Страницы

03.12.2020

İçimizdəki Qərbin maraqlarını var gücləri ilə qorumağa çalışanlardan ehtiyyatlı olmaq lazımdı

Aftandil Babayev

İlham Əliyev Kəlbəcərin azad edilməsinə həsr etdiyi xalqa müraciətində dedi ki, Xalq Cəbhəsi Ayaz Mütəllibova qarşı dövlət çevrilişi etməsəydi, torpaqlar işğal edilməyəcəkdi. Bəlkə də çoxları onun həmin fikirlərinə diqqət etmədi. Açığı prezident özü də özündən gözləmirdi o fikri. Çünki fikiri səsləndirəndən sonra sanki peşman oldu, qayıtdı ki, “hər nəysə, tarixi “elə olsaydı, belə olardı” nöqteyi nəzərdən qiymətləndirməyək”...
Prezidentin həmişə təbliğ etdiyi fikir “Heydər Əliyev hakimiyyətdə olsaydı, torpaqlar işğala edilməzdi” olub. Amma xalqa müraciətində “Ayaz Mütəllibovu dövlət çevrilişi ilə devirməsəydilər, torpaqlar işğal edilməzdi” dedi. Əslində elə düzü də budur.
Ayazın vaxtında Sovetdən qalma rus hərbiçilərindən əlavə 500 nəfərdən ibarət AzSSR xüsusi təyinatlı milislər (OMON) də Dağlıq Qarabağda idi. Ermənilər nəfəs ala bilmirdilər, razılaşırdılar Azərbaycanda yaşamağa, tək istəkləri – Ermənistandan gələn silahlı millətçilərdən onların müdafiə edilməsi idi. Həmin vaxta artıq 60 yaxın erməni kəndi ermənilərdən boşaldılmışdı. Bəli, SSRİ-nin (Rusiyanın) hərbçiləri tərəfindən. DQ erməniləri artıq anlamışdılar ki, millətçilik etsələr, onları da eyni aqibət gözləyir.
Onda müsavatçıların idarəsinə keçmiş Xalq Cəbhəsi Mütəllibov hökumətini qınayırdı, ermənilərə qarşı diskriminasiya etməkdə ittiham edirdi.
Bir tərəfdən tələb edirdilər ki, 3 günə Dağlıq Qarabağda bir erməni qalmasın, o biri tərəfdən DQ ermənilərinin "insan hüquqlarından" dəm vuraraq Qərb imperializminin gözündə "demokrat" görsənmək istəyirdilər.
Onda musavatçılar Ayaz Mütəllibovun ünvanına “kommunistdir, erməni tərəfədir, Qarabağı satıb”, “Moskvanın adamıdır” deyirdilər.
Hərləndik fırlandıq 30 ildən sonra yenə demək olar eyni yerə qayıtdıq. Xalqımızın millətçi-faşist güruhun arxasınca getməyinin bədəli çox ağır oldu.
Maddi ziyan: milyardlarla, on milyardlarla ölçülür, Dağlıq Qarabağın ətrafındakı rayonlarda daş üstə daş qalmayıb. Təzədən on milyardlarla vəsait və illər sərf edib tikmək, qurmaq, yaratmaq lazımdır.
Fiziki və mənəvi ziyan: miqdarı ölçüyə gəlmir. On minlərlə insanımız həlak oldu, öldürüldü. On minlərlə yaralandı, şikəst oldu. Ən azı yüzlərlə əsirlikdə qaldı və taleyi bu günə kimi bilinmir. Öldürdülər, orqanlarını satdılar. Neçə-neçə qız-gəlin təcavüzə məruz qaldı.
Mənəvi sınmalar, psixi travmalar və s...
İndi İlham Əliyev Mütəllibovdan fərqli olaraq xalqı özünə, öz qərarlarına inandıra bilir. Putinin vasitəçiliyi ilə imzalanan razılaşmaya hələ həftələr qalanda İlham Əliyev bir neçə dəfə “mən nə etdiyimi bilirəm” demişdi və zaman göstərdi ki, bilir də!
Amma necə də olsa içimizdəki Qərbin maraqlarını var gücləri ilə qorumağa çalışanlardan ehtiyyatlı olmaq lazımdı.
Siz onların kimlər olduğunu bilirsiz.

Комментариев нет:

Отправить комментарий