Страницы

06.02.2021

İcazəni Azərbaycandan alın!

Ermənistan tərəfindən Qarabağa gəlmək istəyən fransalı jurnalistlərə Rusiya sülhməramlıları Laçından keçməyə icazə verməyiblər. Onlara bildirilib ki, icazəni Azərbaycandan almaq lazımdır. 
“Bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim və ictimaiyyət nümayəndələri Qarabağa getmək və orda baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana gəliblər. Lakin onlar Azərbaycanda akkreditə olmadıqları üçün Xankəndiyə gedə bilməyiblər. Laçında sülhməramlılar onları dayandıraraq geri qaytardılar”.
Bu barədə məlumatı Ermənistanın Vatikandakı keçmiş səfir Mikael Minasyan özünün Telegram kanalında paylaşıb: “Jurnalistlər Ermənistanda akkreditasiya olunduqlarını dedikdə sülhməramlılar onlara xatırladıb ki, “Azərbaycana girdiyinizə görə və Ermənistanda alınan akkreditasiya burda etibarsızdır”. Əlacsız qalan Fransa nümayəndə heyəti İrəvana – Fransa səfirliyinə qayıdıblar. Fransanın səfiri Jonatan Lakot  qeyri-rəsmi olaraq Nikolla (Ermənistanın Baş naziri Nikol Paşinyan – Red.) əlaqə qurub və nələrin baş verdiyini anlamağa çalışıb. Nikol isə ona cavab verirb ki, “bəli, 11 yanvarda beynəlxalq medianın Azərbaycan akkreditasiyasını alması barədə razılığa gəlmişik”. Bunu eşidən Jonatan Lakotun susmaqdan başqa çarəsi qalmayıb”.

Комментариев нет:

Отправить комментарий