Страницы

28.02.2021

Plastik stəkan

Sabiq bir naziri seminara dəvət etmişdilər. Əlindəki plastik stəkanla kürsüyə qalxır və danışmağa başlayır. Amma fikrinin başqa yerdə olduğu bilinirdi. Daha bir cümlə qurur və əlindəki plastik stəkanı qaldırıb baxır və dərindən nəfəs alır. Üzünü zala tutaraq deyir: "Bilirsiniz, nə düşünürəm? Keçən il eyni bu kürsüdə çıxış etmişdim. Tək fərq bu idi ki, onda nazir idim. Buraya gələndə biznes klasa bilet alınmışdı, aeroportda məni limuzin və müşayət edəcək digər avtomobillər gözləyirdi. İlk öncə məni otelə apardılar. Kral nömrədə dincəldim və növbəti gün bura həmin limuzinlə gəldim. Xüsusi qarşılanma olmuşdu. Seminarda çıxışı gözləyərkən mənə bahalı çini fincanda qəhvə təklif etmişdilər. Sonra mənə ayrılan yerə dəvət olunmuşdum. Amma bu gün sizin qarşınızda nazır olaraq çıxış etmirəm. Dünən bura öz puluma aldığım biletlə uçdum. Aeroportda məni heç kəs qarşılamadı. Otelə taksi ilə getdim. Öz otağıma qarşılanmadan getdim. Bu sabah bura gələndə isə sənədimi siyahı ilə yoxlayıb içəri buraxdılar. Sonra zalda ilk tapdığım yerdə oturdum. Ürəyim qəhvə istədi, işçidən soruşanda dəhlizdəki qəhvə aparatını göstərdi. Mən də çıxdım və bu gördüyünüz plastik stəkana qəhvə doldurdum"
Artıq seminar iştirakçıları gülməyə başlamışdılar. Sabiq nazir sözlərinə belə davam etdi: "Hesab edirəm ki, keçən ilki bahalı fincandakı qəhvə mənə yox, vəzifəmə təqdim olunmuşdu". Zalda alqışlar qopdu. O isə alqışlar kəsilən kimi dedi: "Sizə verə biləcəyim ən yaxşı dərs budur: Bütün təriflər, xidmətlər, avantajlar, rütbəniz, rolunuz və vəzifəniz üçündür. Heç biri sizə aid deyil. Bir gün vəzifədən getdikdə sizə təqdim olunan bahalı fincan xələfinizə təqdim olunacaq. Sizə isə plastik stəkan, yəni layiq olduğunuz veriləcək".

Simon Sinek "Leaders eat last" kitabından

Комментариев нет:

Отправить комментарий