki, mənim adamımı ölümlə hədələyirsən?”.
Guya Poqosyan Peqova deyib ki, “Peqov, səni azərbaycanlılardan qabaq mən öldürəcəm”.
Aram Qabrelyanov Poqosyanın Peqova olan düşmənçiliyinin səbəbini Solovyova tam deməsə də, özünün sosial səhifəsində bunu yazıb. Bildirib ki, mətbuat katibinin Peqovla  düşmənçiliyinin əsas səbəbi Anna Akopyanla Poqosyan arasında olan “isti” münasibətlərdən blogerin xəbər tutması və bu xəbəri bəzi adamlara, o cümlədən Qabrelyanova ötürməsidir.
İndi Ermənistan mətbuatı yazır ki, Poqosyan Peqovun tapılması və cəzalandırılması üçün bütün imkanlarını səfərbər edib.
Həəə, əziz oxucu! Burda deyiblər ey, “oğurluqla q… 40 gün çəkər”. İndi bildinizmi, Anna Akopyan niyə Qarabağın yolunu su yoluna döndərib?!
Sən demə, torbada pişik var imiş. Çünki şair deyir ki, “eşq adamı öldürmür, saraldıb bədrəng edir”. Eynən Anna Akopyan kimi… /konkret.az/

Комментариев нет:

Отправить комментарий