Страницы

11.12.2020

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin:
-Necə olur ki, ingilislər Qafqaza gələ bilir, ruslar gələ bilmir? Konflikt zonasına Rus sülhməramlılarının gətirilməsi ilə ilk növbədə Azərbaycan və erməni xalqları uddular. Müharibənin uzanması hər iki xalq üçün faciə ilə nəticələnəcəkdi. Rusiya müharibəni bir az da gec saxlasaydı, ABŞ-da prezident seçkiləri başa çatacaqdı və ABŞ işə qarışacaqdı. Amerikanların regionda peyda olması hər iki xalqın axırını gətirəcəkdi. Əgər Rusiya müharibəni dayandırmasaydı, hər iki xalq uduzacaqdı. Bu müharibənin nəticələri hər iki xalq üçün katastrofik olacaqdı. Hətta Azərbaycan üçün ciddi fəsadlara yol açacaqdı. Çünki Qərb dünyası Azərbaycanı yox, Ermənistanı dəstəkləyirdi. Azərbaycan Qərbin nəzərdə tutduğu modellərin heç birinə- nə Böyük Ermənistan, nə də Böyük Turan modellərinin heç birinə uyğun gəlmir. Qərb ona görə Azərbaycan xalqını dəstəkləməyəcəkdi ki, erməni xalqı ilə müqayisədə Azərbaycan xalqı daha çox Rusiyameyllidir. Problemin konseptual həllində Azərbaycan xalqının erməni xalqından fərqli təcrübəsi var. Millətlərarası münaqişənin nizamlanmasında, çoxmillətli dövlətin qurulmasında Azərbaycan xalqının Qərbin bəyənmədiyi öz fərqli yanaşmaları var. Azərbaycanlılar Qərbin xoşuna gəlməyən fərqli mədəniyyətə və dəyərlərə sahibdirlər. Azərbaycanlılar Qərb meyarları üzərində deyil, fərqli konseptual əsaslarda yaşam qurmağı artıq bacarırlar. Qərb buna görə Azərbaycanı dəstəkləmirdi. Qərb dairələri ermənilərdən fərqli olaraq azərbaycanlıları regionda artıq, gəlmə xalq kimi görürlər. Ermənilərdən fərqli olaraq azərbaycanlılar Qərb dünyasına yaddırlar, maneədirlər. Qərbin bütün planlarında azərbaycanlıların üstündən xətt çəkilmişdir. Qərbin gizli proyektlərində azərbaycanlıların total məhvi nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən Qərb mətbuatı ermənilərdən fərqli olaraq azərbaycanlıları neqativ tərəfdən təqdim edir.

Комментариев нет:

Отправить комментарий