Страницы

13.03.2021

Ayәtullah Sistaninin nәsihәtlәri

1. Bu gün bağışlanmamış növbəti günə çıxma, bütün səyini buna yönəlt, ömrə vəfa yoxdu.
2. Əxlaqını kamilləşdir. Bu, başqalarını düzəltməyə çalışmaqla deyil, özünü budamaqla reallaşan hadisədir. Sabaha heç bir zəmanət yoxdur.
3. Allah və dininin abrını qoru, əgər bunu edə bilmirsənsə, ictimaiyyətdə dindar kimi görünmə. Bir gün hər şey gec olur.
4. Səni incitsələr belə, istisnasız olaraq valideynlərinə xidmət et, xoş rəftar göstər. Qurtuluş onlara xidmət etməkdədir. Elmlə, dövlətlə, nüfuzla və səlahiyyətlə aça bilməyəcəyin qapılar üzünə açılacaq.
5. Öz halal və qanuni istəyinə uyğun iradə göstər, bu halda kainatın nizamı o istiqmətə dəyişəcək. Haram da belədir, ona doğru iradə göstərdinsə, bütün nizam onun baş verməsi üçün səfərbər olur. Sən də elə sanırsan ki, haram özü səni tapır. Müqəddimələr səndəndir.
6. Namazı həyatın mərkəzinə gətir, onu ilk vaxtında qılmağı özünə şərt qoy. Bütün işlərini (istisnasız) namaza görə müəyyənləşdir. Allaha iman gətirən adam üçün namaz varsa, hər şeyin mənası var, namaz yoxdursa, onun qurtuluşu mümkün deyil, çünki namaz dindarın əməllərinin meyarıdır.
7. Naməhrəmdən uzaq gəz. Hz. Əlinin hərəminin girişində solda dəfn olunmaq şərəfinə nail olmuş böyük arif Müqəddəs Ərdəbili həmişə Allaha belə dua edərdi. "İlahi, məni naməhrəmlə sınağa çəkmə".

İraq (Nəcəf),
17 may, 2018.
Azər Elşadoğlunun səhifəsindən

Комментариев нет:

Отправить комментарий