Страницы

10.02.2021

Səfir Qüdsi Osmanov: Hamısını Ramiz Mehdiyev himayə edirdi

İsfəndiyar Vahabzadə necə və niyə müxalifətçi olub?

Sirr deyil Dağlıq Qarabağ münaqişəsindən dolayı Azərbaycan dövləti xarici siyasətdə xüsusilə həssas idi. Və yəqin elə bu üzdən idi ki, Azərbaycanın Vətən müharibəsinə qədər apardığı iç “siyasi darama” işindən xarici siyasət idarəsi və onun rəhbərliyi kənarda qalmadı. XİN həm də məhz Dağlıq Qarabağ münaqişəsindən dolayı böyük dövlət vəsaitlərinin sərf olunduğu sahədir. Əvvəl də, indi də. Düzdür indi “aydan arı sudan duru” elə sabiq və hələ də xidmətdə olan səfirlər, konsullar, xüsusi nümayəndələr var ki, fəaliyyətləri üz qarasıdır. Ancaq həm də baş ucaldan diplomatlar var. Böyük bir sahədə çalışan hər kəsə hikkəsi böyük, bacarığı xırda adamdan dolayı üz qarası demək ədalətsizlik olardı. Bu və digər məsələlər ətrafında Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovla söhbətləşmişik. Söhbətə niyə zərurət yaranıb deyən olsa, bəri başdan cavab verirəm. Moldovadakı Azərbaycan səfirliyi ən bərbad vəziyyətdə olan diplomatik nümayəndəliklərdən idi. Binası yararsız, təmirsiz, konsulluğu zirzəmidə, səfiri də kilsədə mühazirə deməkdə. Nə isə başlayaq söhbətə, görək hazırki səfir nə deyir, dünən və bu gün haqda?!

– Əlində bel tutan diplomat görmək qəribədir. Şərqli məmur obrazı deyi bu. Yeni şərqli məmur obrazıdır bəlkə də. Amma bəlkə diplomatiya elə həm də budur, lazım gələndə dövlətin üçün beli əlinə ala bilmək…
– Düz təhmindir. İşdən çəkinmək olmaz. Bizim səfirliyin mənə qədərki durumu son dərəcə bərbad idi. Konsulluq zirzəmidə, həyətyanı sahəsi bərbad idi. Təhlükəsizlik sistemi mövcud deyildi. Hətta qonşu evdən kim istəsə səfirliyin həyətinə rahatça adlaya bilərdi. Bu səfirlik üçün ciddi təhlükə idi. Üstəlik müəmmalı işçi sayı vardı. Kimliyi bəlli olmayan adamlar işə cəlb edilmişdi. İlk işçilərdən başladıq. Tanımadığımız adamları işdən uzaqlaşdırdıq. Bu səfirlik üçün böyük təhlükədir.

– Bu nə üçün edilirdi?
– Bunu daha yaxşı o adamlar bilər ki, belə bir şəraiti yaratmışdılar. Təbii ki, hamısı maliyə oyunlarına bağlı idi. Həbs edilənlərin kimliyi də bunu təsdiqləmiş oldu.

– Nə qədər məsrəfi var idi səfirliyin?
– Sizə deyim ki, səfirlik məsrəfləri barədə rəqəmli açıqlama verməyə bizim ixtiyarımız yoxdur. Amma onu da deməliym ki, ağılla davranılanda, özünü əziyyətə verəndə, həll olunmayan iş də yoxdur.

– Yəni keçmiş həmkarınız deyə bilməz ki, səfirliyin büdcəsi yetərli deyildi, imkan yox idi, vəsait ayrılmırdı…
– O bunu qətiyyən deyə bilməz. Bunun üçün heç bir əsas yoxdur. Onun səfirliyi dönəmində vəziyyət ikiqat yaxşı idi. Ona Moldovada böyük pullar gəlib, göndərilib.

– Siz gələndə vəziyyət necə idi?
– Düzü ürəkaçan heç nə yox idi. Və mən bunu yazmağı düşündüm. Hətta Elmar Məmmədyarova yazılı sənəd də hazırladım. Sonra düşündüm, axı səfirlikdə məndən əvvəl maliyyə vəziyyəti çox yaxşı olub, mən Azərbaycandan uzaqdayam. Yazdığım məktubu dövlətə başqa variantda tədim edərlər, yaxşı olmaz. Bunu düşünüb məktubu yollamadım.

– Bir erməni diplomatla bir azərbaycanlı diplomatın əməkhaqqı müqayisə olunarsa, mənzərə necə olar?
– Bunu sizə dəqiq deyirəm. Bir erməni diplomatın maaşı nə qədərdirsə, bir azərbaycanlı diplomatın maaşı onun iki-üç mislidir. Ona görə ki, Azərbaycan Prezidenti həmişə Qarabağ münaqişəsindən dolayı bizim onlardan bütün tədbirlərdə seçilmiş və üstün olmağımız məsələsinə önəm verib. Azərbaycanlı diplomatın təminatlı olmalıdır, yaxşı maaş almalıdır, ermənidən qat-qat üstün yaşamalıdır. Yəni Azərbaycanda ən çox vəsait ayrlan sahələrdən biri olub səfilik və konsulluq idarələridir. Amma görün o vəsaitlər necə tənzilmənib, necə idarə olunub, necə talanıb. Bu dövlətin başlatdığı həbs və araşdırma dalğasından çox aydın bəlli oldu. Bir dəfə Bakıda, XİN-də, səfirlərlə toplantıda Prezident qeyd etdi ki, sizin məqsədiniz dövlətə qulluq etmək, hücum diplomatları kimi bacarıqlı olmaqdır. Bunun üçün nə lazımdırsa dövlət edəcək və edir. Bu doğurdan da belədir. Çox sadə dillə deyim sizə, diplomatın ac olmaması üçün Azərbaycan dövləti hər şey edib, amma imkan verməyiblər.

– Moldovadakı Azərbaycan səfirliyinin binası, iş şəraiti zamanla Azərbaycan mediasının gündəmi olub. Daha dəqiqi şəraitin yaxşı olmadığı, utancvericiliyi qabardılıb. İndi də sabiq səfir İsfəndiyar Vahabzadə çıxışları ilə gündəmdir. O daha çox tənqidə yönəldir mövqelərini və XİN-in diplomatik nümayəndələrini, hətta nümayəndəliklərini hədəf edir. Nə qədər haqlıdır?
– Sabiq səfir Azərbaycanı və milli maraqları sevməyən adamdır. Gəlin belə danışaq, tutalım onun indi danışdıqlarının hamısı həqiqət idi. Niyə vəzifədə olanda danışmırdı? Və niyə indi danışır? Və ya pis olanda niyə bir bəyanat verib istefaya getmirdi? Niyə qalırdı? Bu qəbil adamların özlərinin milli ruhu yoxdur və mənfəət adamlarıdır. Yəni şəxsən mən başqa nəsə gözləmirdim onlardan.

– Bu məsələlərin kökü haradan qaynaqlanırdı?
– Bu məsələlərin hər birinin arxasında Ramiz Mehdiyev dururdu. Və təbii ki o, bu adamların hamısına himayədarlıq edirdi. İndi bir-bir hamısını dövlət cəzalandıracaq. Onlar bunu haqq edirlər. Ancaq demək lazımdır ki, sonu çox böyük uğurla nəticələnmiş olsa belə ağrılı prosesdir. İndi bu İ.Vahabzadə. Çıxışlarına baxrsan adam guya müxalifətçi olub. İstəyirəm deyim ki, bu nə yanaşma, bu nə nifrətdir. Adam, səni yaşına görə təqaüdə yollayıblar. Və əməllərindən dolayı, basıb yediklərindən dolayı heç bir cəza almamısam. Sən nə istəyirsən ax?!

– Növbəti sual üçün bir körpü də deyə bilərik buna. Diplomat olmaq üçün milli kadr olmaq nə dərəcə vaciblidir? Və ya belə soruşum dövlətçi diplomat olmaq üçün hansı keyfiyyətlər şərtdir? Çünki bu gün dövlət həm də bu sarıdan əziyyət çəkir, bütün sahələrdə bəlkə də bilərəkdən milli kadr qıtlığı yaranıb.
– Milli kadr deyəndə çoxu bunu milliyyət məsələsinə calayır. Biz multikultural dövlətik. Mənim standartımı desəniz, Azərbaycan dövlətçiliyinə qulluq etməyə hazır olan, bunu canla-başla edən hər kəs milli kadrdır. İslahatlar aparıldıqca o məsələlər də həllini tapacaq mütləq, buna inanıram. Xatırlayırsınızsa İ.Vahabzadənin bir vairantı da Arif Əliyev idi. Sabiq səfirlər sırasındadır indi o da. Və dövlətin əleyhinə çalşan maliyyə mənbələrindən “qidalanır”. Bu dediklərim əsas verir söyləyək ki, hamısı diplomatiyada təsadüfi adamlar idi. Fəaliyyətdən uzaqlaşdırılandan sonrakı davranışları bunu tamamən isbatladı.

– Bir sabiq həmkarınız da var idi. Rumıniyadakı sabiq səfir Eldar Həsənov…
– Bəli, o da İ.Vahabzadənin yaxını idi və Moldovada çox yaxşı əlaqələri olub. Yəni eyni sözləri ona da şamil etmək mümkündür. Bu adamlara etibar eləmək olmaz. Çoxu Qərbin erməni milyonçularnın təsis etdiyi fondlardan maliyələşir və zamanla Azərbaycan dövləti üçün ciddi problemlər yaratmağa çalışırlar.

– Ədalət üçün sizdən bir şey də soruşmaq üstəyirəm. Səmimi olacağınıza ümidvaram. İsfəndiyar Vahabzadə ilə münasibətlərinizdə hər hansı gərginlik yaşanmayıb ki? Yəni indi durumlar bir az qarışıqdır. Hər kəsin bir də hədəf seçdiyi adamların olması istisna deyil…
– Heç bir konfliktimiz olmayıb. O səfir, mən baş konsul olanda bir dəfə görüşmüşük tədbirdə. Başqa heç bir müstəvidə rastlaşmamışıq. Yəni mənim iradlarımın hamısı peşəkar yanaşmadan qaynaqlanır. Başqa heç nə ola bilməz.

– Moldovadakı Azərbaycan səfirliyini büdcəsi nə qədər idi? Bu indiki təmir üçün, tikinti üçün yetərli idimi? Yəni o da istəsəydi, bunu edə bilərdimi?
– Təbii. Amma etmirdi. Bilirsinizmi, sizin sadaladığınız hər şey həm də milli dəyərdir. Azərbaycanda nə baş verir, diqqət edin. İndi siyasi mübarizəyə qalxanların əksəriyyəti elə bil bu dəyərlərin sarsılmsında maraqlıdır. Xatırlayırsınızmı, həbsdən çıxanda keçmiş səhiyyə naziri nə dedi? Dedi ki, Prezident postundan getsin deyə kiminlə olsa əməkdaşlğa hazıram, lap şeytanla da… Bu nə deməkdir? O deməkdir ki, lazım gəlsə düşmənlə, lap erməni ilə də işbirliyim olar, təki məqsədimə çatım. Bu tipli adamların milli dəyər anlayışı olmur. Onların konkret siyasi və ya biznes maraqları ola bilər, vəssalam. Çoxu düşünmür ki, mənə insan həyatları həvalə olunub, dövlət, Prezident etimad göstərib. Bundan sui istifadə olmaz. Bu işləri boşuna buraxmaq da olmaz…
***
SON: Səfir Q.Osmanov söhbətdə iki keçmiş həmkarının adını dilə gətirdi. Eldar Həsənov və Isfəndiyar Vahabzadə. Biri Rumıniya, o biri Moldovadakı keçmiş Azərbaycan səfiri. Yadıma bir olay düşdü. Qarabağ uğrunda məlum Tovuz döyüşləri zamanı, Rumıniyanın Ermənistana silah satışı ətrafında skandal yaranmışdı. Hətta Rumıniya Azərbaycan dövlətindən bu məsələdən dolayı üzr istədi. Özü də rəsmi şəkildə. Necə oldusa həmin olayların sonrası, sabiq baş prokuror, Azərbaycanda ən çox 57-ci maddə tətbiq edən şəxs, həm də sabiq səfir, hüquq sahəsində az sayda alimlik dərəcəsi olanlardan biri Eldar Həsənov həbs edildi. Amma Moldovadakı sabiq səfir İsfəndiyar Vahabzadə azadlıqdadır. Sərt, aqressiv, dövlət əleyhinə, kinli çıxışlar edir.
Onu dinləyəndə həmişə düşünmüşəm ki, böyük Bəxtiyar Vahabzadənin oğlu niyə nifrət dolu olsun ölkəsinə, xalqına və vətəninə. Axı peşəsinə görə vətənin pərvəri olmalı idi. Atasına görə fədai. Ona yaradılan şəraitdən, atasının adına görə edilən güzəştlərdən, dövlətdən qazandıqlarından dolayı hər şey fərqli olmalı idi axı. Burda peşə təcrübəsi dada yetdi. Düşünməyə əsas verdi ki, bəıkə də I.Vahabzadənin bu günki fəaliyyəti gözlədiyi gələcək təhlükədən sığortalanmaq üçündür. Məsələn, dövlət baba Rumıniyadan erməniyə silah daşıyan təyyarənin Moldovadakı müəmmalı enişini araşdırmağa başlayanacan, nəsə eləmək lazım idi ki, başlayasan deməyə bəs ey əhli-məmləkət, sizin hüququnuzu müdafiə edirdim deyə, məni sorğulayırlar. O məhz indiki çıxışlar olmalı idi. “Cəsarətli tənqidçi” obrazı yaranmalı idi. Ancaq bir məqamı hesablamadı kimsə- Qarabağın azad ediləcəyini. İnanmırdılar ki, bu olacaq və ardıyca ciddi olduğu qədər də təhlükəli islahat dalğasının başlayacaq. Nə isə… bizdən bu qədər, gerisini uca dövlət özü həll edəcək yəqin. Bu sadəcə insanların ayıq olması üçün bir ipucudur. Yəni hər vətənpərvər göründüyü adam olmaya bilər. Hər kəsin ipliyi, necə deyərlər bazara çıxarılır, mərhələ ilə. Hə, bir də bazar demiş. Bazar alış-veriş yeridir. Orda çox şeyi almaq da olar, satmaq da. Lap elə silah da alıb satarsan. Ya da satışı təşkil eləyər, faiz filan alarsan. Amma bir şərtlə. Nədir o şərt? Mərdliyin, kişiliyin, milli ruhu olmağın göstəricisidir, gördüyün heç bir işdə VƏTƏN hədəf olmamalıdır! Heç zaman VƏTƏN adına xələl gəlməməlidir! Yəni ki, bazara bir VƏTƏN çıxarılmaz! Bir VƏTƏN satılmaz! Qazancı və ya qurbanı nə olur olsun satılmaz! Çünki VƏTƏN sən özünsən!.. /konkret.az/

Комментариев нет:

Отправить комментарий