Страницы

04.12.2020

Salam de

Əvvəl, Hacı, Peyğəmbəru-Tahayə salam de.
Sonra, Hacı, məzlum Əli Mövlayə salam de.

Başsağlığı ver, Muhsini həm Əsğəri zikr et,
Vaay, qəlb evi sınmış Nənə Zəhrayə salam de.

Sonra ləbi təşnə Həsənin öp ətəyindən,
Göz yaşı töküb Aşiqi-Tənhayə salam de.

Sonra de ki su vermədilər məzlum Hüseynə,
Qəmlər anası Zeynəbu-Kubrayə salam de.

Vur sinə, oxu rozə, çağır səslə, Əbəlfəz!
Səhradə susuz Heydəri-Səqqayə salam de.

Bizdən salam olsun Sənə, ey yari-vəfadar,
On dörd nəfərin eşqinə Üqbayə salam de.


Vüsal Həsənəli

Комментариев нет:

Отправить комментарий