Страницы

19.11.2020

Rusların sülhməramlılığına ağız büzənlərə sosial şəbəkələrdə verilən cavablar

Rusların sülhməramlılığına ağız büzənlərə sosial şəbəkələrdə verilən cavablar

Əmrulla Şirvanov: Xankəndini uzağı üç günə alardıq, düzdür. Kəlbəcəri isə altı aya da almaq olmazdı. ABŞ-ın yeni seçilmiş ermənipərəst prezidenti Bayden (Baydenyan) Fransanın Makaronu və başqaları ilə birləşib müharibəni davam etdirərək, aldığımız torpaqları da geri alardılar. Sizə elə gəlir asan olacaqdı. Kəlbəcərdə qış çoxdan başlayıb. Mən Kəlbəcərdə işləmişəm. Bizim 45 gündə azad etdiyimiz ərazi qədər Kəlbəcərin ərazisi var. Bu ərazidə yollar yoxdur. Dağ yağan kimi yollar tutulur. Əsasən bir yol var, o da Tərtərçayın axarı ilə hündür dağların arası ilə gedir. Adı partizan dəstəsi istədiyi yerdə yolu avtomatla, qumbara ilə kəsə bilər, yola maneə qoymaqla dağı partladar, onu aylarla təmizləmək olmaz. O rayonda müharibə aparmaq mümkün deyil. Düşməni məhv etmək üçün onu görmək lazımdır. Onlar yuxarıda, biz aşağıda. Həm də aprelin axırına qədər yollarda qar-duman olur. (Hələ ora yerləşdirilmiş minlərlə PKK-çı qalsın bir kənara). Nə isə... Siz fikirləşdiyiniz kimi deyil. Prezident hərbiçilərin fikrini öyrənib bu qərarı qəbul edibdir.
Ruslan İslamov: Hökümətin yerinə olsam, bu ağız büzənləri bir-bir yığıb aparıb tökərəm Murovdağa ki, çox yox, bir ay burda səngərdə vətəni qoruyacaqsan. Ya da apararam Şuşa həndəvərinə, deyərəm ki, köpəyuşaqları, müharibə də yoxdu, aşın bu dağları, girin Şuşaya, yoxsa evə döndü yoxdu! Görüm heç olmasa bunu bacararlar? Axşam polis qorxusundan evdən bayra çıxa bilmir, deyir rus kimdi əəə Qarabağa buraxdılar...
Təranə Əliyeva: 90-cı illərdəki müharibədə tanıdığım ailənin həyat yoldaşı Kəlbəcərdə qar uçqununda qaldı. Çox sayda döyüşçü ilə... nə ölüsü nə də dirisi tapıldı o dəstənin. Bu müharibə başlayandan Kəlbəcər deyiləndə ürəyim titrəyirdi ki, qabaqda qar-qış var... Bir var döyüşdə həlak olasan, bir də var don vursun... Müharibə oyun deyil, birdəfəlik anlaya bilsə millət bunu...
Əkrəm Məlikov: Kəlbəcərin ərazisi 20 dəfə Şuşadan böyükdür. Əsgərlərimiz nə qədər rəşadətli olsa da itkilərimiz saysız olacaqdı.

Комментариев нет:

Отправить комментарий