Страницы

05.12.2020

“Qərbi Azərbaycandan olan qaçqınlar da Qarabağda məskunlaşdırılsın” - Təklif

“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”.
yenisabah.az xəbər verir ki, bu təkliflə  tanınmış vəkil Ceyhun Yusifov çıxış edib.
O, özünün “facebook” səhifəsindən paylaşdığı yazıda bildirib ki, tarixdən dərs götürməsək, 10 il sonra “murdarların” yeni iddiaları ilə rastlaşacağıq:
“O zamankı hakimiyyət 1988-1990-cı illərdə biz Qərbi Azərbaycan qaçqınlarını Qarabağda məskunlaşdırsaydı, nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpağımız işgal edilərdi. Yenə də gec deyil. “Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycandan olan qaçqınların da Qarabağ ərazisində məskunlaşmasını həyata keçirməlidi. Bu, hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının normativlərinə tam uygundur”.

Комментариев нет:

Отправить комментарий