Страницы

22.11.2020

Qrant Baqratyan: Ermənistan prezidenti Britaniya kəşfiyyatına işləyir

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan general-polkovnik Movses Akopyana istinadən baş nazir Nikol Paşinyanın xanımını İkinci Qarabağ müharibəsi zamanı Cənub korpusunun məğlub olmasında ittiham edib.
Bu barədə erməni nəşri hayeli.am-a açıqlamasında bildirib.
Bundan başqa, Q. Baqratyanın sözlərinə görə, dövlətin bütün hava hücumundan müdafiə sisteminin etibarlı olmadığı üzə çıxıb.
Keçmiş baş nazir, həmçinin Ermənistan prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral ehtiyatlarını qarət etməkdə günahlandırıb.
Bundan əlavə, Q.Baqratyan Ermənistan prezidentinin Mİ-6-nın gizli agenti olduğuna əmindir.
Qrant Baqratyan Nikol Paşinyanın hakimiyyətdəki günlərinin bitdiyinə və onun qaçılmaz istefasının əvvəldən gözlənilən bir nəticə olduğuna inandığını da bildirib.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий